Архив тегов | prezident seçkiləri

ƏLAHƏZRƏT ŞTATLARI AYIRIR VƏ ABŞ-I LƏĞV EDİR…

1310676371_0_0_1124_612_600x0_80_0_1_4cd69ae89745bcc8ecbd9f91f2a1c89e

        VODEVİL

Hikmət Hacıyev: Əlahəzrət, ABŞ-dan zəng var, calaşdırım?

İlham Əliyev:  ABŞ? Nə ABŞ? ABŞ Holdinq? Paşa Holdinqin filialıdır?

H.H. Yox, əlahəzrət. ABŞ – yəni SŞA, Amerika Birləşmiş Ştatları.

İ. Ə. Onlar ermənilərlə birləşiblər? Mənim acığıma eləyirlər. Calaşdır görüm.

Entoni Blinken: Salam, əlahəzrət müzəffər komandan! Sizi natahat edən nökəriniz  Blinkendir. ABŞ-ın dövlət katibi.

İ.Ə. ABŞ-da dövlət katibi var? Burda antimilli cəbhə-müsavat vaxtı dövlət katibi olub. Ləğv elədik. Katibin pasportunu almışam, iyirmi ildir dərviş kimi gəzir…

EB. Əlahəzrət, əminəm ki, müdrik qərar vermisiniz. Təkid eləsəniz, mən də ləğv olunmağa hazıram, sizin avtoritetiniz ABŞ-da çox yüksəkdir. ABŞ xalqı sizə öz prezidentindən çox hörmət edir…

İ.Ə. Ancaq məni bir şy nrahat edir. Köməkçim deyir ki, siz birləşmiş ştatlarsınız. Bu birləşməkdə məqsədiniz nədir? Bu birləşməkdə mən özümə qarşı düşmənçilik görürəm.

E.B. Əlahəzrət Əliyyev, bu birləşmə indi olmayıb. Sizdən çox qabaq olub.

İ.Ə. Onda yəqin  xain cəbhə ilə müsavatın, ya da xain Məmmədəminin vaxtında olub. Atamın vaxtında olsaydı, qoymazdı. Mən də qoymazdım.

E.B. Əlahəzrət Əliyev, əgər bu məsələ sizi narahat edirsə, “birləşmiş” sözünü ləğv edərik. Qalar Amerika Ştatları, özümüz də keçərik İsrailin yurisdiksiyası altına. Mən özüm yüz faiz yəhidiyəm, siz də yəhudi dövlətini sevirsiniz, yəqin etirazınız olmaz.

İ. Ə. Mən bu məsələni Mehriban xanımla müzakirə edib fikrimi deyərəm. O, yəhudiləri lap çox sevir.

E.B. Əlahəzrət, mən sizə prezident Baydenin tapşırığı ilə zəng vururam. O, xahiş edir ki, vaxtınız olanda ona seçkilərlə bağlı məsləhət versiniz. Siz bu yaxınlarda 96 faiz yığmısınız. Baydenə bunun yarısı da bəsdir.

İ.Ə. Məsləhət verərrəm. Baydenin yerində mən 150 faiz yığardım, onun cəmi bir rəqibi var. Mənim altı zırpı rəqibimvar idi. Hikmət, o gədələrin adı yadındadır?

HH. Yadımdaddır, əlahəzrət: İsa, Musa, Mustafa, iki kosa, bir həmşəri…

Mirzə Əlil

07. 04. 2024, Samara

RUSİYADA 4 MİLYON AZƏRBAYCANLINI QURBAN MƏMMƏDLİ ARVADIYLA DOĞUB-TÖRƏDİB?

