Архив тегов | Ramiz Rövşən

MUSA YAQUBUN GÜLMƏLİ ŞEİRLƏRİ. «QƏLƏMİMLƏ FIRÇALADIM SÖZÜMƏ…»

Musa Yaqub

Yerindən duran deyir ki, “millət savadsızlaşıb”.

Sual: millət haçan savadlı olub? Bolşeviklərdən qabaq, yəni əhalinin elliklə yazıb-oxuya bilmədiyi vaxtlar?

Ömrünün çoxunu sovet dövründə yaşayanlar iddia edirlər ki, o vaxtların məktəbi yaxşı dərs verirdi, o vaxtlar hamı savadlı yazırdı.

Hamı – yəni şairlərimizdən başqa? Çünki adlı-sanlı, şeirləri dərsliklərə salınan müəlliflərin mətnlərini oxuyanda onların savadına, hüquqşünaslar demişkən, əsaslı şübhələr yaranır.

Guya gözəl poetik dili olduğu iddia edilən Musa Yaqubun bir neçə mətninə baxaq.

“İncilərim düşüb dərya küncünə

Şairin öz şeirlərinə “inci” deməyinə fikir verməyək, görünür fövqəladə təvazölü adam olub… “Dəryanın küncünə” – dəryanın küncü olar? Evin, otağın küncü olar, ancaq dəryanın küncü yox.
“Qəvvas gərək güvənsin öz gücünə

Tamamilə cəfəng misradır. Şair demək istəyib ki, incilərini çıxarmağa qəvvas gərəkdir. Ancaq misra doldurmaq üçün, həm də “küncünə” sözünə qafiyə üçün bu cəfəngiyatı yazır. Təsəvvür edin: dalğıc gəlib Musa Yaqubun incilərini çıxarmağa, müəyyən şərtlər irəli sürür. Musa Yaqub deyir gərək öz gücünə güvənəsən…
“Alıb onu çıxarsın el içinə”

Kimdən alsın? Küncdən?

“Nə olacaq?… Torpağa bel bağlaram.
Üzüm tutub bir buluda ağlaram”

Musa Yaqub niyə ağlayır? Mən bilirəm ki, Musa Yaqub şeirlərinin çoxunda ağlayıb və onun fanatları da ona qoşulub ağlayıblar. Deyən olmayıb ki, a kişi, niyə ağlayırsan, səbəbini de, qocalıqdan, ölümdən qorxursansa, hamımız qocalacağıq, hamımız öləcəyik….
“Şimşəklərin işığını saxlaram
Bundan sonra n
ə olacaq, olacaq.”

Şimşəklərin işığını bu necə saxlayırmış?
“Təbiətin rəngi axdı gözümə
Q
ələmimlə fırçaladım sözümə”

İkinci misranı yazan şagirdin qiyməti neçədir? Necə yəni “fırçaladım sözümə”?
“Məni yerim olan yerdə gözləmə”.

Bir şey başa düşdünüz?

“O məqam yerimi tutub durublar,
Durub el
ə bil ki, oxlov udublar.”

“Məqam” elə “yer” deyil? 

Şair öünü hardasa çox yükskdə görürmüş, yerini tutublar. Görəsən kimi deyir? Bəxtiyar Vahabzadəni? Nəbi Xəzrini?

«Oxlov udmaq» rus dilindəki «arşin proqlotil» ifadəsinin tərcüməsidir. Yəni müəllif orijinal görünmək üçün o vaxtkı «böyük qardaşlarımızdan» çırpışdırır….
Hələ qabağıma kötük atan var”

Aha! Kötük də atırlar!
“Şerimin üstünə örtük atan var.”

Dəryanın küncündən çıxarılandan sonra?

«kötük»dən sonra «örtük» gəlməliydi, bu, gün kimi aydındır…
“Adımın üstündən ad yazıbdılar”

“Yazıbdılar” – bu nə dildir? Ibdılar…
“Öz ağızlarına dad yazıbdılar.”

Musa Yaqub nə yazdığını başa düşürmüş? Niyə onun qolundan tutub deyən olmayıb ki, ay cənab, özün çaş yazırsan, xalqı da çaş salarsan… Ağıza dadı necə yazırlar?
“Çəmən, çiçəyim var,
arılar bekar –
H
ələ səmənd atım örükdə qalıb.”

Arılar niyə bekardır? Tətil elan ediblər?

