Архив тегов | Novxanı Rəsulzadə

MÜSƏLMAN MİLLƏTLƏRİN SEÇİMİ: DİKTATURA, HƏRBİ DİKTATURA, İSLAM DİKTATURASI…

İnternetdə müsavatçıların videosunu gördüm: Novxanıya gəlib Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edirdilər. Partiyanın baş katibi (başqanı) İsa Qəmbər üzünü heykələ tutub çıxış edirdi Nə dediyini başa düşmədim, çünki baş katibin çıxışı zamanı yaxında əzan çəkilirdi və müəzzinin səsi Qəmbərin səsini batırırdı…

Bir köhnə rus sovet lətifəsi yadıma düşdü. Fəhlə işlədiyi zavoddan oğurluq çıxardığı detallardan arvadına tikiş maşını yığmaq istəyir. Ancaq nə qədər çalışır, cəhd edirsə, hər dəfə Kalaşnikov avtomatı alınır…

Əhalisinin əksəriyyəti ya çoxu müsəlman olan ölkədə bütün siyasi mübarizələrin və hətta ölkədaxili müharibələrin  nəticəsində diktatura yaranır. Ya adi (adi…) diktatura, ya hərbi diktarura ya da islam diktaturası. Siyasi İslam qanundankənar elan edilməyшncə bu belə olacaq və ayrı cür olmayacaq. Hansı ölkədə İslam nə qədər çoxdursa, demokratiya şansı o qədər azdır. Bu, aksiomdur. Demokratiya – qanunun alililiyidir, ölkənin ali qanunu Konstitusiyadır. Müsəlmanın qanunu Quranda yazılanlardır, cəmiyyətin hətta konsensus yolu ilə qəbul elədiyi qanunlar müsəlman üçün qanun deyil. Müsəlmanın qanunu min dörd yüz il əvvəl göydən gəlib və onun bir sözü də dəyişdirilə bilməz. İyirmi beş ya iyirmi yeddi ərəb ölkəsindən heç birində demokratik idarətetmə yoxdur və haçansa olacağına yalnız həddən artıq optimist ya sadəlövh insanlar ümid edlə bilərlər.

Müsəlman əhalili Türkiyədə də demokratik idarətmə şəxsi iradə və hətta zorakılıqla tətbiq olunub, indi sürətlə aşılanır və gec-tez tamamilə yerini avtoritarizmə verəcək. Atatürk əhalini xristianlaşdırsaydı, bu daha uğurlu və uzunömürlü proyekt olardı…

“Rəsulzadə o boyda dövlət yaratmışdı!” – bizimkilər deyirlər. Bu, gülməlidir. Nə boyda idi dövlət?  Sərhədlərinə nəzarət edirdimi? “O boyda” dövləti bir rus diviziyası necə yıxdı?

Rəsulzadə o cür parlament yaratmışdı” – bu iddia da birinci kimi gülməlidir. O cür – yəni nə cür? Azərbaycanda ümummilli seçkilər keçirilmişdi? Bakıdan əlli-altmış kilometr uzaqda o parlamentin və ümumiyyərlə, Bakıda “demokratik” dövlətin olduğunu bilən var idi?

O dövlət yaşarı deyildi, çünki xalqın o dövlətdən xəbəri yox idi, o dövləti heç vaxt arzulamamış, uğrunda mübarizə aparmamışdı. Bolşeviklər çar yıxılana qədər ən azı iyirmi-otuz il xalq içərisində, o cümlədən Bakıda  ciddi işləmişdilər, ona görə bolşeviklərə rəğbətlilər çox idi. Rəsulzadənin parlamentinə yığılanlar haçan xalqla işləmişdilər? Dövlətin yaranmağı təsadüfən oldu, Rusiya imperiyası çökdü, Leninin başı bir müddət qarışdı vətəndaş müharibəsinə, gürcülər, ermənilər qabağa düşdülər, bizimkilər bir növ fakt qarşısında qaldılar…

Nə çox hörmətli Rəsulzadənin “qurduğu dövlət” , nə o şərti parlament yaşarı idi, gec-tez yıxılacaqdı. Hərbi diktatura ehtimalı zəifdir, hərbi elita yox idi. Çox güman ki, hakimiyyəti ən mütəşəkkil zümrə olan islamçılar ələ alardılar. Yəni alıb İrana təhvil verərdilər…

Əlbəttə, Rəsulzadənin böyük şəxsiyyət olduğu şübhəsizdir. Bu, azsa, yenə tərifləyə bilərəm…

İndi öz-özümə fikirləşdim ki, birdən Rəsulzadənin abidəsi dil açıb danışaydı və İsa Qəmbərdən soruşaydı: “İsa müəllim, neçə ildir baş katibsən?” “Qırx ilə yaxındır.” “Yəqin yorulmusan” “Bir qram da yorulmamışam. Məmmədəmin bəy, indi ömür uzanıb, baxın Ronalduya, yaşı qırxı keçib, amma deyərsən on beş yaşı var. Mən də elə…”

 

01.02. 2026, Samara