Qurban Məmmədli abır-həyasını tamam itirib, utanıb-qızarmadan yalan, dezinformasiya yayır. Deyir ki, Rusiyada 4 milyon azərbaycanlı yaşayır. Bu rəqəmi o, hardan görtürüb? Heç yerdə bu rəqəm yoxdur. Başqa rəqəmlər var. 2021-ci ilin siyahıyaalınmasına görə Rusiyada 474 min azərbaycanlı var. Bunlar yəqin ki, vətəndaşlığı olanlardır. Bu qədər də (əslində az olar, köçüb gedənlər də çoxdur) mövsümi yaşayanları nəzərə alsaq, olar 800-900 min. Bu dörd milyonu Qurban Məmmədli niyə uydurur? Ona görə ki, bu qədər adamın səs verə bilmədiyunə görə İlham Əliyevi ittiham eləsin. Rusiyada 40 ildən çox yaşayan bir adam kimi deməliyəm ki, əgər Rusiyada doğudan da 4 milyon adam yaşasaydı, onların 3 milyon 999 mini Əliyevə səs verərdi. Çünki Rusiyada yaşayan azərbaycanlılar ya apolitikdir ya da Əliyev tərəfdarıdır. Qurban yaşda ya ondan bir az cavan olan kişilər bura !-ci Qarabağ  müharibəsindən qaçıb gəliblər. Yəni fərari olublar. Bunlardan nə hünər gözləyəsən? Onların uşaqları isə ya ruslaşıblar ya da ataları kimi əliyev tərəfdarıdırlar. Qurban Məmmədli manipulyalarla sadəlövh adamların başını bişirir, bunu da əsasən ianə yığmaq, özünün Londondakı xeyirlilikdən çox ziyanlı olan fəaliyyətinə haqq qazandırmaq xatirinə edir. Elə bir əxlaq norması, etik qadağa yoxdur ki, bu adam tapdalaya bilməsin. Yalanı danışır və qızarmır. Bu adama cadugər, falçı, manipulyator demək olar, ancaq siyasətçi yox. Çox təəssüf ki, Azərbaycan vətəndaşlarının xeyli hissəsini belə lotular əsl siyasi maarifçilikdən, siyasi-ictimai təşkilatlanma işindən kənar salırlar.  Adamlar bunun hoqqalarına baxıb gözləyirlər ki, ağızlarına alma düşəcək… Təsəlliverici budur ki, bu lotuya  cəmi 2ç-dörd min adam baxır…

Qurban Məmmədli mübarizəsinin əsas səbəblərindən biri kimi xalqının aldadılmağının qabağını almağı göstərir. Çox gözəl, sən istəmrirsən sənin xalqını aldadalar? Mən də istəmirəm ki, sən də mənim xalqımı aldadasan. Yalanla uzağa gedə bilməzsən, ancaq beş-on mini adamı azdırsa, çaşqın sala bilərsən. «Azərbaycan xalqı acından ölür!» — deməklə heç əlli adamı küçəyə çıxara bilməzsən. Çünki Azərbaycan xalqı acından ölmür. Sənin qohum-əqrəban ölmür ki? Başqaları da səninkilərdən aciz deyillər. İşləyənin çörəyi var. Pensiyaçı qardaşın Sərdar Cəlaloğlu acından ölür? Pensiyaçı vecsiz övladları üçün kredit götürməyibsə, dolanar. Azərbaycanda siyasi etirazı demokratiya tələbi yarada bilər. Azərbaycanlılarda isə bu tələb yoxdur. O cümlədən ona görə ki, demokratiyanı Qurban Məmmədli ya Toğrul Sadıqlı kimi ostapbenderlər təmsil edirlər…

 

Mİrzə Əli

05.02. 2024, Samara

QURBAN MƏMMƏDLİ: MÜBARİZƏ YOXSA HÖRÜMÇƏK TORUNDAKI MİLÇƏKLƏRİN SAVAŞI?

qurban_məmmədli məhkəmə

Qoqol bir vaxtlar zəngin mülkədar, evi həmişə qonaq-qaralı olmuş Plyuşkinin paraloji xəsisə çevrildiyini təsvir edərkən yazır:

“Нынешний же пламенный юноша отскочил бы с ужасом, если бы показали ему его же портрет в старости. Забирайте же с собою в путь, выходя из мягких юношеских лет в суровое ожесточающее мужество, забирайте с собою все человеческие движения, не оставляйте их на дороге, не подымете потом”.

“Əgər indiki gəncə onun özünün qocalıq portretini göstərsəydilər, dəhşət içində geriyə sıçrardı. Yumşaq gənclik illərindən çıxıb sərt, amansızlaşan kişiliyə doğru gedəndə özünüzlə yola götürün, özünüzlə bütün insani hərəkətləri götürün, onları yolda qoymayın, sonra qaldıra bilməzsiniz”. (sətri tərcümə mənimdir –X. X.)

Keçən əsrin 90-cı illərində Bakınn “ədalət” məhkəməsindəki qəfəsdə qartala bənzəyən Qurban Məmmədliyə saatlarla Londonda kamera qarşısında oturub çənə döyən, yalandan, böhtandan çəkinməyən, çoxdan peşəkar manipulyatora çevrilmiş indiki Qurbanı göstərsəydilər, dəhşətə gələrdimi?

