Архив тегов | Salyan rayonu

«NƏSİMİ» KİNOKOMEDİYASI. SALYANIIN SOYULMAĞI VƏ ŞAQQALANMAĞI

Без имени-1

Nəsiminin 600 illik yubileyinin keçirildiyi 1973-cü ildə Salyan rayonunun başına əsl Nəsimi müsibəti gətirdilər: Salyanı nəinki soydular, Salyanı şaqqaladılar da…

1973-cü ildə Salyan ərazisinn bir hissəsində Neftçala rayonu yaradıldı. Əgər Nəsimi yubileyinə hazırlıq bir neçə il ərtzində aparılmışdısa, Neftçala rayonunu yaradılması barədə qabaqcadan əhaliyə heç bir məlumat verilməmişdi. Günlərin bir günü on minərlə insan xəbər tutdu ki, onları çar  Rusiyasının təhkimli kəndliləri kimi yeni yaranmış rayona veriblər. Polyaklar üçün 1939-cu il sentyabrın 1-də Hitlerin Polşaya girməyi necə şok idisə, Salyan əhalisinin yarısı üçün bu gözlənilməz qərar da elə bir şok idi.

Məsələ burasındadır ki, yeni yaranan rayona Kürün sol sahilində yaşayan bütün yaşayış məntəqələri verilmişdi. İndi  Salyan şəhəri ilə arasında yalın ensiz Kür çayı olan Şorkənd ya Şirvan Qaraqaşlı kəndinin adamları bir arayış üçün əvvəl Kürdən kolazla ya körpüdən keçib Salyana gəlməli, burda avtobusa minib Neftçalaya getməliydilər. Xalq arasında “alabaş” adlanan avtobuslar bu yolu bir saat yarıma gedirdilər. Neftçalada idarəyə gedib qəbula düşməliydin, məlum deyildi ki, arayışı ala biləcəksən ya yox, məmur yerində olmaya da bilərdi ya da pul üçün get-gedə salardı, beləliklə, bir arayış üçün adam bir həftə və xeyli pul itirirdi.

Mən felləri keşmiş zamanda işlədirəm. İndi də elədir. Şorkənd, eləcə də Xəlil Rzanın vətəni Pürəbbəyə qədər – Pürəbbə də daxil olmaqla – Neftçalaya “baxır”.

Xəlil Rza 1973-cü ildən salyanlı deyil, neftçalalıdır!

Kürün sol sahilini qoyaq bir yana. Salyan-Astara yolunda, cənub istiqamətində olan kəndlər də Neftçalaya verildi. O kəndlərin əhalisi Neftçalaya getmək üçün 30-40 kilometrlik yol gedib Salyana gəlirdi, sonra saat yarıma 45 kilometr yol gedib Neftçalaya çatırdı ki, bir arayış alsın və ya, məsələn, rentgendən keçsin…

Məsələ burasındadır ki, Neftçala rayonu 1940-cı ildıən 1959-cu ilə qədər də mövcud olmuşdu, ancaq haqqında danışdığım yaşayış məntəqələri həmişə Salyanın tərkibində olub.

Lap Afrikada da əhalinin başına belə müsibət gətirsəydilər, hökmən etiraz aksiyaları olardı. Bəlkə də beş-on nəfər ölərdi, 30-qırx adam yaralanardı, ancaq yəqin nəticə əldə edərdilər. Zorlanan, şaqqalanan, alçaldılan, incidilən sovet azərbaycanlısı elə sızıldaya-sızıldaya Heydər Əliyevin onların başına gətirdiyi bu müsibətə dözdü və dözür. Əslində 1992-ci ildə yaranan demokratik hökumət ilk novbədə bu rüsvayçılığa son qoymalıydı. Ancaq o vaxt kim idi adamları fikirləşən? Bilirəm ki, 1992-1993-cü illərdə Miranşah əsirləri kimi uzaq Neftçalaya verilmiş kəndləri hərbi polislər gəzir, caynaqlarına  keçən yeniyetmələri maşına basıb aparır, az vaxtdan sonra basırdılar cəbhəyə. Əbülfəz vaxtında da elə idi, sonra da…

Yeni rayonun niyə yaradıldığı, onun ərazisinin və əhali kontingentinin necə formalaşdığı barədə əhaliyə heç vaxt izahat verillmədi. Xalq arasında şayiələr gəzirdi. Deyirilər ki, yeni rayonu Hydər Əliyev yerlisi və hətta qohumu olan İbrahim Qurbanov üçün yaradıb. İbrahim Qurbanov əvvəllər salyanda ən böyük təsərrüfatlardan olan 1 nömrəli sovxozun direktoru idi. Onun qəddarlığından çox danışırdılar. Yenə deyilənlərə görə, bir gün pambıq tarlasının qırağından ot biçib eşşəklə evinə aparan kəndlini saxlamış, eşşəyə ot qarışıq od vurdurub yandırmışdı… Sonra Heydər Əliyev onu rayon icraiyyə komitəsinin sədri qoydu (rayispolkom)… Onun Salyandakı fəaliyyətini, xüsusən nitqini təsvir edən çoxlu lətifələr yaranmışdı ki, onları gərək ikilikdə danışasan… “Çexoslavakiya, Yuqoslavakiya…”- bunu da onun nitqindən eşitmişdilər.

