Архив тегов | puşkinin şeirləri

ALEKSANDR PUŞKİN. «QARDAŞ, NƏ GÜNDƏSƏN…»

ПУШКИН

Qardaş, nə gündəsən, nə olub axı?

Küfr demiş kimi rəngin ağarıb.

Başının tüklərin dağa bənzəyir!

Bəlkə cavan qızla qəfildən sənin,
Üstünə çıxaraq hasar dalında,
Cumub qarovulçu sənin dalınca,
Kənardan oğruya oxşadıb yəqin?

Bəlkə qara basıb səni, sarsıdıb?

Bəlkə törətdiyin ağır günahlar,

Ruhunu ilhamla indi ağrıdır,
Odur ki, yazmağa olmusan vadar?

ruscadan tərcümə

09.05. 2-19, Samara

Что с тобой, скажи мне, братец?
Бледен <ты> как святотатец,
Волоса стоят горой!
Или с девой молодой
Пойман был ты у забора,
И, приняв тебя за вора,
Сторож гнался за тобой?
Иль смущён ты привиденьем,
Иль за тяжкие грехи,
Мучась диким вдохновеньем,
Сочиняешь ты стихи?

 

1825

ALEKSANDR PUŞKİN. “KAR HAKİMİN YANINA KAR ÇƏKDİ BAŞQA KARI…”

ПУШКИН

Kar hakimin yanına kar çəkdi başqa karı,

“O mənim inəyimi yeyib”! – deyə qışqırır.

“Bağışla, — cavabında çığırdı o biri kar,

Babamındı bu torpaq, istəsən, sənəd  də var”.

Hakim qərar çıxardı: “ İtməsin deyə qeyrət,
Oğlanı evləndirin, günah qızdadır hərçənd”.

 

Ruscadan tərcümə

08.05. 2019 Samara

 

Глухой глухого звал к суду судьи глухого,
Глухой кричал: «Моя им сведена корова!» —
«Помилуй,— возопил глухой тому в ответ, — 
Сей пустошью владел еще покойный дед».
Судья решил: «Чтоб не было разврата,
Жените молодца, хоть девка виновата».

1830

ALEKSANDR PUŞKİN.  KÖRPƏYƏ

ПУШКИН

Младенцу

 

Ürək eləmirəm, balaca, sənin
Xeyir-dua deyəm başının üstdə.

Sənin baxışların, ruh əminliyin,
Səma mələyindən bir təsəllidir.

 

 

Bu aydın, mehriban baxışın kimi,
Daim aydın olsun sənin günlərin.

Xoş bəxtlər içində, körpə, səninki,
Ən gözəl və ən xoş bəxt ola görüm.

1824

ruscadan tərcümə

07.05. 2019, Samara

Младенцу

 

Дитя, не смею над тобой
Произносить благословенья.
Ты взором, мирною душой,
Небесный ангел утешенья. Читать далее

ALEKSANDR PUŞKİN. “SƏN NİYƏ GÖNDƏRİLDİN, SƏNİ KİMDİ GÖNDƏRƏN…”

ПУШКИН

Зачем ты послан был и кто тебя послал?

Sən niyə göndərildin, səni kimdi göndərən?

Bizə gətirməliydin şərimi, xeyirimi?

Niyə sönüb getdin, parladın nədən,
Söylə, fözqəladə qonağı yerin?

 

Kitabçılar fal açır, çarlar qayğılanırdı,
Kütlə onlara baxıb əsirdi həyəcandan.
Mehrablar ifşalanıb, yox gəlib yığılan da,
Güclənirdi azadlıq qasırğaları hər an.

 

 

Və birdən o yetişdi… Hamı qanda və kirdə,
Dağıdı yazılar, nə varsa qədim.

Talelər Əri gəldi, kölələr kiridilər,
Qılınclar, zəncirlər dinirdi indi.

 

 

Föhş üzə çıxdı vüqarlı çılpaq,

Ürəklər elə bil önündə dondu.

İqtidar naminə Yurd unuduldu,
Qardaş qardaşını satdı qızıla.

Dedi divanələr: yoxdur Azadlıq,

Xalqlar da onlara inanırdı axı…

Onların nitqində şər də, xeyir də,
Kölgəyə bənzərdu, yoxdu fərqləri.

Həyatda nə varsa, nifrətə yemdi,
Necə çölün tozu yelə verilər.

 

Ruscadan tərcümə

06.05. 2019

Samara

QEYD: Şeir Napoleona həsr olunub.

 

 

Зачем ты послан был и кто тебя послал?
Чего, добра иль зла, ты верный был свершитель?
Зачем потух, зачем блистал,
Земли чудесный посетитель? Читать далее

ALEKSANDR PUŞKİN.  ŞAİRƏ

ПУШКИН

Поэту

Şair, dəyər vermə çox el məhəbbətinə sən.

Alovlu təriflərin ani küyü tez ötər.

Soyuq kütlə gülüşü, gic qınağı eşitsən,
Ciddiliyini pozma, sakit qal, ağır həm də.

 

 

Sən sultansan: təkyaşa. Azadlıq yollarıyla,
Get, azad zəkan səni çəkib aparsa hara,

Sevimli fikirlərin meyvəsini cilala,
Nəcib şücaətinə mükafat ummayaraq.

 

 

O, sənin özündədir.  Ali məhkəməsən sən,

Özünsən hamıdan sərt işinə qiymət verən.

Razısanmı işindən, söylə, tələbkar ustad?