Qurban Məmmədli öz abunəçilərini “ailə” adlandırır və, əlbəttə, özünü ailə başçısı kimi görür. Ancaq belə ailə başçıları evə gələn kimi saatlarla deyinir, yaxını, uzağı söyüb yamanlayır, könhə inciklikləri eşir, hamını müqəssir, özünü təmiz çıxarır və ailə üzvlərinin yediyini-içdiyini zəhrmatra çevirirlər.

Qurban Məmmədlinin “opponentləri” ilə fasiləsiz qovğası mübarizə zərurətindən doğmur. Qeybət, manipulyasiyalar, hamını özünə borclu sayıb hesab tələb eləmək onun azarıdır. Və gündən günə bu azar şiddətlənir. Neçə ildir, məsələn, Əli Əliyevdən yapışıb əl çəkmir. Bu müddətdə Əli Əliyev həbs olunub, yatıb, çıxıb, bütün ictimai fəaliyyətini dayanırıb. Əli Əiyev ölsə və ailəsi ölüm kağızınının notariusla təsdiq edilmiş surətini Qurban Məmmədliyə göndərsə də, Qurban Məmmədli düşməninin ölüsündən əl çəkməyəcək.

Dördüncü dəfə həbsdə olan, dönə-dönə işgəncələrə məruz qalmış, alçaldılmış Tofiq Yaqublu ilə davası Qurban Məmmədlinin maniakal dərəcədə kinli və qərəzli olduğunu göstərir. Xatırlatmağa dəyər ki, qardaşının və qardaşı oğlunun Qarabağ müharibələrində iştirakı və şəhidliyi ilə öyünən, ancaq cəbhədən yayınan  Qurban Məmmədlidən fərqli olaraq Tofiq Yaqublu müjaribədə şəxsən iştirak etmişdir. 

Qurban Məmmədli niyə belədir və başqa cür deyil? Yəqin ki, səbəb çoxdur. Məsələ burasındadır ki, burda onun naxçıvanlılığını nəzərə almaq lazımdır. Naxçıvan eksklavdlr. Azərbaycanın əsas ərazisindən təcrid olunmağı bir yana, Naxçıvanın özündə, Qurban Məmmədlinin uşaqlıq və ilk gənclik illərində azərbaycanlılar qədər ermənilər olub, bu da Naxçıvan azərbaycanlılarında yerliçiliyi, tayfaçılığı pataloji dərəcəyə qədər inkişaf etditrib, həm də başqalarına yad, düşmən kimi baxmaq vərdişi yaradıb. Qurban Məmmədli fasiləsiz ifşa edir. Tənqid yox, məhz ifşa. Məsələn, siyasətçi kimi müsavatçların ya cəbhəçilərin səhvlərini təhlil eləmir, bunun əvəzinə rəhbərləri ifşa edir – Əli Kərimlinin əli hökumətin cibindədir, İsa Qəmbər KQB agentidir v s. Tayfaçılığı, yerliçiliyi guya qınasa da, bütün vücuduyla tayfaçı, yerliçi və qohumbazdır. Dolaşıqlıqda cəbhəçilərdən, müsavatçılardan geri qalmayan, cilddən-cildə girən  qardaşı Sərdar Cəlaloğlunu  vaxtaşırı böyük alim, quru kimi təqim edən o deyilmi?

Onu da demək lazımdır ki, azərbaycanlıların qalan hissəsisində qismən zəifləyən yerliçiliyin yerini sektantlıq tutub. Bu, təkcə dini sektantlıq deyil hə hətta az dərəcədə dini sektantlıqdır. Sektalar daha çox ümumi mənafelər, ümumi maddi, siyasi maraqlar əsasında yaranır. 

Qurban Məmmədlinin ən böyük bəlalarından biri savadsızlığıdır. Bu adam hüquq fakültəsini qurtarıb, yəni ali humanitar təhsil alıb, ancaq nə tarixi, fəlsəfəni bilir, bədii  zövqü isə mağara adamının  səiyyəsindədir. Hüquqi bilikləri yarımçıq, sistemsizdir, çünki təhsil illərində “fəalliyyət göstərib”, kərpizc qalınlığında hüquq dərsliklərini oxumağa vaxtı və həvəsi olmayıb.

Və hüquqdan danışan kimi özünün kəmsavadlığını büruzə verir. Dünən iddia elədi ki, “ictimai münasibətləri qanun yaratmır”, “ictima imünasibətlər əsasında qanun yaranır”.

Bunu deyən adamın savadı barəsində nə nəticəyə gəlmək olar?