“Örük” nədir? Bəlkə “hörük”də? Bəlkə “örüş”də?
“Fırlanır havada arıquşular,
Arılar gözl
əyir pətəkdə qalıb.”

Aha! Arıquşular! Arılar güdükçü də qoyublar. Hərdən soruşurlar: “Arıquşular getdilər?” Güdükçü arı deyir: “Hara gedirlər, partlayanacan şirələnəcəklər, biz qırıldıq…”

“Bu ağacın beli çapıq-çapıqdı”

Ağacın beli harasındadır?
“Dal budağın yarpaqları yapıqdı.”

“Dal budaq” ağacın harasında olur? Dalında? Ağacın dalı-qabağı var?

“Mən ilahi eşqin qulu,
Hürufil
ər dərdi ulu “

Bu iki misra arasında, uzaq da olsa, qohumluq tapmağa çalışın.
“Qəzalidə qəm müqəddəs”

Qəzali kimdir? Əbu Hamid əl-Qəzali?

Əstəğfurullah!
“Mənim dərdim nədəndi bəs?”

A kişi, biz nə bilək? Ölümdən qorxursan? Prezident Ramiz Rövşənə yaxşı baxır, sənə gözücu – bəlkə ona görə dərdə düşmüsən?

“Bu qəm yeli məndən əsib —
T
ənhalıqdan könlüm bezib”

Mirzə Səfərin “Darvazamızı fələk vurubdu” misrası bunun yanında poetk şedevr deyilmi?
“Durub gedim eşqimgilə

Belə şey indiyəcən oxumuşdunuz? Eşqimgilə gedim….”Musa, hara gedirsən?” “Heç, dedim bir beşqimgilə dəyim, çoxdan dəymirdim…”
“Bağrım başı düyün-düyün”

“Bağrım başı” hansı orqandır?

“Qalıb” şeiri:

“Fısdıq koğuşunda arılar öldü,
P
ətəksiz, cırsayaq meşəmiz qalıb.”

Aha, deməli, arıquşuları bunları acından öldürüblər…

«Cırsayaq» — bu nədir? Ayıb sözdür?

“Çarıqdan qurtardı ayaqlarımız,
Boğaza keçilən kövşəmiz qalıb.”

Bəlkə “boğaza keçirilən”? “Kövşə” nədir? İnternetdə axtardım, tapılmadı. Musa Yaqub əvvəldə “meşə” sözünü qafiyə kimi işlədib, sonra gərək “meşə”yə qafiyə olan daha on beş söz tapa. Şeirin əvvəlində ürəyimə dammışdı ki, hökmən “kirşə” də olacaq. Oldu da!

“Sürüşüb düşmüşük dərə dibinə
Bizd
ən ucalarda kirşəmiz qalıb.”

Adlı-sanlı şair, millətin fəxri, bir qafiyədən ötrü özünü apardı saldı dərəyə…

Qafiyələr: meşə, peşə, şüşə, guşə, tişə, köşə, kövşə, kirşə, nəşə... Sonuncu qafiyə ilə Musa Yaqub yəqin mənim yerlilərimə eyham vurur.

A kişi, daha eləmirik, tərtəmizik…

Ancaq, boynuma alım, Musa Yaqubun şeirlərini oxuyanda nəşəli adam kimi öz-özümə gülmüşəm. Şeirlərin altındakı “Buynuz” sözü də məni güldürürdü. Bilirəm ki, mərhum şairin kəndinin adıdır. Ancaq “Qoşa buynuz” daha yaxşı olar. Həm Abdulla Şaiqə hörmət olar, həm də  o məlum heyvanın adı bu şəkildə əbədiləşər. Axı Səməd Vurğundan tutmuş indikilərə qədər şairlərimiz milləti o qoşa buynuzlunun yerinə qoyublar…

Mirzə Əlil

31. 07. 2024, Samara

MİLLİ QƏHRƏMAN ŞÜKÜR HƏMİDOVUN ATASINA: A KİŞİ, ÖZÜNÜ ƏLƏ AL, DÜNYANI BİZƏ GÜLDÜRMƏ…

Müharibə iştirakçısı olmuş hər bir əsgər, hətta döyüşlərdə yüngül yara almayan belə, xüsusu hörmətə layiqdir. Həlak olanların xatirəsini əziz tutmaq borcdur.

