Архив тегов | şair haqqında şeir

MİXAİL LERMONTOV. «YAŞAMAQ İSTƏRƏM…»

Yaşamaq istərəm! istərəm kədər,

Eşqin, səadətin acığına mən.

Onlar alııma çox sığal çəkdilər — 

Ağlıma şıltaqlıq budur öyrədən.

 +

Vaxt çatıb, gülsə də mənə cəmiyyət,
Qovam sakitliyi, bu sıx dumanı;

Şair nə şairdir çəkməsə zillət?

Və nədir okean, yoxsa tufanı?

 +

Əzab bahasına yaşamaq istər,

Üzücü qayğılar bahasına da.

Səmavi səslərin haqqını ödər,

Havayı şöhrəti götürməz hətta.

1832

ruscadan tərcümə

13. 04. 2025, Samara

++++++++++++++

Я жить хочу! хочу печали

Любви и счастию назло;

Они мой ум избаловали

И слишком сгладили чело.

 +

Пора, пора насмешкам света

Прогнать спокойствия туман;

Что без страданий жизнь поэта?

И что без бури океан?

 +

Он хочет жить ценою муки,

Ценой томительных забот.

Он покупает неба звуки,

Он даром славы не берет.

ALEKSANDR PUŞKİN. ŞAİR

ПУШКИН.jpg                                                         

ALEKSANDR PUŞKİN

                      ŞAİR

                  Поэт! Не дорожи любовию народной…

 

Şair, xalq məhəbbəti, qoy səni aldatmasın,

Ötər ani hay-küyü alovlu təriflərin.

Sənə gülər kütlə də, sarsaq da qınar səni,

Halını pozma sənsə, möhkəm ol, həm kədərli.

 

 

Sən sultansan, tək yaşa. Azadlığa addım at,

Get, azad ağıl hara çəkib aparsa səni.

Əziz düşüncələrin meyvəsini yetir sən,

Nəcib şücaətinə diləmədən mükafat.

 

Özündədir mükafat. Sənsən özünə hakim.

Səndən də ciddi qiymət verməz işinə heç kim

Ey tələbkar sənətkar: işinlə razısanmı?

 

Razısan? Qoy üstünə onda kütlə  yürüsün,

Sənin odun qızaran mehraba da tüpürsün.

Necə uşaq çalışar  laxlada qurbangahı.

 

7 iyul 1830

ruscadan tərcümə

02.10.17

Samara