Yeni Türkiuyəni Atatürkün əzmi ilə qəbul edilmiş qanunlar yaradıb. Fransanı Napoleon dövründə yaradıımış qanunlar məcəlləsi dəyişib.

Rus dilində “законотворец» sözü var, yəni qanunyaradan (ingiliscə “legislator).

Yeddi yunan müdrikindən biri Solondur ki, tarixə yeni qanunlar yaradan kimi daxil olub.

Dinin dövlətdən ayrılması necə baş verir? Qurbanın dediyini qəbul etsək, din könüllü dövlətdən ayrılır, sonra qanun qəbul edilir. Gülməli deyilmi? Könüllü din ayrılar?

Rusiyada təhkimçilik hüququndan mülkədarlar könüllü imtina etməyivlər. Bu, 2-ci Aleksandrın manifesti nəticəsində baş verib. Eləcə də Amerikada quldarlığın ləğvi…

Bu dialektikanı qəzəlxan Əliağa Vahid gözəl başa düşüb və yazıb:

Yaşasın qırmızı bayraqlı sovet qanunumuz,
Açdı hər yerdə bizə musiqi məktəblərini…

Yəni əvvvəl qanun, sonra məktəblər. Allah da öz-özünə ləğv olunmamışdı, onu bolşeviklərin qanunu ləğv eləmişdi…

Qurtban Məmmədlinin hüquqşünaslığının üstündən xətt çəkək. O özünü siyasətçi də adlandırır. Ancaq ciddi siyasətçi saatlarla, aylar ərzində öz abunəçilərindən başqa heç kimin tanımadığı blogerlərlə müharibə apararmı? Məsələn, Navalnı. Navalnı haçan blogerlərlə vuruşub?

Bu adam söyüşçü blogerləri qınayır. Ancaq məmurların arvadlarının alt palratlarından danışan, onları ucdantutma fahişə adlandıran Qurban Məmmədli özü deyilmi?

Təəssüf ki, Qurban Məmmədlinin bəlası təkcə naxçınanlılıq və kəmsavadlılıq deyil. Şəxsi intriqabazlığı, intiqamçılığı da bir yana. Bu fəsad, bu bəla bütün azərbaycançılığa xasdır. Biz, niyə etiraf etməyək, primitiv tayfaylq, təsadüfən millət, Avropa ölkəsi statusu almışıq. Bizim içimizdən uzağı Qurban Məmmədli, Ərəstun Oruclu kimi dil pəhləvanı olan dolaşıq siyasətçilər, Sevinc Osmanqızı kimi videobloqunu ayaqda saxlamaq üçün yüz ilin kommunist funksioneri Beydulla Manafovla, psixi sağlamlığı şübhə doğuran məhəmmədmirzəlilərlə, ya da Bəxtiyar Vahabzadənin debil oğlu ilə aylarla mırt vuran  Sevinc Osmanqızı kimi jurnalistlər çıxırlar...(bu deyilənlər ilk növbədə yaşlı nəslə və Azərbaycandan kənarda yaşayan azərbaycanlılara aiddir. Azərbaycaın özündə məğrur, döyülsələr də, sarsıdıla bilməmiş gənclər yetişməkdədir).

 

  1. 02. 2024, Samara

QURBAN MƏMMƏDLİNİN CƏNNƏT YUXUSU

Dumanlı, yağışlı London gecələrinin birində Qurban Məmmədli dörd saat çəkən efirdən sonra yorğun halda isti və quru yatağına girib təzəcə yuxuya getmişdi ki, Balzak deyən yaşda bir xanım Həvva paltarında onun yuxusuna girdi. Qurban cənnətə belə tez düşdüyünə təəccüblənib həyəcanından pıçıltıyla soruşdu:

 — Sən hurisən?

Xanım sinəsini silkələyib dedi:

— Yox, mən Cəmil Həsənlinin qızıyam.

— Bəs sən mənim yuxuma niyə girmisən? Mən mömin bir müsəlmanam, məni günaha batırma…

— Bilirəm necə müsəlmansan… Bəs hər gecə məni arzulamırdın? Gəlmişəm…

— Xanım… Mənim yuxuma indi ayrı adam girməlidir. Çox mühüm adamdır. Sən get, ayrı vaxt girərəsən…

— Mühüm adamın adı nədir?

— Adı Əlidir…

— Əli Kərimli? Bəs o sənin düşmənin deyil?

— Əli Kərimli yox, ayrı Əli…

— Baş nazir Əli Əsədov?

