Bu hadisə 1966-cı ilin mayında olub. Günü yadımda deyil.
Mən o vaxt altıncıda oxuyurdum. Mətəb səkkizillik idi. MayIn onundan sonra 5-8-ci sinifləri seyrəltməyə və alaq vurmağa aparırdılar. Biz saat 2-yə qədər işləyəndən sonra yenə məktəbə gəlib dərs keçirdik. Bir gün müəllimlər dedilər ki, yaxşı işləyin, qurtarandan sonra məktəbə yox, Dirov dağına gedəcəyik.
Dirov dağı bizim Ərəbqardaşbəyli kəndindən təxminən beş kilometrlik məsafədədir. Hündürlüyünə görə əslində dağ deyil, təpədir, ancaq hamı ona dağ deyir. Müəllimlər danışırdılar ki, orda qədim insan məskənlərinin qalıqları var. Biz bir növ arxeoloji ekspedisyaya gedirik. Ona görə hər gün alağa apardığımız kətmənlərdən başqa çoxlu bel də götürdük.
İşimizi qurtarıb QAZ-51 narkalı iki maşına yükləndik və Dirov dağına yola düşdük. “Ekspedisiyaya” ancaq altıncı, yeddinci və səkkizinci sinfin uşaqları gedirdilər. Üç sinifdə də olardı iyirmi-iyirmi beş uşaq. Müəllimlər qarışıq otuza yaxın adam.
Gedib çatdıq Dirov dağına. Müəllimlərin dediyinə görə, “Qədim məskən”lərin qalıqları yüksəkliklərin arasındakl yarğanlarda olmalıydı. Və belləri qapıq özümüzü qumlu qorpağın üstüylə sürüşdürə-sürüşdürə yarğanın dibinə endik. Az sonra uşaqlar sevinclə qışqırışdılar, çünki beli hara vururduqsa, skelet çıxırdı. Skeletlər üzdəydilər və elə saxlanmışdılar ki, elə bil onların məxsus olduğu insanlar torpağa yaxın illərdə basdırılmışdılar… Maraqlı burasıdır ki, heç kin qorxmurdu. Mən özüm ağürəyəm, ancaq yadımda deyil ki, orda mən qorxu keçirmişəm. Hamı şən idi. Həm alaqdan bir az tez çıxmışdıq, həm də məktəbə getməmişdik — əməlli başlı kef idi…
Müəllimlərin göstərişiylə uşaqlar ordan çoxlu kəllə yığdılar ki, tarix kabinəsinə qoyulsun. Bu kəllələrin necə götürüldüyü yadımda deyil, yəqin uşaqlar başları bədəndən ayırırımışlar… Neçə kəllə götürüldüyü yadımda deyıl. Ancaq çox idi…
Kəllələri maşına yığıb özümüz də kuzovlara qalxdıq və kəndə qayıtdıq. Kəllələri aparıb tarix kabinəsinə yığdılar…
Ancaq tezliklə nədənsə tarix müəllimi bu kəlllələrə marağını itirdi. Bir az sonra kəllələr məktəbin dalındakı sıx narlığa atıldlııar. Uşaqlar onları futbol topu kimi təpikləyirdilər…
Mən 1972-ci ildə pedaqoji məktəbi qurtarıb öz məktəbimizə müəllim gəldim. Sinif otağının pəncərəsi o narlığa açılırdı və yenə o kəllələron bir neçəsini orda görürdüm…
Onu deyim ki, “arxeoloji ekspedisiya”dan evə gələn kimi məməm dedi ki, orda nə qədim məskən, orda yəqin 18-də ermənilərin öldürdüyü adamların sür-sümüyü qalır… Hərçənd anam yerli deyil, Arbatan qızıdır…
İndi də o kəllələr gözümün qabağındadır. Bəlkə bir vaxt mənim də kəlləmlə kimsə futbol oynayacaq, ancaq bu, ayrı oyun olacaq.
Mən öz tarixsizliyimizə, yaddaşsızlığımıza heyrətlənirəm.
İndi qədimlik, türkçülük söhbətləri eşidəndə çənəm əsir. Çünki hardasa narlıqda ot basmış kəllələr var. Bizim kəllələrimiz. Tariximiz…
Mənim atamı qolçomaq çıxarmışdılar, atlarını almışdılar, canını birtəhər, özünün dediyinə görə, adaşının, Arif Məlikovun atası Cahangir bəyin köməyi ilə qurtarmışdı. Ona görə də o, tarixi birdəfəlik “unutmuşdu”. Əslində o, tarixi bilirdi, ən azı yaxın tarixi. Ancaq özünü bilməzliyə vurmuşdu.
Bəs müəllimlər? Cahilliyi də bağışlamaq olar. Ancaq insan qalıqlarına münasibət?
Mən belə məktəbdə oxumuşam. Belə müəllimlərdən dərs almışam. Və sonralar onlardan da pis müəllim olmuşam – mən sinif otağının pəncərəsindən yarıyacan ot vasmış kəllələrə sakitcə baxırdım və onlar məni heç bir fikrə salmırdı…
İndi tez-tez o kəllələr gözümün qabağına gəlir. Öz kəlləmi də onların arasında görürəm. Ancaq mənim kəlləmin o kəllələr sırasında yerə layiqliyinə şübhəm var…
Mən istərdim ki, Dirov dağındakı bütün sümüklər və 1966-cı ilin mayında Salyan rayonu Ərəbqardaşbəyli (indi Neftçaladır) məktəbinə gətirilib narlığa atılan bütün kəllələr yığılıb hörmətlə basdırılsın…
Ölülərinin kəllələri dağda-düzdə dığırlanan millətdə insan həyatına da hörmət ola bilməz…
03. 05. 2015
Samara