Архив тегов | siyasi dustaqlarə

AZƏRBAYCANDA QOHUMBAZLIQ, YELİÇİLİK YOXDUR… ANCAQ DAHA PİS ŞEY VAR…

sevin_vaqifqızı

Bakıdakı son hadisələrlə bağlı çox düşünəndən sonra iki nəticəyə gəldiim. Bu nəticələrdən biri pozitiv, ikincisi neqativdir. Pozitivdən başlayım.

Çoxdan sabitləşmiş belə bir fikir mövcuddur ki, Azərbaycan həyatına xas ən xoşagəlməz, demokratiyanın inkişafı qalsın, onun yaranmasına mane olan, total korrupsiyaya meydan yaradan cəhətlədən biri traybalizmdir – yəni tayfaçılıq, qohumbazlıq, yerliçilik. Bakıdakı həbslər göstərir ki, bu fikrin heç bir əsası yoxdur.

Məsələn, jurnalist və romançı Əəz Zeynallı həbs edilir. Əvəz Zeynallı yerazdır, Bakı əhalisinin də bəlkə üçdən biri yeraz olar. Əvəz Zeynallının arvadının da kökləri Ermənistanla bağlıdır. Yəni ər-arvad birlikdə götürülsə, bunların Bakıda uşaqlı-böyüklü bir neçə min qohumu olar. Yaxın dostlarını, kirvələrini bura əlavə etsək, Zeynallı tayfasından bəlkə on min adam çıxar. Bu qədər adamın hətta yarısı polis idarəsiin qabağına yığılıb onun xaraba olmalı binasını əlləri ilə silkələsələr, idarə doğrudan da yıxılıb xarabaya dönər. Bu tayfaın üçdən biri, yəni üç-dörd min adam məhkəmədən çox türmələrdəki “press-xata”nı xatırladan məhkəmə binasının ətrafına yığışıb onu hətta üfürməklə yıxıb dağıda bilməzlərmi?

Ancaq Əvəz Zeynallının məhkəməsinə beş min yox, beş-on adam gəlir…

Sevinc Vaqifqızının nə qədər qohumu olar? Bəs yerliləri? Bəs məktəb yoldaşları? Jurnalist həmkarları? Niyə məhkəmənin qabağına gələn yoxdur?

Əlbəttə, jurnalistlərin şərlənib tutulmağı yaxşı deyil, buna pis də demək olmaz, çünki əlahəzrət prezidentin xətrinə dəyər, çünki onun gördüyü işlərə pis demək olmaz… Bu həbslərdə xalq üçün təsəlliverici, parlaq gələcəyə ümid yaradan vacib bir şey var: biz yerliçilikdən azad olmuşuq. Qohumumuzun, yerlimizin başını gözümüzün qabağında kəssələr də, yaxına gedən deyilik. Bunu hamıdan qabaq peyğəmbər kimi uzaqgörən İlham əliyev başa düşüb. Ona görə istədiyi, daha doğrusu istəmədiyi hər adam basır dama, bilir ki, nəinki kənar adamlarının, hətta əzizlərinin də cınqırı çıxmayacaq…

İndi neqativ nətiə. Bu nəticə ondan ibarətdir ki, Azərbaycan Respublikasındakı siyasi rejim faşizmin klassik təyininə tamamilə uyğun gəlir.

İngiliscə Vikipediyada faşizmin tərifi:  ultranationalist political ideology and movement, characterized by a dictatorial leader, centralized autocracy, militarism, forcible suppression of opposition, belief in a natural social hierarchy, subordination of individual interests for the perceived good of the nation or race…”

Yəni:

diktator lider

avtokratiya

müxalifətin zor tətbiqi ilə əzilməsi – bunlar hamısı Azərbaycanda var? Var!

Fərqli olan nədir

“fərdi maraqların millətin ya irqin mənafeyinə tabe edilməsi”. Azərbaycanda fərdi maraqlar milli ya irqi mənafeyə yox, hakim ailənin mənafeyinə tabedir. Bu da Azərbaycandakı rejiin klassik faşizmdən də mürtəce olduğunu ya da rejimin süqut ərəfəsi olduğunu gəstərən deqradiyasına sübutdur….

 

01. 12. 2023, Samara