— Yox… Mənim yuxuma həzrət Əli girəcək…Mənə ciddi məsləhətlər verəcək ki, Azerfridom ailəsinə çatdırım…

— Qurban, həzrət Əli bu gecə gəlməz, çünki bu gecə atamın yuxusuna girəcək… Ədyalını qaldır, girim yanına…Bir az üşüdüm… Ah, bu London gecələri…

Qurban Məmmədli ədyalı qaldırmaq istəyəndə şiddətli telefon səsinə oyandı. Xanımla görüşünün yuxu olduğunu başa düşüb az qaldı ağlasın. Zəng Ərəstun Orucludan idi. Bu zalım oğlu gecənin bu vaxtı ondan nə istəyir?

Qurban Məmmədli telefonu açdı.

— Qurban bəy, mən səni okeanın bu tayından salamlayıram. Yuxunuza müdaxilə etdyimə görə sizdən və yuxunuzdakı xanımdan dönə-dönə üzr istəyirəm. Mənə adını hələ çəkmək istəmədiyim bir general Bakıdan mühüm məlumat göndərib..

Mirzə ƏLil

23.01. 2024, Samara

TURAL SADIQLI HƏR AZƏRBAYCANLININ BAŞINA 130 MİN MANAT QOYUB…

tural sadıqlı 10

Sırtıq və ayıbçı uşaq olan Vova haqqında rus lətifələrinin biri belədir:

Sinifin qızları sözü bir yerə qoyurlar ki, Vova bir də dərsdə ayıb danşsa, durub bir yerdə sinifdən çıxsınlar.

Növbəti dərs şifahi inşadır. Hər şagird öz küçəsində görülən quruculuq, abadlıq işlərindən danışır. Növbə çatır Vovaya. Vova durub deiyr:

—  Bizim küçəmizdə isə fahişəxana tikilir…

Bunu eşidn kimi sinfin qızları üz qoyurlar qapıya sarı. Vova onları daldan haraylayır:

— Qızlar, hara tələsirsiniz. Oranın hələ indi özülünü qoyublar…

Tural Sadıqlı deyib ki, hər şəhidə 130 min verəcək. Niyə yüz əlli min yox, ancaq 130 otuz min, Sadıqlı izah etməyib. Hərçənd 130 min də çoxdur. İndiyəcən nəinki müharibəyə, hətta əsgər getməyən bakılılılar guya komissarlıqların qabağında növbəyə durublar. Söyüş qoyan da var: “Şəhid olmasam, maygülüyəm, bicbalayam!” Guya arvadlardan da getmək istəyən çoxdur. Ancaq şərt qoyublar ki, Tural Sadıqlı pulun yarısını qabaqcadan versin…

Zalım uşağı, verəcək də. Tural Sadıqlı  haçan yalan danışmışdı ki, indi onun sözünə şübhə edirsiniz…Qoy bu zalım balası sərhədi keçib gəlsin. Hara tələsirsiniz?…

Mirzə Əlil

20. 01. 2024, Samara

ZAHİD ORUC: PREZİDENTLİYƏ NAMİZƏD YA «2 NÖMRƏLİ ŞEY»?

Zahid Oruc

Sovet vaxtı bir şey var idi… O şey, əlbəttə, indi də var, özü də sovet vaxtında olduğu kimi qıt deyil, bir cür də deyil, min cürdür… Sovet vaxtı isə bir cür idi, adı da mal nomenklaturunda “izdeliye №2”. Yəni “2 nömrəli şey”. “İzdeliye” sözünü bizim lüğətlər “məmulat” kimi çevirirlər, ancaq “məmulat” cəmdir, ona görə mən “şey” kimi yazıram.

Bu 2 nömrəli şey kişi kontraseptivi idi, yəni prezervativ, qoruyucu. Bu şeyin iki təyinatı var. Əgər ailədaxili münasibətərdə istifadə edilirsə, deməli, aillə planlaşdırılması üçündür. Nikahdan kənar, təsadüfi əlaqələrdə 2 nömrəli şey gigiyena və müxtəlif zöhrəvi xstəliklərdən qorunmaq üçündür.

Yəni bu iki nömrəli şey də başqa saysız-hesabsız şeylər kimi vacib şeydir və onun istifadəsində ayıb heç nə yoxdur. Ancaq nədənsə, sovet vaxtı xüsusən, Rusiyada bu şey çoxlu lətifələrin mövzusuna çevrilmiş, ingilis adı “condome” eybəcər hala salınmış, ən ağır təhqirli söyüşlərdən birinə çevrilmişdi. İndiyəcən bu söyüş ən çox özünü müəyyən, xüsusən rüsvayçı məqsədlər üçün istifadəyə yol verən adamlar haqqında işlədilir. Yəni iki nömrəli şey bir dəfə işlənib atıldığı kimi, o adamlardan da bir dəfə istifadə edib atırlar.