Təzə rayon yarandı, ancaq rayona ermənistanlı İbrahim Qurbanov yox, yerli Təvəkkül Sultanov təyin olundu. Deyirdilər ki, Mərkəzi Komitədə Qurbanovun namizədliyini Moskvanı təmsil edən ikinci katib Kozlov bəyənməyib. Kozlov onunla rusca danışıb, məlum olub ki, müştəri rusca bilmir. Kozlov tərcüməçinin köməyi ilə keçib azərbaycancaya, məlum olub ki, Qurbanov azərbaycanca da düz-əməlli qanmır, gərək onun yanında savadlı bir “yeraz” ola, tərcümə edə…

İki il keçməmiş Qurbanov axır ki, Neftçalaya brinci katib təyini olundu. İki səbəb vardı: həm Kozlovun yerinə başqa rus gəlmişdi, həm də Neftçalanın birinci katibi Təvəkkül Sultanov indiyəcən məlum olmayan səbəblərdən özünü ov tüfəngi ilə güllələmişdi…

(ardı var)

25. 08. 2023, Samara

 

DİROV DAĞDAN GƏTİRİLƏN KƏLLƏLƏR

Bu hadisə 1966-cı ilin mayında olub. Günü yadımda deyil.

Mən o vaxt altıncıda oxuyurdum. Məktəb səkkizillik idi. MayIn onundan sonra 5-8-ci sinifləri seyrəltməyə və alaq vurmağa aparırdılar. Biz saat 2-yə qədər işləyəndən sonra yenə məktəbə gəlib dərs keçirdik. Bir gün müəllimlər dedilər ki, yaxşı işləyin, qurtarandan sonra məktəbə yox, Dirov dağına gedəcəyik.

Dirov dağı bizim Ərəbqardaşbəyli kəndindən təxminən beş kilometrlik məsafədədir. Hündürlüyünə görə əslində dağ deyil, təpədir, ancaq hamı ona dağ deyir. Müəllimlər danışırdılar ki, orda qədim insan məskənlərinin qalıqları var. Biz bir növ arxeoloji ekspedisyaya gedirik. Ona görə hər gün alağa apardığımız kətmənlərdən başqa çoxlu bel də götürdük.

İşimizi qurtarıb QAZ-51 narkalı iki maşına yükləndik və Dirov dağına yola düşdük. “Ekspedisiyaya” ancaq altıncı, yeddinci və səkkizinci sinfin uşaqları gedirdilər. Üç sinifdə də olardı iyirmi-iyirmi beş uşaq. Müəllimlər qarışıq otuza yaxın adam.

Gedib çatdıq Dirov dağına. Müəllimlərin dediyinə görə, “Qədim məskən”lərin qalıqları yüksəkliklərin arasındakl yarğanlarda olmalıydı. Və belləri qapıb özümüzü qumlu qorpağın üstüylə sürüşdürə-sürüşdürə yarğanın dibinə endik.  Az sonra uşaqlar sevinclə qışqırışdılar, çünki beli hara vururduqsa, skelet çıxırdı. Skeletlər üzdəydilər və elə saxlanmışdılar ki, elə bil onların məxsus olduğu insanlar torpağa yaxın illərdə basdırılmışdılar… Maraqlı burasıdır ki, heç kim qorxmurdu. Mən özüm ağürəyəm, ancaq yadımda deyil ki, orda mən qorxu keçirmişəm. Hamı şən idi. Həm alaqdan bir az tez çıxmışdıq, həm də məktəbə getməmişdik — əməlli-başlı kef idi…

Müəllimlərin göstərişiylə uşaqlar ordan çoxlu kəllə yığdılar ki, tarix kabinəsinə qoyulsun. Bu kəllələrin necə götürüldüyü yadımda deyil, yəqin uşaqlar başları bədəndən ayırırımışlar… Neçə kəllə götürüldüyü yadımda deyıl. Ancaq çox idi…

Kəllələri maşına yığıb özümüz də kuzovlara qalxdıq və kəndə qayıtdıq. Kəllələri aparıb tarix kabinəsinə yığdılar…

Ancaq tezliklə nədənsə tarix müəllimi bu kəlllələrə marağını itirdi. Bir az sonra kəllələr məktəbin dalındakı sıx narlığa atıldılar. Uşaqlar onları futbol topu kimi təpikləyirdilər…

