Архив тегов | qış haqqında şeirlər

ALEKSANDR PUŞKİN. QIŞ AXŞAMI

161

Qara pərdə çəkir boran  səmaya,
Fırladaraq qarlı burulğanları.

Vəhşi heyvan kimi ulayır o gah,
Körpə uşaq kimi gah da ağlayır.

Evin əfəlləmiş damında birdən,
Tərpədir hay-küylə köhnə bəlimi.

Qapı-pəncərəni döyür o bəzən,
Yubanan ya azan yolçular kimi.

Bizim komanınsa gedib hay-hayı,
O həm kədərlidir, həm də qaranlıq..

Söylə, qarıcığım, nədəndir axı,

Pəncərə önündə lal dayanmağın?

Yoxsa ki,  boranın vıyıltısıyla,

Beləcə yorulub üzülmüsən sən,

Bəlkə mürgülədir, yuxuladır ya,

Səni cırıltılı səsiylə cəhrən?

Əziz qarıcığım, içək səninlə,
Kasıb gəncliyimin rəfiqəsi, gəl.

İçək dərdimizdən: hanı piyalə?

İçsək ürəyimiz yəqin şənlənər. 

Mənə nəğmə oxu arıquşudan,
De dəniz dalında necə yaşardı.

Mənə nəğmə oxu, necə obaşdan,

Qız ayağa durub su daşıyardı.

Qara pərdə çəkir boran  səmaya,
Fırladaraq qarlı burulğanları.

Vəhşi heyvan kimi ulayır o gah,
Körpə uşaq kimi gah da ağlayır.

Əziz qarıcığım, içək səninlə,
Kasıb gəncliyimin rəfiqəsi, gəl.

İçək dərdimizdən: hanı piyalə?

İçsək ürəyimiz yəqin şənlənər.

1825

ruscadan tərcümə

11. 02. 2022, Samara

+++++++++++++

Александр ПУШКИН

Зимний вечер

Буря мглою небо кроет,

Вихри снежные крутя;

То, как зверь, она завоет,

То заплачет, как дитя,

То по кровле обветшалой

Вдруг соломой зашумит,

То, как путник запоздалый,

К нам в окошко застучит. Читать далее

“QIŞDA NƏ ARZULAR CƏNUBLAR AXI…”

2

Qışda nə arzular cənublar axı?

Parlament? Mətbuat? Demokratiya?

Müstəqil məhkəmə? Azad seçki ya?

Rüşvətsiz səhiyyə? Söz azadlığı?

 

 

Təzə prezident? Lap təzə bəlkə?

Dədəsi-babası yada gəlməyə,

Korrupsiya nədir, yazıq bilməyə,

İşləyə mal kimi, xalqa nökər tək?

 

 

Yaxşı uşaq pulu, ucuz kredit?

Bəlkə yaxşı maaş, yaxşı pensiya?

Ucuz qaz, kəsilən günü olmaya?

Bəlkə birdəfəlik ləğv ola limit?..

 

 

Tamam ayrı şeydir arzusu qışda,

Cənub ölkəsinin, əzizim, ancaq.
Qar həsrətindədir böyük həm uşaq,

Beziblər yanvarda yağan yağışdan.

 

 

Pəncərə açasan – aləm ağappaq,
Baxasan gözlərin qamaşanacan.

Bunun möhtacıdır, ilahi, insan,

Özü qalanını düzüb-quracaq…

 

28.01. 2020, Samara