İndi soruşuram: Zahid Oruca “2 nömrəli”  şey demək olar ya yox? Azərbaycanda seçkinin saxta olduğunu hamı yaxşı bilir, hamıdan yaxşı da İlham Əliyev bilir. Azərbaycan xalqı hətta kənd bələdiyyəsinə də deputat seçə bilmir. Yəni İlham Əliyev Azərbaycan xalqını seçki hüququndan mərhum edib. Ölkəni təyin olunmuş Xudayar bəylər hərləyirlər. Xudayar bəy necə kəndxuda olmuşdu? Çünki qlava onun anasını siğə eləmişdi. Azərbaycanda da əvvəl bəzi insanlar analarını zad elətdirirlər, sonra olurlar icra başçısı, prokuror, hakim, deputat…

Yəni Azərbaycanda prezident seçkisi formal da deyil, biabırçı şoudur. Çünki İlham Əliyev Azərbaycan xalqını dünya ictimayyətinin gözü qarşısında zorlayır… Və Zahid Oruc kimi anasını zad elətdirməyə hazır insanlardan iki nömrəli şey, yəni condome kimi istifadə edir.  Fazil Mustafadan heç danışmaq istəmirəm, ruslar demişkən, bu adamda damğa qoymağa yer qalmayıb…

Zahid Orucun yəqin ki, uşaqları var. Uşaqlarına nə deyəcək? Deyəcək ki, “əlahəzrət prezident məndən istifadə edir»? Onun uşaqlarında ləyaqət hissi olsa, gərək atalarının üzünə tüpürələr…

Salyana keçən əsrin 70-ci illərinin ortasında bir ağdamlı birinci katib təyin olunmuşdu. Salyana gələn gündən yerlilər arasında onun arvadbazlıq elədiyindən danışmağa başladılar. Hətta deyirdilər ki, vəzifə almaq istəyən bəzi kişilər özləri arvadlarını Nadir Abbasovun istifadəsinə verirlər… Mən bu söhbətlərin doğru olduğuna inanıram, çünki bu biqeyrətlilik barədə söhbəti onun spiçrayterindən, yəni məruzə yazanından şəxsən eşitmişəm…

Zahid Orucdan bu seçki şousu üçün onun ailə üzvlərini istəsələr, nəinki imtina eləməz, özü öz maşınına qoyub aparar…

Zahid Oruc xalq düşmənidir, çünki xalqının düşmənidir. Çünki xalq qarət ounur,  millətin gələcəyi oğurlanır, bu cındır da da «şuxer»də dayanıb… Çünki ölkədə feodal idarəçiliyi yaratmış, xalqı nəinki ona məxsus sərvətlərdən, hətta insani ləyaqətdən və azadlıqdan məhrum edən rejimin xidmətindədir. Nə şəkildə tələb olunsa, o cür. Bu gün o, rejimə 2 nömrəli şey kimi, condome kimi lazımdır.

Zahid Oruc arvadının, uşaqlarının üzünə necə baxır – bu onun öz problemidir. Yəqin arvadı da özündən qalmır. Biz bir-birimizin üzünə necə baxırıq? Axı xalq bütün dünyanın  gözü qarşısında əməlli-başlı zorlanır – başımızı aşağı salmaqla, özümüzü görməzliyə qoymaqla iş düzəlir?

Düzü, bilmirəm Azərbaycanda el arasında bu iki nömrəli şeyə nə deyilir, bu şeyin mal momenklaturunda adı nədir və s. Ancaq Zahid Oruc bilməlidir ki, xalq onun deputatlığını, prezidentliyə namizədliyini tanımır. Onun bir adı və bir statusu var: 2 nömrəli şey…

Mirzə ƏLİL

17. 12. 2023, Samara

NİYƏ BU KİŞİLƏR QIÇLARINI BELƏ ARALAYIB OTURUBLAR?

AXCP qurultayının transliyasına xeyli baxdım. Açığını deyim: heç ləzzət eləmədi. Çünki, Şeyz Nəsrullah demişkən, xanımlardan gözə dəymirdi. Dal (türkün məsəli) sıraları görə bilmədim, qabaq sıralarda oturanların hamısı “qəssumlu”, qalstUklu kişiləri idi, hamısı da qıçlarını geniş aralamışdılar, yəqin ki, İlham Əliyevə oxşadırdılar. Bəlkə də polis zoruma hazırlıqlarını göstərirdilər….