Mən 1972-ci ildə pedaqoji məktəbi qurtarıb öz məktəbimizə müəllim gəldim. Sinif otağının pəncərəsi o narlığa açılırdı və yenə o kəllələron bir neçəsini orda görürdüm…

Onu deyim ki, “arxeoloji ekspedisiya”dan evə gələn kimi məməm dedi ki, orda nə qədim məskən, orda yəqin 18-də ermənilərin öldürdüyü adamların sür-sümüyü qalır… Hərçənd anam yerli deyil, Arbatan qızıdır…

İndi də o kəllələr gözümün qabağındadır. Bəlkə bir vaxt mənim də kəlləmlə kimsə futbol oynayacaq, ancaq bu, ayrı oyun olacaq.

Mən öz tarixsizliyimizə, yaddaşsızlığımıza heyrətlənirəm.

İndi qədimlik, türkçülük söhbətləri eşidəndə çənəm əsir. Çünki hardasa narlıqda ot basmış kəllələr var. Bizim kəllələrimiz. Tariximiz…

Mənim atamı qolçomaq çıxarmışdılar, atlarını almışdılar, canını birtəhər, özünün dediyinə görə, adaşının, Arif Məlikovun atası Cahangir bəyin köməyi ilə qurtarmışdı. Ona görə də o, tarixi birdəfəlik “unutmuşdu”. Əslində o, tarixi bilirdi, ən azı yaxın tarixi. Ancaq özünü bilməzliyə vurmuşdu.

Bəs müəllimlər? Cahilliyi də bağışlamaq olar. Ancaq insan qalıqlarına münasibət?

Mən belə məktəbdə oxumuşam. Belə müəllimlərdən dərs almışam. Və sonralar onlardan da pis müəllim olmuşam – mən sinif otağının pəncərəsindən yarıyacan ot vasmış kəllələrə sakitcə baxırdım və onlar məni heç bir fikrə salmırdı…

İndi tez-tez o kəllələr gözümün qabağına gəlir. Öz kəlləmi də onların arasında görürəm. Ancaq mənim kəlləmin o kəllələr sırasında yerə layiqliyinə şübhəm var…

Mən istərdim ki, Dirov dağındakı bütün sümüklər və 1966-cı ilin mayında Salyan rayonu Ərəbqardaşbəyli (indi Neftçaladır) məktəbinə gətirilib narlığa atılan bütün kəllələr yığılıb hörmətlə basdırılsın…

Ölülərinin kəllələri dağda-düzdə dığırlanan millətdə insan həyatına da hörmət ola bilməz…

 03. 05. 2015

Samara

 

 

 

MAYGÜLÜ

ƏRƏBQARDAŞBƏYLİ KƏNDİNƏ HƏSR OLUNUR

Keçən əsrin altımışıncı illəri dünyanın müxtəlif ölkələrində baş vermiş çox görkəmli hadislərlə yada düşür: Kuba inqilabı, Çe Gevara, Qəraib böhranı, Bitlz, Parisdə tələbə iğtişaşları, Kennedinin qətli… Mənim fikrimcə, ötən yüzilliyun altımişıncı illərində Azəıbaycanda baş vermiş ən mühüm hadisə dilimizdə “maygülü” sözünün yaranmağıdır. Çox təəssüf ki, bu hadisənin gününü və ayını indi dəqiqləşdirmək çətindir. Səhv eymirəmsə, bu sözü mən ilk dəfə 1965-ci ildə, yəni on iki yaşında ikən eşitmişəm. Elə günlərin bir günündə gördüm ki, məndən bir ya iki sinif yuxarıda oxuyan, indi hörmətli kənd ağsaqqalları olan (onlara can sağlığı arzulayıram) uşaqlar bir-birinə “maygülü” deyirlər. “Dalda qalan maygülüdür!” “Maygülü-maygülü danışma!” “Topu lap maygülü kimi vurursan!” “Maygülü sən özünsən!” “Maygülü sənin dədəndir!”