Azərbaycan ordusuun necə komplektləşdirildiyi heç kim üçün sirr deyil. Son müharibədə həlak olanların minindən çoxu haqqında İnternetdən məlumat toplamışam. Bu gənclər hamısı fəhlə-kəndli ailələrindəndir, şəhidlər arasında hətta aşağı səviyyəli məmurların da uşaqları yoxdur. Bir vaxt həm qərbdə, həm şərqdə imtiyazlı siniflərin nümayəndələri hərbi elitanın əsasıını təşkil ediblər. İndi Azərbaycanın əslində bütün xalqa məxsus olan sərvətləini mənimsəmiş, üstəlik ən yüksək vəzifələr tutan insanların ailələrində bir nəfər zabit, bir nəfər əsgər yoxdur. Fəhlə-kəndli balası həm vətənin şərəfini, həm də o şərəfsizlərin firavan həyatını, milyardlarını qoruyur.

Mənim keçmiş şagirdlərimdən birinin yeganə oğlu Şuşada noyabrın 8-də həlak oldu. İndi oğulsuz, uşaqsız, nəvəsiz qalmış ər-arvad necə yaşamalıdr? Saatlarla torpaqla, mal-heyvanla çalışandan sonra evə girəndə onları nə sevindirə bilər?

Heç nə!

Belə valideynlər sevinə bilmirlər, ovunmurlar! Müharibədən sonra nə qədər şəhid atasının, anasının öldüyü buna sübutdur.

Onu da deyim ki, keçmiş şagirdimin xüsusi təyinatlı oğluna ölümündən sonra dəmir medal veriblər. Bir tərəfdən deyirlər əsgərlərimiz qəhrəmanlıq göstəriblər, digər tərəfdən, canlarından keçmiş bu uşaqlara bir orden də qıymırlar.

Deputatların, icra başçılarının sinələrinə baxın –  hamısı qaraçı baronu kimi ordenlə bəzənib Yemlənməkdən buğaya dönmüş deputat Sabir Rüstəmxanlı bir ordeni özü üçün alanda, birini də arvadı üçün alır… Bu həmin Rüstəmxanlıdır ki, Aprel müharibəsinin çeyitləri yığılıb basdırılmamış qızına toy çaldırır, Ramiz Rövşənlə qol-boyun selfi çəkib paylaşırdı. Son müharibə bitməmiş Rüstəmxanlının özündəndə yoğun arvadına orden verildi. Yadınıza salıram ki, yeganə şəhid qadın Arəstə Baxışova həmin ordenlərdən birini qıymadılar!

Hanı mənim qəhrəman əsgərimin ordeni?

Niyə bu qəhrəman əsgərlərin beşinə, üçünə Milli Qəhrəman adı verilməyib? Bu ad yeganə oğlunu itirmiuş şagirdimi sevindirməsəydi də (nə sevnic…), bəlkə ovundurardı…

Ancaq sevinənlər var. Mərhum polkovnik Şükür Həmdovun atası. Oğluna Aprel döyüşlərinə görə Milli Qəhrəman adı verilib. Çox gözəl! Eşq olsun! Ancaq onu da deyim ki, bu döyüşlərə qədər uzun illər hərbi xidməti  ərzində cəsurzabit  Şükür Həmidov bircə orden də almayıb. Yəni verməyiblər. Sabir Rüstəmxanlıya, onun arvadına, Siyavuş Novruzova, indi tutulan ya hələlik iş başında olan quldur icra başçılarına veriblər, Şükür Həmidova  verməyiblər. Çoxlu medal alıb. Medal fabrikimiz əla işləyir, söz yoxdur. Yəqin o ucuz medallara Sabir Rüstəmxanlı kimi ordenli şairlər ad verirlər…

Əlbəttə, yaxşıdır ki,  Şükür Həmidov çoxdan layiq olduğu yüksək adı alıb. Ancaq bir məsələ də var. İndi Şükür Həmidovun atası Nəriman kişi nədənsə əmin olub ki, bundan sonra onun xüsusi statusu var, qəhrəman atası kimi xalqın adından danışmağa, hətta Konstitusiyaya (!) dəyişikliklər eləməyə tam ixtuyarı var. Bizim qanunverici orqanımız olan Milli Məclisdən xahiş edirəm ki, Müzəffər Ali Komandan, Prezidentimiz cənab İlham Əliyevə “Azərbaycanın daimi Prezidenti” adı verilsin. Xahiş edirəm ki, xalqımız da, Milli Məclis də bunu qəbul etsin.

