Marina TSVETAYEVA
проста моя осанка…
Yox elə gözəlliyim,
Sadə, kasıbdır komam.
Axı ada qızıyam,
Uzaq adalardanam.
Təkəm – kim mənə kazım?
Gələn – yuxu azdırar.
Od vuraram mənzilə
Yada yemək qızdıram.
Baxdısa – tanıyandı,
Gəldi – qal, yaşa daha.
Yazılmış amma qanda,
Bizim sadə qaydalar.
Ay sevilsə, dikəlib,
Alarıq göy üzündən.
Getdi – yoxmuş elə bil,
Yox kimiyəm özüm də.
Gözüm bıçaq izində —
Sağalacaqmı görən
Yenə bir yad, üzündə
Qan-tər, “Su!” deyənəcən.
avqust 1920
tərcümə: 12.02 2014
Qeyd: Tsvetayevanın bu şeirini bu gün çevirdim, saxlayanda gördüm ki, bu şeri beş il bundan qabaq tərcümə eləmişəm… Tamami fərqli tərcümələrdir — bu, qəribədir…
X.X.
Marina TSVETAYEVA
Kasıb və sadə daxmam,
Kasıb özüm tək donum.
Adalıyam mən axı,
Uzaq adalardanam.
Haçan təkəm – azadam,
Gəldin ki – yuxum haram.
Xörək asmağa yada,
Komamı da odlaram.
Baxdın – ev adamısan,
Gəldin – yaşa. Öz evin.
Bizim qanun asandır –
Qanımıza yazılıb.
Ayı alıb səmadan,
Sığallarıq ovucda.
Getdin – gəlməmiş oldun,
Yoxam özüm də daha.
Bıçaq yarası ancaq,
Sağalarmı birinci
Yad gələnə — çatınca,
Deyər: “Su verin içim.”
Aprel 1920
tərcümə:31.12.08 – 01.01.09