 

 

Razısanmı? Qoy ağız əysin kütlə eləsə,
Odun yanan mehrabı tüpürüb ləkələsin,

Ya dəcəl uşaq kimi oynasın səcdəgahla.

 

Ruscadan tərcümə

04. 05. 2019, Samara

 

Поэту

 

Поэт! не дорожи любовию народной. 
Восторженных похвал пройдет минутный шум; 
Услышишь суд глупца и смех толпы холодной, 
Но ты останься тверд, спокоен и угрюм.  Читать далее

ALEKSANDR PUŞKİN. MƏLƏK

ПУШКИН

АНГЕЛ

 

Ədəm qapısında mehriban mələk,

Durub həqiranə, çöhrəsində nur.

Qeyzli şeytansa həmişəki tək,

Cəhənnəm girdabı üsdən uçurdu.

 

 

İnkarın, çübhənin təcəssümü ruh,
Baxırdı saf ruhun təcəssümünə..

İçinə bir riqqət odu dolurdu

İlk dəfə, özü də bilmədən necə.

 

 

«Bağışla, — söylədi, — mən səni gördüm.
Mənə əbəs yerə nur axıtmadın.

Nifrət eləmirdim hər şeyə göydə,
Hər şey də demərəm dünyada yaddır”.

Ruscadan tərcümə

03. 05. 2019, Samara

 

 

АНГЕЛ

В дверях эдема ангел нежный
Главой поникшею сиял,
А демон мрачный и мятежный
Над адской бездною летал. Читать далее

ALEKSANDR PUŞKİN. ELEGİYA

ПУШКИН.jpg

ЭЛЕГИЯ

Düşüncəsiz illərin sönüb gedən şənliyi
Səksəkəli xumarlıq indi, ürək göynəyir.

Fəqət  ötən günlərin qəmi şəraba bənzər,
Nə qədər köhnəlirsə, gücü artır o qədər.

Yolum hüzünlü. Zəhmət və dərddir mənə vədi,
Tale dəryasının ki, gurlayır irəlidə.

İstəmirəm, a dostlar, fəqət gedəm dünyadan,
İstəyirəm yaşayam, düşünəm, əzab dadam.

İşgəncələr, bəlalar, qayğıların içində,
Bilirəm ki, olacaq şirin nəşələrim də:

Hərdən harmoniyadan yenə də həzz alaram,
Göz yaşı axıdaram canlanan xəyallara.

Və bəlkə də kədərli qürubum yetən zaman.

Vida təbəssümüylə sevgi alışar bir an.

1830

Ruscadan tərcümə

01.05. 2019, Samara

 

ЭЛЕГИЯ

Безумных лет угасшее веселье
Мне тяжело, как смутное похмелье.
Но, как вино — печаль минувших дней
В моей душе чем старе, тем сильней.
Мой путь уныл. Сулит мне труд и горе
Грядущего волнуемое море. Читать далее

Aleksandr PUŞKİN. QURANA BƏNZƏTMƏLƏR. VII

ПУШКИН

QURANA BƏNZƏTMƏLƏR

        VII

 

Qalx ayağa, ağürək:[i]

Səhər açılanacan,
Küncündə mağaranın,

Müqəddəs çıraq yanır.

Dua elə ürəkdən,

Peyğəmbər, at başından,
Kədərli fikirləri,

Məkrli yuxuları.

Həqiranə ibadət,
Elə səhərə qədər.

Səmavi kitabı sən,

Oxu səhərə qədər!

1824

Ruscadan tərcümə

29.11.2017

Samara

[i] Orijinal qafiyəsizdir

ALEKSANDR PUŞKİN. KAZBEKDƏ MONASTIR

ПУШКИН

Высоко, над семьею гор…

 

Kazbek, əzəmətli, şanlı bu çadır,

Silsilə dağların lap başındadır.

Sənin monastırın bulud dalında.

Ölməz şüalarla yanar, parıldar.

Sanki göydə üzən Nuh gəmisidir,

Dağ üstdə ilğım tək görünüb axır.

 

Qəlb necə arzular o qəlbi həddi!

Dərəyə əlvida söyləyib ora,

Azad ucalığa qalxa biəydim.

Göy üzündə, tanrı qonşuluğunda,

Tənha bir hücrəni məskən edəydim.

1829

Ruscadan tərcümə

19.11.17

Samara

 

 

ALEKSANDR PUŞKİN. QURANA BƏNZƏTMƏLƏR. VIII

ПУШКИН

ALEKSANDR PUŞKİN

                 QURANA BƏNZƏTMƏLƏR

                             VIII

                   Торгуя совестью перед бледной нищетою…

 

Vicdanla alver edib qabağında kasıbın,
Pay verəndə əllərin simiclikdən əsməsin.

Tam əliaçılığı Tanrı bəyənər ancaq.

Qiyamət yetişəndə, barlı zəmilər kimi,

Ey uğurlu əkinçi,

Zəhmətinin əvəzi yüz qat artıq çatacaq!

 

Ancaq həyatda zəhmət çəkib qazandığından,

Qıymayıb, dilənçiyə xəsis pay uzadanda,

Simic ovcun yumulub əgər kilidlənərsə,

Verdiklərin daş üstdə bir ovuc toza bənzər
Leysan yağış düşdümü, bil ki, yuyulub gedər.

İtər-batar sədəğən,Tanrı rədd eləyərsə.

 

1824

Ruscadan tərcümə

16.11.2017

Samara