Vallah, bu kişi başını itirib. Bəzi atalar oğullarının ölümündən sonra dərddən başlarını itirirlər, bu Nəriman kişi başını sevincdən itirib. Yəqin o qədər imtiyazlar verilib ki, kişi çaşıb.

A kişi, qəhrəman atasısan, bilirik. Lap qabağında baş əyməyə hazırıq. Sənin Konstitusiya ilə nə işin var? “Müzəffər ali komandan” nədir? Belə ad heç Stalində olmayıb. “Ömürlük prezident” nədir? Əslində bilirik ki, bu nədir, əslində Azərbaycanda elə belədir. Ancaq kim sənin başına yeridib ki, bu, yaxşıdır? Bəs prezident həyatını başa vurandan sonra nə olsun? Millət dəysin bir-birinə? Sən oğul itirmisən, mənim şagirdim də oğul itirib, onun itkisi səninkindən çox ağırdır, çünki onun subay və yeganə oğlu ölüb, bundan sora nəvə sevinci də dadmayacaq. Sən hansı şəhid atasından artıqsan ki, Konstitusiyanı dəyişdirmək isytəyirsən? Konstitisiya onsuz da o qədər dəyişilib ki, rus demişkən, yamaqlı yorğana dönüb… A kişi, belə bambılı hərəkətlərlə qəhrəman oğlunu da gözdən salarsan, ayıbdır, otur yerində…

Sən elə bilirsən prezident sənin məsləhətinlə oturub-duracaq? Birinci vitse-prezident vəzifəsi yaradılanda şəhid atalarıyla məsləhət eləmişdilər? Bəlkə parlament seçkilərində şəhid valideynlərinin rəyi nəzərə alınır? Otur yerində, Nəriman kişi, Olur, hamının ağlı çaşa bilər, özünü ələ al. Oğul itirmisən, sonra ad-filan, pul, mənzil, ora çəkirlər, bura çəkirlər… Buna hər beyin davam gətirməz…

Özünü ələ al, kişi! Oğlunun yasını saxla ölənəcən. Şah Davud oğlu Absalamın öldürüldüyünü eşidəndə yaxasını cırıb ağladığı kimi sən də ağla… Sənin Konstitusiya ilə nə işin var? Sən niyə öz xalqına hörmət eləmirsən? Sən Azərbaycan xalqıı naqis, mağmın, geri, yarımçıq sayırsan ki, ona demokratik idarəçiliyi yaraşdırmırsan. Yaxşı deyil!

Dişiylə-dırnağıyla, həyatı bahasına yurdu işğaldan, milləti rüsvayçılıqdan qurtaran soydaşlarımız öz kəndlərini, şəhərlərini, dövlətlərini idarə edə bilməzlər? Kiçik Neftçala rayonu Bakıdan on qat artıq şəhid verib, ancaq rayona ömrü boyu bir gün də ictimai-faydalı işlə məşğul olmamış bir tüfeyli gədəni başçı qoyurlar ki, onun da gözü ayağının altını görmür, qoyunları adama, adamı qoyunlara qatıb maşınla vurur. Bəlkə sən prezidentdən kindersürpriz Mirhəsən Seyidov haqqında soruşaydın? Neftçalallı Milli Qəhrəman Samid İmanov kimi oğullar cəbhədə öləndə onların yurdunu quldur icra başçısı, polis, deputat yağmalayır…

Şuşada canını qurban vermiş və dəmir medala layiq görülmüş qəhrəman kəndçimi Azərbaycanda kim tanıyır? Onu dünyaya gətirmiş, böyütmüş atanı, ananı tanıyan yoxdur, onlar prezidentlə Cıdır düzündə çay süfrəsinə dəvət olunmurlar…. Ancaq yüzlərlə lotu lotu-potunu, artisti, qafiyəbazı, oğru məmuru avtobuslara yükləyib daşıyırlar Şuşaya. Hamısı da deyir «qələbəmiz».  Qəlbə hardan sizin oldu? Kiminiz o qələbə uğrunda qan axıtdı?

İndi Anar Şuşada yazıçı qurultayı keçirmək arzusundadır. Bəlkə Anarın kimisə Şuşada vuruşib? Bəlkə on min üzvü olan Yazıçılar İttifaqı şəhid verib? İndi bir neçə min cızmaqaraçı gedib fəhlə-kəndli balalarının qan axıtdığı torpağa işəyəcək.. 

