Архив тегов | qabırğandan

Anna AXMATOVA. GÖZÜNÜ ÜZMƏDİN…

 

                                                 Долгим взглядом твоим истомленная,
                                                    И сама научилась томить.
Gözünü üzmədin – üzüldü bu can,

Özüm də oldum axırda can üzən.

Yaranmışam sənin qabırğandan –

Eləsə sevməyim səni necə mən?

 

Bacı olum sənə — sevimli, əziz,

Beləydi taleyin əzəl yazısı.

Mənsə oldum sənin məkrli, həris,

Və şirindən şirin kölən, kənizin.

 

Fəqət o anda ki, halsız, müti,

Başım düşür o qardan ağ döşünə,

Gör necə şadlanır sənin müdrik,

Ürəyin – doğma yurdumun günəşi!

 

1921

tərc.: mart 1989, Samara