Архив тегов | Qaraca çoban

QARACA ÇOBANIN ŞÖKLÜ MƏLİKƏ DEDİYİ

Kafər! Ağlın, dinin yox!

Fikrin, düşüncən pozuq!

Qarşı yatan qarlı dağ,
Ot bitirməz, qarıyıb.

Qanlı-qanlı irmaqlar,

Suyu gəlməz quruyub.

Şahanə-şahbaz atlar,
Qulun verməz, qaruyıb.

Qızıl-qızıl dəvələr,
Köşək verməz, qarıyıb.

Kafər, Qazan anası,

Oğul verməz, qarıyıb.

 

14.03. 2021, Samara

QARACA ÇOBANIN KAFİRƏ DEDİYİ

U LENİ. KİNO

Bəsdir, itim kafir, boş danışdığın,

İtimlə bir yalaq yalayan azğın!

Altında alaca atını öymə,
O mənim ala baş keçimə dəyməz!

Öymə başındakı dəbilqəni də,
Mənim börküm ondan çox dəyərlidir!

Altmış tutamlı nizəni öymə,

Dəyməz bu qırmızı dəyənəyimə!

Kafir, qılıncını öymə çox da sən,
Ondan daha qolay məndəki çövkan!

Öymə belindəki doxsan oxunu,

Sapandım gözünün alar odunu!

Gəl, yaxındasan da, uzaqdasan da,
İgid zərbini gör, itil sonra da!

16.03. 2021, Samara

QARACA ÇOBAN

U LENİ. KİNO

İgid Qaraca çobanım,

Daha bəsdir yatmağın.

Qap çomağı, al çokanı,
Yar zamanın qatını.

 

Dirsə xan da, Qazan xan da,
Çoxdan ötüb gediblər.

Bardaş qurub qızıl taxtda,
İndi gədə-güdələr.

 

Oyan, yurdum yağmalanır,
Oyan, xalqım əyilir.

Çağır, olum daş yığanın,
Al sapandı əlinə.

 

Nərə çək ki, qardaşların,
Gəlib dursun yanında.

Yorulmaram, daş verərəm,

Qırılmasın sapandın!

 

Ölübsə də Şöklü Məlik,
Çoxdur Məlik kimsi.

Sapandına yüklə məni,
Əgər daşın tükənsə!

 

02. 07. 2020, Samara

YAĞMALANDIQ, XANIM, YAĞMALANDIQ…

YAĞMALANDIQ, XANIM, YAĞMALANDIQ….