Mənim fikrimcə, zalda qadınlar olsaydılar, özü də qabaqda otursaydılar, transliyasiyaya baxanların sayı çox olardı. Həm də qadının qabağa çəkilməyi demokratiyanın şərtidir. İlham Əliyevə baxın, görün arvadını hara çəkib!

Bəs cəbhəçilərin arvadları hardadırlar? Evdə dolma bükürlər ya xan plovu asıblar?

Bir şeyi də başa düşmədim: canlı danışır, yoxsa fonoqramdır? Çünki Sədrin danışdığındatəzə söz yox idi, elə beş il, on il, on beş-iyirmi il qabaq danışdıqları idi. Bəlkə də köhnə çıxışlarının birini qoşublar ki, boğazını ağrıtmasın…

Düzü, Əli Kərimlinin özünün olduğuna da şübhəm var. Bəlkə özü oturub arvadıyla dolma bükür, qurultaydakı onun dublyorudur?

Vallah, İlham Əliyev çox mərhəmətli və səbrli adamdır. Mən onun yerinə olsaydım, bilirsinizmi neylərdim? Qurultay keçirilən zalın qapılarını qıfıllayar, sonra yaxşı xarici sementlə suvatdırardım. Sonra işığı, suyu kəsər, kanalizasiyanı bağlatdırardım. Bəs necə? Mən ölkənin sahibi, bu qurumsaqlar qalstuklarını taxıb gəlib oturublar, qıçlarını aralayıb özlərini mənə oxşadaraq dalımca danışırlar. Mən buna dözərdimmi? Yox!

Vallah, gözəl tamaşa olardı… Xüsusilə bu kanalizasiya məsələsi…

Sizdən nə gizzlədim, mən İlham Əliyevə CV göndərmişəm, istəyirəm Məhərrəm Əliyevin yerinə baş hərbi müşavir keçəm. Bəli, mən əsgərlik eləməmişəm, ancaq Məhərrəm Əlityev də əsgərlik çəkmməmişdi, hərbdən qandığı bir şey yox idi. Həm də ki, indi biz xarici düşmənlərlə müharibə apamırıq, xarici düşmənlərimizlə dostluq qururuq. Biz indi öz xalqımızla mübürizə aparırırq. Bu mübarizəyə hərbi hazırlıq yox, baş lazımdır. Mən elə sabah Bakıya gəlib başımı aparatda yoxlatdırmağa hazıram. Prezidentə elə məsləhətlər verəcəyəm ki, müxalifət tavada ilanbalığı kimi qıvrılacaq…

Ümumiyyətlə, bu işıq, su, kanalizasiya məsələsi çox aktualdır. Onları çox qapalı saxlamaq olmaz. Çünki şəhəri iy götürərər başına. İki-üç gün saxlamaq olar. Onda bəlkə bu qurumsaqların arvadları, uşaqları onların dalınca gəlib  yığılarlar divarın dalına. Beş-altı min bəlkə yığıla…Bu da sənə mitinq, nümayiş. Demokratiya istəmirdiniz? Bu da sizə demokratiya…

Mən niyə qurultay nümayəndələrinə qurumsaq deyirəm? Çünki qurumsaqdırlar. Dünən Tofiq Yaqubluya divan tutulanda bunlardan onu, on beşi niyə məhkəmənin qabağına gəlməmişdi?

Mən Mirzə Əlil olaraq xəbərdarlıq edirəm ki, bir iş görmək fikirləri varsa, tələssinlər. Yoxsa mən baş hərbi müşavir olandan sonra qurultay-zad keçirəndə pampers tədarükü görsünlər…

 

16. 12. 2023, Samara

AYAZ MÜTƏLLİBOVA: FUCK YOU!

ayaz-mutallibov.jpg

Hər gözəlin bir eybi olar deyiblər. Mən gözəl xalqımızın yeganə eybini onun söyüşlərində görürdüm. Yəni bizim söyüşlərimiz mənə çox qəliz, uzun, dolaşıq gəlirdi. Ürəyimdən keçirdi ki, bizm gözəl xalqımızın da ingilislərin, ameriklalıların “fuck you” kimi bir söyüşü olaydı. Həm qısa, həm incə, həm mədəni. Özü də ayıb-zad sayılmır. Uşaq böyüyə deyir, böyük uşağa, tələbə müəllimə, müəllim tələbəyə, ptezident vətəndaşa, vətəndaş prezidentə…

Bizim söyüş küçədə ağzından çıxsa, itlər tökülüb gələr… Ya da bıçağı soxarlar qarnına…

Heyf deyil “fuck you”…

Ancaq indi başa düşdüm ki, Tanrı yaratdığı hər xalqın söyüşünü də özünə uyğun yaradır. Mənə bu, iki gün bundan qabaq çatdı. Keçmiş prezident Ayaz Mütəllibov Mehriban Əliyevanı prezidentliyə irəli sürəndən. Xəbəri oxuyan kimi istədim mədni şəkildə deyəm “fuck you!”. Gördüm ürəyimin başı soyumur.