Nəriman kişi, dövlət başçısından xahiş eləməyə fürsət düşmüşdü? Xahiş eləyəydin  prezident xalqa icazə versin ki, heç olmasa, bələdiyyə deputatlarını özü seçə bilsin… Deyəydin ki, ay cənab prezident, niyə pulluların, vəzifəliləriun uşaqları  cəbhəyə getmirlər, onlar ordudan necə yayınırlar — rüşvətlə? Niyə prezidentin öz ətrafından bir nəfərinin uşağının sorağı ordudan gəlmir?

Yox, yaxşısı budur ki, susasan. Ləyaqətlə…

Nəriman kişi, sənin oğlun qəhrəmandır. Mənim şagirdimin oğlu Şahlar da qəhrəmandır. Sənin oğlunun rəsmi adı onu Şahlardan yüksəyə qaldrmır. Və sənə də ixtiyar vermir ki, özünü sirk artisi kimi aparıb dünyanı bizim millətə güldürəsən.

Ukraynalıların dediyi kimi: Qəhrəmanlara eşq olsun!

Qəhrəmanlar yetirən fəhlə-kəndli atalara və analara eşq olsun!

Xeyrulla Xəyal

25.10. 2021, Samara

===============

27 SENTYABR 2020-Cİ İL

Dan yeri qızarıb, tələsmir ay da,
Çəkilib getməyə göydən hələ ki.

Bəlkə son yuxudan durub piyada,
Baxmır aya, günə, gözü yol çəkir.

Nizam-intizamla dayanmış əsgər.

Geyim mükəmməldir, təzədir yaraq.
Baxışdan, üzdənsə uşağa bənzər,

Oda atılacaq indi bu uşaq.

Yersizdir Şekspir tərəddüdləri,
Burda “olum” yoxdur, “ölüm” var ancaq.

Hamletin taleyi öz əlindədir,

Beş əsr düşünür qərardan qabaq.

Səninsə taleyin bir əmrə bənddir,
Sahibi deyilsən öz həyatının.

Komandir “İrəli” qışqırar indi,

Gedərsən, minadır ayağın altı…

“Can, bala!” deyərək ağlayan anan,

Tikan qanadanda ayaqlarını,
Duyar aparanda səni qızıl qan,
Əl atıb dağıdar yanaqlarını…

Ay və gün yox olar, yer və göy itər,

Son verər bu savaş gənc həyatına,

Artırar Bakıda çevik fəhlələr,

Dəmir medalların hasilatını…

Şəklinə baxıram, şəklin ağladır,
Baxışdan uşaqsan, üzdən uşaqsan.

Zirvə söhbətləri hoqqa və lağdır,
Ölmüsən, haqqın var möhtəşəm yasa.

Məzarın önünə gəlib baş əyə,
Parket generalı, vəkil və nazir.

Ölkəni hərləyən, xalqı hərləyən,

Gəlib torpağına üz qoya bir-bir.

Qara bağlanaraq ensin bayraqlar,
Balaban çalınsın, Albinoni də.

Ali baş komandan, dizini qatla!

Müzəffər əsgərin borcunu ödə!

27. 01. 2021, Samara

========================================

P.S.

“VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI” ADI HAQQINDA

“Vətən müharibəsi qəhrəmanı” fəxri adı yəqin heyvərə bir məmurun fantaziyasındn doğub. Ümumiyyətə belə təsəvvür yaranır ki, fəhlə-kəndli balalarını müharibəyə göndərib özləri Bakıda və ya daha yaxşı yerlərdə keflərindən qalmayan məmurlar cürbəcür dəmuir medallar, adlar uydurmaqla xalqla başaldatdı oynayırlar. Böyük ədəbiyyat məmuru Çingiz Abdullayev təklif edir ki, şəhid anaları üçün “Şəhid anası” medalı təsis olunsun. Yəni ürəyi dağlanmış, günü qara olmuş, yediyi-içdiyi zəhrmara dönmüş ana boynundan oyuncaq asıb gəzdirsin… Çingiz Abdullayev və onun kimi boynuyoğunlar belə “mükafatları” xalq üçün təsis edirlər, çünki özlərinin şəhidləri yoxdur, arvadları, anaları boyunlarından başqa şeylər asırlar…

