
Vahidin bəzi qəzəlləri sualla başlayır:
“Nə qədər eşqimiz , ey gül, belə pünhan olacaq?”
Yəni şair deyir ki, eşqimiz haçanacan gizli qalacaq, çünki “aşikar eyləməyincə” “ürəyi qan olacaq”.
Əliağa Vahidin yadından çlıxlb ki, başqa bir qəzəlində tamam ayrı söz demişdi:
“Etibar olmaz özün göstərən aşiqlərdə,
Əhsən ol aşiqə cananını pünhanı sevir!”
Məsələ burasındadr ki, Vahidin qəzəllərinə nəinki sevgi şeiri, hətta şeir demək çətindir. Bu qəzəllərin çoxu müğənnilərin sifarişi ilə, “dılöy-dəlöylə” oxumaq üçün yazılıb. Ona görə də bu mətnlərdə hansısa gerçək yaşantıların, ürək ağrılarının, konkret sevgi tarixinin ifadəsini axtarmaq mənasızdır. Vahid qafiyə seçir və illərlə işlətdiyi trafaretləri götürüb gedir qafiyənin dalınca.
“Nə zaman vəslinə bəs yetməyə imkan olacaq?”
Abır-həyada yer üzündə birincilərdən olan millətimizdə bu “imkan olacaq” ifadəsi necə başa düşülməlidir? Aşid “vəslə yetməyə” imkan axtarırsa, canan ismətli gözəl deyil, bəlkə də qədim peşə sahibidir…
Vəslə yetmək istəyirsən? Göndər elçini? Nec yəni “imkan”? Qızı otelə ya manatlıq evə aparmaq istəyirsən?
Sonra gül-bülbül cəfəngiyatı gəlir:
“Bəs haçan rəhm edəcək bülbülü — biçarəyə gül?”
Heç haçan! Bülbül harda, gül harda?
“Nə qədər bəs o fəğirin işi əfğan olacaq?”
Bülbülə heç olmasa bir dəfə qulaq asmış və bülbülü sərçədən ayıra bilən hər kəs bilir ki, bülbül “fəğan” eləmir, bülbül şən nəğmələr deyir, bülbülün nəğməsi xəstəyə dərmandır….
Bu beytə baxaq:
“Eşqdən başqa nə dərd olsa yenə çarəsi var,
Ayrılıq dərdinə, bilməm necə dərman olacaq?”
1-ci misrada dedi ki, eşqdən başqa hər dərdə çarə var. Deməli, ayrılığıa da. 2-ci misrada deyir ayrılığa çarə yoxdur.
Mən Vahidin içkili yazdığını iddia eləmirəm, ancaq təkid edirəm ki, o lotu-potu üçün, avam kütlə üçün yazıb və basməmmədi yazıb.
“Öz xoşumla o qarə zülfə əsir oldum özüm…”
Yenə zülfə əsir oldu! “Özüm oldum…” Öz xoşuyla – bu necə olur?
“Hələ Vahid , meyə meyl eyləmə , qoy gəlsin o gül,
Yarsız yerdə mey içmək bizə nöqsan olacaq.”
Aha! Məclisə canan gələcək! İçki məclisinə! Birinci beytdə deyirdi ki, “eşqimiz haçanacan gizli qalacaq.» İndi məlum olur ki, cananla içki məclisləri qurur və yəqin ki, hər ikisi xirtdəyəcən vurur…
Kül bizim başımıza…
Bu mətnləri poeziya sayan insanların xəstə olduğuna kiminsə şübhəsi var? Mənim – yoxdur!
07. 06. 2024, Samara