 Hörmətli kişilər və arvadlar! Bu adamın özünün prezidntliyi nə olub ki, durub indi xalqa prezident təyin edə? Bu o… Lənər şeytana… Bu adam şalvarını isladıb rusların bazasında qaçıb gizlənməmişdi? Deyəsən ki, a o… Lənət şeytana! Deyəsən ki, a Ayaz öləsən, sən hansı xidmətlərinə görə xalqın yerinə prezident seçirsən? Ay oğ…  Lənət şeytana! Niyə Mehriban xanım prezident olmalıdır? Bəlkə xalq Zeynəb Xanlarovanı prezident seçmək istəyir? Parlamentdə oturmaqdan arvadın dalı qabar olub, qoy beş-altı il prezidentlik eləsin, ölkəni gəzsin, havasını dəyişin. Ermənilərlə də əlaqəsi var. Yəni yaxşı mənada. Ermənistanın xalq artistidir. Qarabağ məsələsini bir həftəyə həll edər.

Azərbaycan əhalisinin yarıdan çoxu arvaddır. Türkün məsəli, hansına barmağını uzatsan, namizəd də olar, yaxşı prezidentlik də edər.

İndi bu Ayazdan soruşan lazımdır ki, o təklifi sənə dedirən kimdir, bu sənin öz sözün deyi axı, ay sənin lap…

Lənət şeytana!

Fuck you!

Yox, bu Ayaz kimi oğ… Lənət şeytana! Bu Ayaz kimi pis adamlara ingilis, fransız söyüşü əsər eləməz. Bunu gərək dədə-baba söyüşlərimizlə allı-yaşıllı söyəsən. Ancaq nə qədər ki, Azərbaycan Respublikasının müqəddəs Konstitusiyasl buna yol vermir, vəzifəsindən şalvarına işəyib qaçmış bu adamı ingiliscə söyürəm:

Fuck you!

Və sözümü bu şüarla bitirirəm:

Yaşasın Paşa-holdinq!

Mirzə ƏLİL

ANAR MƏMMƏDLİNİN AZƏRBAYCAN İCTİMAİYYƏTİNƏ VURDUĞU ZİYAN

“Prezident seçkiləri barəsində ictimaiyyətə yanlış məlumat verdiyinə görə” Anar Məmədli həbs olunub.Rəsmi məlumatda deyilir ki, Anar Məmədlinin yanlış məlumatı nəticəsində Aərbaycan ictimaiyətinin atası yanıb, anası ağlar qalıb. Anar Məmmədlinin yanlış məlumatı bölgələrdə də ciddi ziyanlara və tələfatlara səbəb olub. Prezident seçkiləri barədə yanlış məlumat alıb məyus olan bir neçə salyanlı dozasını artırıb və həyatını itirib, beş toyda doqquz bıçaqlaşma olub. Şimal bölgələrində otuz-qırx cavan şalvarlarının balağını qayçılayıb olublar vahhabi. Cənub bölgələrində xeyli gənc yanlış məlumatdan sağlam düşüncəsini itirib, “Ya Xomeyni!” deyib başlarını yarıb.
Yanlış məlumatdan havalanan xalq artisti İlhamə Quliyeva lüt-madarzat bulvara çıxıb özünü dənizə atmaq istəyib, polislər vaxtında tutub saxlayıblar.
Hazırda Anar Məmmədlinin yanlış malumatının Azərbaycan ictimaiyyətinə vurduğu ziyanşn miqyası MTN tərəfindən dəqiqləşdirilir.

ОЖИДАЕТСЯ МАТЧ-РЕВАНШ ВОЖДЕЙ

nar

Ильхам Алиев получил поддержку 84, 59 процента избирателей.
Эмомали Рахмон получил поддержку 84,23 процентов избирателей.
С небольшим преимуществом победил азербайджанский вождь.
Через пять лет между двумя вождями состоится матч-реванш.