“Milli Qəhrəman”la yanaşı ikinci oxşar ad nəinki dolaşıqlıq yaradır, hətta onların hər birini şübhəli edir: “milli qəhrəman”ın qəhrəmanlığı “vətən müharibəsi qəhrəmanı”nın qəhrəmanlığından nə ilə fərqlənir? “Vətən müharibəsi qəhrəmanı” fəxri adı həm də 44 günlük müharibədə canlarından keçmiş və yalnız dəmir medala layiq görülmüş əsgər və zabitlərin şücaətini gözdən salır. Füzulinin, Ağdamın mina sahələrini adlamış, Şuşanı almış əsgərin hər biri qəhrəman deyilmi? Niyə iki-üçü nəfəri seçib sonralar rəsmi görüşlərə çəkmək, teleşoulara dartmaq üçün  üçün ad verirlər, qalanlarına isə dəmir medal? Deyirlər əsgərlərimiz fövqəladə qəhrəmanlıq göstəriblər. Fövqəladə qəhrəmanlığa görə dəmir medal? Dəmir medalı təlimdə özünü yaxşı göstərənə, üsy-başını təmiz saxlayana verərlər, həyatını itirənə yox…

Əlbəttə, fəxri adların və orden və medalların verilməsində həm təsadüfilik, həm də korrupsiya elementi var. Bizdə hərbi bürokratiya da başdan-ayağa korrupsionerdir, korrupsiya olmasaydı, ordu ümumxalq ordusu olardı, fəhlə-kəndli ordusu yox. Polad Həşimov, onu tanıyanların, onunla xidmət etmiş əsgər və zabitlərin dediyinə görə, doğrudan da yaxşı insan və yüksək səviyyəli hərbçi , komandir olub, ailə üzvləri də özlərini  ləyaqətli aparırlar. Ancaq ona “Milli Qəhrəman” adının verilməsi sitüativ qərar idi, ermənilərin vurduğu ağır yaranı soyutmaq cəhdi idi. Polad Həşimovun qəhrəman zabit olduğuna şübhə yoxdur, ancaq vurulduğu epizodda nə qəhrəmanlıq? O ki qaldı ölkəıni rüsvayçılıqdan qurtarmış, sağlamlıqlarını, həyatlarını itirmiş gənclərinizin yalnız dəmir medalla təltif olunmağına, bu həm sağ qalanlara, həm də ölənlərin xatirəsinə təhqirdir.

QƏHRƏMANLAR VƏ LOTULAR

26-LARLA ÜZBƏÜZ. KAMİL VƏLİYEVİN TOYU

Toy və toyun müzakirəsi öz-özlüyündə ədəbiyyat mövzusu deyil, və, Kamil Vəliyev dilçi olsa da, dilçilik mövzusu da deyil. Mən Kamil Vəliyevi cəmi bir dəfə görmüşəm. Bir dəfə bizim qrupun morfologiyadan seminar gəlməmişdi, onun əvəzinə Kamil Vəliyevi göndərmişdilər. Geyiminə və ədabazlığına görə pijon təsiri yaradan və özünü əzilib-büzülməyindən özünü Azərbaycan gözəli saydığı bilinən dosent Kamil  Vəliyev sinifdə (sessiya 225 nömrəli məktəbdə keçirilirdi) iki ya üç dəqiqə oldu. İçəri girən kimi soruşdu: Kimi deyər “tema” nədir, “rema” nədir? Heç kim dinmədi. “Heş nə bilmirsiz!” – Kamil Vəliyev hökmünü oxudu və sinifdən çıxıb getdi kefinin dalınca…

Səhv etmirəmsə, Kamil Vəliyev də 80-ci illərin sonlarında milli hərəkatın tribunlarından olub. Tribunada kimlər olmayıb: Leninə poema yazanlar, komsomol mükafatı almaq üçün dəridən-qabıqdan çıxıb alanlar ya almayanlar, Azərbaycan sovet mətbuatının avanqard işçiləri, Sabir Rüstəmxanlı kimi yüksək rütbəli mətbuat və nəşriyyat məmurları… 20 yanvarda bunların birinin burnu qanamayıb. Qanaya da bilməzdi, çünki isti mənzillərində müqəddəs ata və ər borclarını yerinə yetirirdilər…

