Çətin də olsa, çalışıb bir anlığa təsəvvür edək ki, müsəlmanların qurban bayramında qoç, quzu, dana, öküz, dəvə yox… adam kəsirlər. Nə qədər çətin olsa da, özünüzü gücə salıb təsəvvür edin ki, qurban bayramında adam kəsmək Allahın əmridir. Və hər sədaqətli dindar qabaqcadan bu bayrama hazırlıq görür, pul verib adam alır, əl-ayağını bağlayıb yıxır yerə, başının üstündə dua oxuyub bıçağı çəkir boğazına…
Mən sizə təklif etmirəm ki, kəsilən adamların ətinin hara getdiyi barədə çox dərin düşünəsiz. Sadəcə zənn edin ki, adam qurbanının ətini itə-pişiyə verirlər…
Azərbaycanda mətbuat gününün, Zərdabinin qəzetinin növbəti ildönümünün Azərbaycanda təntənəli qeyd olunmağı, “jurnalistlərə” fəxri adalrın verilməyi haqqında oxuyanda mənə nədənsə elə gəldi ki, Azərbaycanda mətbuat bayramı keçirilmir, çünki Azərbaycanda əsl mətbuat qadağandır, əsl jurnalistika cinayət əməlidir. Azərbaycanda keçirilən bu təntənə qurban bayramıdır. Jurnalistlərin qurban bayramı. Qollarını qandallatdırıb zindana atdırdığı şürnalistlərin başını İlham Əliyev, doğrudur, kəsmir. Ancaq yayın bu cəhənnəm istisində şərlənərək bellərinə yüklənən səkis-doqquz illik həbsin hələ başlanğıcını yaşayan jurnalistlərin məşəqqəti boğazlarına bıçaq çəkilən qurbanlıq heyvanların zülmündən azdırmı?
Əslində gərək şərlənərək həbs olunmağın qurbanlıq heyvanın boğazına bıçaq çəkilməsi ilə müqayisədə heç kim şişirtmə görməyə. Ədalətsiz, heç bir cinayət törətmədən, hampazorluqla dövlətin cəza və işgəncə maşınına hədəf olaraq hətta bir gün gün belə azadlıqdan mərhum olmaqda da edam zülmü var. Və bu zülmə məruz qalmış insanların psixi sabitliklərini saxlaya bilmələri möcüzədir. Uzurpatorın niyyəti ilk növbədə verdiyi işgəncələrlə qurbanlıqlarını mənəvi-psixoloji cəhətdən sındırmaq, mirşahin, eynulla, raufarifoğlu və onlarla, yüzlərlə başqaları kimi əski parçasına çevirməkdir.
Jurnalistlərin qurbanlıq olduqları belə mətbuat bayramları bütün qərb aləminin yüz illər ərzində ağır mübarizə ilə qazandığı dəyərlər üçün təhqirdir. Bu “bayramlar” Həsən bəy Zərdabiyə, Cəlil Məmmədquluzadəyə, Sabirə təhqirdir. İndi bizim əldəqayırma millətçilər Rusiya imperiyasını işğalçı adlandırırlar, guya bu imperiya bizim gözəl xalqımıza işgəncələr verib… Ay heyvan, Rusiya imperiyası sənin gözəl xalqına nə işgəncə verib? Zərdablı Həsən bəy Moskva universitetində oxumasaydı (kvotla, yəni imtahansız girib) və ikinci Aleksandrın reformaları olmasaydı, ilk Azərbaycan qəzetini yarada bilərdimi? İkinci Nikolayın Oktyabr manifesti olmasaydı, Mirzə Cəlilin “Molla Nəsrəddini” yaranardımı? Və bu manifest olmasaydı, Sabir elə mərsiyəxan və ya qəzəlxan olaraq qalmazdımı? Başqa sual: Bu adamlardan hər biri Rusiya imperiyasında neçə il həbsdə olub? Bəlkə bir neçə ay? Bəlkə bir neçə gün? Olmayıblar? Aha! Rusiya imperiyası bizim gözəl və mədəni millətimizə belə işgəncələr verirmiş…
Son iyirmi-otuz il ərzində bir nəsil dəyişib və güman etmək olar ki, şərəfsiz, prinsipsiz, əqidəsiz insanların sayı yüz minlərlə çoxalıb və bu proqressiya yəqin ki, sürətlə davam edəcək. Və Hamletin dediyi kimi olacaq: “İndi ləyaqətli olmaq on in nəfərdən seçilmək deməkdir…”
Uzurpatorlar nədən başlayırlar? Əxlaqı ləğv edirlər! Əxlaq yoxdur! İtaət var, şəxsi və şəxsə sədaqət var. Mirşahinə baxın. Bu adamın binamusluluğu hər kəsə məlumdur. Abırlı adam ona əl verməz, uzaqdan görəndə yaxın gedib üzünə tüpürər, ya da ən azı yolunu dəyişər. Ancaq bu binamus hakimiyyətin süfrəsi başındadır, çünki bu süfrənin başına bileti binamusluqla almaq olur…
Orda yaşadığım vaxtları xatırlayıram – qırx, əlli, altmış il əvvəl də Azərbaycanda belə idi. Hamı başını aşağı salıb bir tikə çörəyini yeyir, Bulqakovun bir pesonajının dediyi kimi, “hakimiyyətə qarşı qiyam qaldırmırdı”. Ona görə tutulan da yox idi. Rusiyada, məsələn, dissident hərəkatı var idi. Yüzlərlə insan müxtəlif formada mövcud hakimiyytə qarşı çıxdıqlarına görə repressiyalara məruz qalıb. İndiki repressiyaların daha ağır olduğuna baxmayaraq Putin rejiminin yeni-yeni tənqidçiləri və opponentləri meydana atılırlar. Bu, Rusiyanın gələcəyinə ehtiyatlı optimizmlə baxmağa əsas verir. Təəssüf ki, bunu Azərbaycan haqqında demək olmaz. Azərbaycanda artıq Mərakeşdə, İordaniyada, Tunisdə, Misirdəki mürtəce avtoritar rejimlərdən fərqlənməyən bir rejim formalaşıb. Və bu rejim sonralar müxtəlif mutasiyalar yaşasa belə, haçansa ölkədə demokratiyanın yaranacağına ümid yoxdur. Rejimin repressivliyi daha da güclənə bilər.
Qurban bayramıyla bağlı Tövrat rəvayəti, əlbəttə, fantaziyadır. Allah öz yaratdığının ürəyindəkini yaxşı bilir və İbrahimin də sədaqəti ona yaxşı məlum olmalı idi. Və “oğlunu kəs” buyruğu Allahı heç də yaxşı xarakterizə eləmir. Yəni imtahana, dediyim kimi, ehtiyac yoxdur. Bu halda belə çıxır ki, Allah İbrahimi dolayrmış, yəni onunla məzələnirmiş… Yəni bu yəhudu hoqqalarını ciddi qəbul etməyək. Yəhudilərin hansı Allaha sitayiş etdiklərini, necə insan qurbanları verdiklərini, kimi qirban verdiklərini Qəzzada görürük…
Bizim uzurpatorun qurbanları isə qolları bağlı zindan zülmü yaşayırlar. Qabaqda yeni mətbuat bayramları olacaq. “Əkinçi”nin 156 illiyi, 157 illiyi, 179 illiyi…
Mirzə ƏLİL
23. 07. 2025, Samara



