Архив тегов | Ramiz Mehdiyev

AZƏRBAYCAN İNTERNETİNDƏ FUNKSİYA: «ƏLİM DƏMİRDƏ!»

Beynəlxalq təşkilatlar İlham Əliyevin əlinə-ayağına düşüblər ki, İnternetdə təhqirə görə cinayət məsuliyyətini qanuniləşdirməsin. Onlar təklif edirlərki, bunun əvəzində  Azərbaycan İnternetə “əlim dəmirdə” funksiyasını qoysun. İndinin özündə Azərbaycan məmurları İnternetdəki təhqirlərə fikri vermirlər, oxuyan kimi “əlim dəmirdə” deyib sovuşdururlar. Ramiz Mehdiyevin əli heç dəmirdən ayrılmır…

 

Mirzə Əlil

İRAN AZƏRBAYCANA STRATEJİ SİLAH VERƏCƏK

Akademik Ramiz Mehdiyevin İrana səfərində əsas məqsəd qara kürü olub. Cənab mehdiyev İran prezidentindən beş-on min ton küeü istəyib: “Mahmud, sən öl demirəm, özüm ölüm, bu Qərbin təzyiqlərinə biz ancaq kürü ilə dura bilərik. Bunu, qəbirə qoysan, kürüdən kəsərli silah yoxdur. İndi hücumlar o qədər artıb ki, kürü çatdıra bilmrik”.

Əhmədinicad deyib ki, müsəlman dünyasının düşmənlərinə qarşı mübarizə üçün nə qədər kürü lazım olsa, verməyə hazırdır.

YOU TUBE-da RAMİZ MEHDİYEVLƏ BAĞLI VİDEO

Azərbaycan hökumət orqanları, nəhayət, Elşad Abdullayevin video ittihamlarına cavab verdilər. Daxili işlər Nazirliyinin You Tube-da yerləşdirdiyi 12 dəqiqəlik videoda keçmiş deputat Gülər Əhmədova əlində diplomat Ramiz Mehdiyevin kabinetinə gəlir. Diplomatı stolun üstünə qoyub açır və deyir ki, bunu Elşad Abdullayev göndərb deputat olmaq üçün, milyon manatdır. Ramiz Mehdiyev qəzəblə yerindən sıçrayır, diplomatı bağlayıb çırpır Gülər Əhmədovanın başına, saçındam tutub atır kabinetdən qırağa. Əlbəyaxa vaxtı akademikin söyüşləri də eşidilir, özü də söyüşlər ruscadır: “mat vaşu”, “ da ya vas vsex…» “ za koqo menya prinimayete, blya…” və s.

Necə deyərlər, şərhə ehtiyac yoxdur…

UŞAQLAR ÜÇÜN NAĞIL

Ramiz Mehdiyev boynunda təzə “Şərəf” ordeni gəlir evə. Nəvəsi qabağına yüyürüb deyir:

—         Buy, baba, nə gəşəng şeydir, ver oynadım.

—         Al oynat, ancaq itirmə. Bu, ölkənin şərəfidir.

—         Baba, itəndə itəcək də. Özün həmişə demirsən ki, təki neftimiz itməsin?

—         Orası düzdür, bala. Apar oynat…

YAŞA, YAŞA, DAHİ İNSAN!

Bu gün Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, dahi akademik Ramiz Mehdiyevin 75 yaşı tmam olur. Prezident İlham Əliyevin cənab Mehdiyevə təbrikində deyilir: “Sən nə qədər, nə qədər qoca olsan da, dəyərsən min cavana. Çörəyi yemirsən sən yavana, bəllidir bu hər qanana, Sən şərəfsən Azərbaycana və s.”

AKADEMİK MEHDİYEVİN BAŞDAN XARAB PROFESSORA CAVABI

Azərbaycanın görkəmli alimi və deputatı Nizami Cəfərov yazıb ki, Heydər Əliyev Şah İsmayıldan sonra Azərbaycanın ikinci böyük şəxsiyyətidir. Əlbəttə, cənab Cəfərov, mədəni desək, çox böyük səhv eləyib. Atalar demişkən, professorun cavabını akademikl verər. Aərbaycanda da, xoşbəxtlikdən, belə akademik var və bu akademik Ramiz Mehdiyevdir ki, Azərbaycan dövləti qismən onun çiyinlərində durur. Akademik Mehdiyev, məlum olduğu kimi, rus dilini tum kimi çırtlayır, Cəfərovun da cavabını rus dilində verib. Biz ağlımız kəsən qədər çalışdıq akademikin professora dediklərindən əsas yerləri azərbaycancaya tərcümə edək: “Ala, Nizami, qudurmusan? Ala, nə ikinci? Öndərə ikinci deyirsən? Ala, ikinci sənin atandır! İkinci sənə dərs deyəndir! İkinci sənə professor adı verəndir! İkinci səndən pul alıb deputat vəsiqəsi verəndir! Ala, Əliyevlərin çörəyini yeyib indi üzlərinə qayıdırsan?”

Akademik Mehdiyevin bu məqaləsi dünya elmi ictimaiyyətində analoqu olmayan maraq doğurub və ən mötəbər elmi jurnallarda sitatlanma indeksinə görə birinci yerə çıxıb.

Sən bizim fəxrimizsən, ay akademik Mehdiyüv! Malades!

 

Mirə Əlil

 

YUMURTA DÖYÜŞLƏRİ

Bakı. Prezident sarayında ağır döyüşlər gedir. Prezident rəqiblərini bir-bir sarsıdır. “Ramiz, sən bu yumurtanı yumurtlayan toyuğu gətir, mən onunxoruzunu ağladım”, — deyə cənab prezident Ramiz Mehdiyevə sartaşır. “Səfər, sən gözdə-qulaqda ol, birdən Lazım gələr, xəbərimiz olmaz”, — deyə zat-aliləri Səfər Əbiyevə göz vurur. “Cənab prezident, arxayın olun, peykimiz xəbər verib ki, lazımın bu yaxınlarda gəlmək fikri yoxdur”,- deyə general Əbiyev cavab verir…

Yumurta döyüşləri davam edir…

KİŞİ PAPAĞI

Ilham Əliyev:

—         Ramiz müəllim, bayram axşamına az qalıb, istəyirəm mən də papaqatdıya gedəm. Mənə bir papaq təşkil elə.

Ramiz Mehdiyev:

—         Cənab prezident, mən təşkil eləyə bilərəm yaxşı polis papağı, gömrükçü papağı, sərhədçi papağı, prokuror papağı, cərrah papağı…

İlham Əliyev:

—         Mən istərdim adi kişi papağı olsun.

Pamiz Mehdiyev:

— Kişi papağı tapmaq bir az çətin olacaq. Gərək soraqlaşaq. Ya da şəhərdə bir kəndçi-kündçünün başından qaçırdaq…

PAPA SÖHBƏTİ

İlham Əliyev Ramiz Mehdiyevə:

—         Ramiz müəllim, eşitmisən, Roma papası yaşının çoxluğundan istefa verdi.

—         Ay İlham müəllim, büzim  Roma papasəyla nə işimiz, gəl sənin papandan danışaq…