Kamil Vəliyevin toyundan ən çox danışılan kimin nə qədər pul atdığı idi. Bəlkə gərək mən eşitdikcə xəlvətdə siyahı tutaydım. Maraqlı sənəd olardı… Ancaq bu da ədəbiyyat mövzusu deyil. Bu, mənəviyyat məsələsidir. Azərbaycan ədəbiyattında mənəvi məsələ axırıncı dəfə haçan mövzu olub? Mənəviyyat mühüm dərəcədə həqiqət axtarışıdır – öz içində və cəmiyyətdə. Həqiqətin cinayət maddəsi olduğu ölkədə hansı dəli bu axtarışa baş qoşar?…

Bu toyda ədəbiyyata az-çox dəxli olan orda Ramiz Rövşənlə Vaqif Cəbrayılzadənin iştirakıdır. Məlum olurdu ki, məclisdə ciddi gərginlik varmış, çünki Əkrəm Əylislinin bol-bol çap eləməyə başladığı və qəfil şöhrətdən, həm də aldığı quduz pullardan havalanmış Vaqif Cəbrayılzadə gizlətmədən, hətta aqressiv şəkildə, o cümlədən şizofreniya tutmalarını silah edərək ölkənin birinci şairi, yəni məliküşşüara adına iddia edirdi. Danışılanlara görə, Ramiz Rövşən bu həmlələrə dözməyib məliküşşüəranın məhz Vaqif Cəbrayılzadə olduğunu etiraf etmişdi, yəni sağlıq deyəndə onun bir şeirini oxumuşdu. Yenə deyilənlərə görə, Ramiz Rövşən şeiri ancaq yarıyacan deyə bilmişdi, yarıdan o yanası yadından çıxmışdı, bu da bir az onun etirafının səmimiliyini şübhə altına alır. Hər halda etiraf olmuşdu, bəlkə də bunu özünü Vaqifin şərindən qurtarmaq üçün eləmişdi, çünki Cəbrayılzadə sözün birbaşa, fiziki mənasında gedənin-gələnin üstünə atılırdı. Şahidiyəm… Ancaq hamının yox. Mərhum Vidadi Məmmədov Vaqifn yazıçı Elçinlə necə həqiranə, hətta yaltaqlıqla danışdığını görmüşdü. Mərhum Vidadi Məmmədov hər şeyi görürdü…

Mən Vidadi Məmmədovun ölməyini yaxın illərdə bildim. Yadımdan çıxıb kimdən. Həmişə yadıma düşürdü ki, onun arvadı, deyilənlərə görə, erməniydi, fikirləşirdim ki, qanlı illərdə yazığın başına görəsən nə gəlib. Dedilər yox, öldürməyiblər, qəzada ölüb, maşın altında qalıb… Çox darıxdım. Sağ olsaydı, indi də mənim yazımı plana salırdı… Mən də, ağsaqqal kişi, səbirlə gözləyərdim…

Yuxarıda yazmışdım ki, tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri Vidadi Məmmədovun ali təhsili yox idi və onun tənqidi yazılarını görən olmamışdı. “Ulduz”un şeir şöbəsinə təzə müdir təyin olunmuş Vqif Cəbrayılzadə qiyabi inşaaat institutunu bitirmişdi, mənə bir dəfə kəndə yazdığı məkdubda xeyli orfoqraik səhv var idi. Bəlkə də bu səhvləri lotuluqdan, pijonluqdan eləmişdi, bilmirəm. Rusca başa düşsə də, çətinliklə danışırdı, mən onunla iki dəfə Moskvada görüşmüşəm…

(ardı var)

 

QƏBRƏ İŞƏYƏNLƏR VƏ ŞALVAR İSLADANLAR

ANAR 1

Bu yaxınlarda Rəsul Rzanın vətəni Göyçayda yerli gənclər ikinci dünya müharibəsinin veteranının qəbrinə işədilər və işəməklərini videoya çəkib bütün dünyaya yaydılar. Gözləmək olardımı ki, Rəsul Rzanın oğlu gedər atasınıbn vətəninə, yığar camaatı, qəbrəişəyən gəncləri qınayar və öz əliylə murdarlanmış qəbri qaydaya salar? Yox, gözləmək olmazdı. Çünki son otuz ildə, əvvəlkilər bir yana qalsın, çox hoqqalar çıxır, çox yerlər murdarlanır, Qarabağda və onda qıraqda qəbirlərimiz murdarlanır, öz milli sərvətlərindən mərhum olan xalqın heç havası da çatmır. Anar bu otuz il ərzində ancaq öz vəzifəsinin, özünün, öz oğul-uşağının güzəranının hayındadır. Onun Yazıçılar birliyi adlı nazirliyə başçılıq eləməyinin Azərbaycan ədəbiyyatına heç dəxli yoxdur, bu birliyə Dostoyevski dirilib gəlib başçılıq eləsəydi də, bu, Azərbaycan ədəbiyyatına təsir eləməzdi.Keçəl çarə bilsə, öz başına elər – son otuz ildə Anar bir sətir keyfiyyətli bədii cümlə yazmayıb.