“Maygülü” sözü dilimizə ildırım sürətiylə girdi və dərhal bəzi sözlərin yerini ya qismən, ya da tamam tutdu. “Maygülü”yə qədər bizim kənddə oğlanların və kişilərin söyüş kimi ən çox işlətdikləri sözlər “ləvənd” və “qırışmal” idi. Bu sözlər uzun illərdir ki, qulağımda Yavər Bədəlovun səsiylə dinir. Yavər Bədəlov o vaxtlar yaşı yavaş-yavaş otuza yaxınlaşan subay oğlan idi, üç gündən bir işləyirdi, qalan günləri evlərinin qabağından məktəbə gedən ya məktəbdən gələn xırda oğlan uşaqlarını qışqırtmaqla məşğul olurdu. Uşaqlar Yavərin uzun boyunu uzaqdan görən kimi yollarını dəyişməyə çalışırdılar, ancaq Yavər onları haqlayıb qulaqlarından yapışırdı. “Ləvənd, qaçma. Səndən söz eşitmişəm. Deyirlər qız istəyirsən!” Qulağı Yavərin əlində olan uşaq başa düşürdü ki, dünyada qız istəməkdən ayıb şey yoxdur, ona görə qızarıb-bozarır, dartınıb Yavərin əlindən çıxmağa çalışırdı.”Qız-zad istəmirəm, Ətağa cəddi!” Yavər əlindəki xırda və kirli qulağı daha da bərk sıxırdı. “Ləvənd-qırışmal! Qələt eləmə! İstəyirsən! Özü də…”

Bu yerdə Yavər uşaqdan təxminən on-on beş yaş böyük bir qızın adını çəkir, uşaq həmin qızı gözünün qabağına gətirəndə elə dəhşətə gəlirdi ki, qulağının ağrısı da yadından çıxırdı. “Yavər dayı, burax, sən allah, burax…”

Yəqin diqqətinizə çatdı ki, tamaşanın zirvə yerində Yavər “ləvənd” sözüylə kifayətlənmir, emosinal təsiri artırmaq üçün “qırışmal”ı da qoşurdu böyrünə…

Ancaq Yavər və onun tay-tuşlarının qabağında yeni nəsil böyüyürdü ki, bu nəslin öz tələbləri, öz zövqləri, öz ifadə vasitələri olmalıydı. Və “maygülü” sözü də  bu cür ifadə vasitəsiydi. Ancaq bu söz hardan çıxmışdı, hardan gəlmişdi, demək mümkün deyil. Bir onu yada salmaq istəyirəm ki, o vaxt Azərbaycana Vəli Axundov başçılıq edirdi…

Güman etmək olar ki, “maygülü” sözü Afrikadan gəlib. Bəzi Afrika dillərində eyni söz intonasiyadan asılı olaraq müxtəlif mənalar verir. “Maygülü” sözü də elə. Kimə deyildiyindən, necə deyildiyindən asılı olaraq, “maygülü” on-on beş mənada başa düşülə bilərdi. Ancaq “maygülü” sözünün üstündə adamların bir-birini bıçaqladığını eşitməmişəm. Bəlkə də Salyanın özündə bıçaqlayıblar. Ancaq kəndlərdə belə şeylər olmayıb. Kəndlərdə nəinki “maygülü”yə dözürdülər. Ömrünün qırx ilini kolxoz və sovxoz qarovulçusu olmuş mərhum Əlfağa kimi beş-altı kəndin adamlarına “binamıs” deyirdi, hamı da dözürdü…  

 

(Əvvəli. Ardı var)

300 spartalı və 350 salyanlı

Üç yüz əlli salyanlı İlham Əliyevə məktub göndərib xahiş edirlər ki hüquq müdafiəçisi Emil Məmmədovu azad eləsin.

Vallah, bu salyanlaılardan elə işlər çıxır ki, adam məəttəl qalır. A balam, İlham Əliyev məktub oxuyur? Yəni by salyanlılar fikirləşirlər ki, İlham Əliyev bu dünyanın keflərini qoyub onların məktubunu oxyacaq və oxuduqca da başını yelləyib deyəcək: “Mehriban, deyirlər salyanlılar ağ işlədirlər, qara işlədirlər, hamısı yalandır, gör nə məktub yazıblar! Zırıltı!” Mehriban xanım da deyir: “İlham, oxuyandan sonra cırıb atma, ver mən də oxuum…”

İndi mən fiikirləşirəm ki, bu 350 salyanlı məktub imzalamaq əvəzinə niyə gedib  Emil Məmmədovun yatdığı türmənin qabağına yığılmır? Ya niyə Bakıya gedib prezident idarəsinin qabağında nümayiş keçirmir?

Vallah, prezident İlham Əliyevə xahiş ərizəsi yazan insan dəlidir. Və o 350 salyanlı qoy allaha şükür eləsinlər ki, aparıb onları dəlixanaya salmırlar…

Ya da kabinetini qlobus bəzəyən çoban görkəmli icra başçısına sağ ol desinlər…

 

Mirzə ƏLİL

21.05.2014

PAPİROSUM YANA-YANA, DENVER QARDAŞ SALYANA…

Kolorado ştatında anaşanın leqal satışı başlanıb. Salyan rayonunun rəhbərliyi bu münasibətlə Kolorado əhalisini təbrik edib. Bu günlərdə Koloradonun paytaxtı Denverlə  Salyan şəhəri arasında qardaşlaşma müqaviləsi imzalanacaq.