Anar – klinik haldır. Bu barədə bəlkə də çox danışmağa dəyməz. Ancaq son həftələr ərzində “yaradıcı zoyalıların” uzun növbəyə düzülüb Anara mədh yazmağı ciddi məsələdir. Adam nəinki bu “yaradıcı ziyalıları”, hətta bu “yaradıcı ziyalıları” törətmiş xalqın şilləllənməyini arzulayır. Mən bu qədər yaltağı, əqidəsizi, qeyrətsizi olan xalqımın şillələnməyini istəyirəm. Yəni istəyirəm Allah özü mənim xalqımı şillələsin, indi necə şillələr, özü bilər…

Və bu həftələr ərzində cavanlı-qocalı “yaradıcı ziyalılar” Anar yağlı təriflər tapmaq üçün o qədər gücəniblər ki, bir neçə yerdən qrıja alanlar olub, babasilləri dağılanlar olub, Anar yaşda olanlar isə şalvarlarını isladıblar. Ramiz Rövşən bir neçə şalvar isladıb, bütün qarderob ipdən asılıb günə verilib, ancaq axırda bu zalım oğlu elə tumançaq kompütür dalında otura-otura yaxşı tərif tapıb, yazıb ki, Anarın həm öz yubileyidir, həm adının…

Ay bunun adına…

İndi Ramiz Rövşənin şalvarları quruyub, geyib gəzir şəhəri, yazdığı ayıbdan da utanıb-eləmir…

Guya Ramiz Rövşən əvvəl yazmaq istəyirmiş ki, “Anar kişi adamdır”. Arvadı qapazı vurub başına, deyib zalım oğlu, evimizi yıxmaq istəyirsən, ölkədə kişi bir olar!

Belə-belə işlər…

İlham Əiyev də deyir ki, “Yerevana gedirəm…”

A kişi, otur yerində…

14.03.18

Samara

XALQ QAN İÇİNDƏ, XALQIN ŞAİRİ TOYDA SELFİ ÇƏKDİRİR…

RAMİZ RÖVŞƏN

Bəslənib ətlik donuza dönmüş bu adama bir neçə il bundan qabaq hökumət dörd ya beşotaqlı mənzil bağışladı. Əlbəttə, hökumət deyəndə bu mənzil nə İlham Əliyevin, nə də Artur Rəsizadənin idi. Bu mənzil xalqın idi. İndi xalqın hesabına qolunu-qıçını rahat uzadıb dörd ya beşotaqlı mənzildə yaşayan bu insan xalqın yasında deyil, özü kimi xalqın şirəsini çəkənlərini birinin toyundadır.

Ətlik donuza oxşayan bu insanın adı Ramiz Əliyevdir. Ramiz Rövşən təxəllüsü ilə şeir yazır.

Gəlinin  atası Sabir Rüstəmxanlıdır. O da çörəyini vətənpərvərlikdən çıxarır.

Kasıb gəncləri odrduya, müharibəyə, can verməyə çağıran belə dəyyuslardır.

Daha bir vacib şey. Ramiz Rövşən əslən Qubadlıdandır. İşğal olunmuş Qubadlıdan. Ramiz Rövşən toylarda selfi çəkdirəndə ermənilər, rəhmətlik Rafiq Tağı demişkən, onun baba yurduna işəyirlər… 

«BUTA» NAĞILI

Azərbaycanın “Buta” filmini amerika münsifləri qısa siyahıya da salmayıblar. Deyiblər ki, bu film siyahıya düşsə, hökmən bütün “Oskar”ları alacaq, amerikalılar bu filmi görsələr, tələb edəcəklər ki, ABŞ-ın bütün kino-teatrlarında gecə-gündüz ancaq Azərbaycanın “Buta”filmi göstərilsin. Belə olsa, Amerika kinematoqrafı müflis olacaq. Ona görə də bizi bağışlayın…