Архив тегов | şotland-ingillis meharibələri

ROBERT BERNS. ROBERT BRYUSUN ÖZ QOŞUNLARINA MÜRACİƏTİ

Robert Burns

Şotlandlar!

Uolleslə birgə çox axlb qızıl qanınız,

Bryusla getmisiniz nə qədər döyüşə siz,

Döyüş meydanı olar bəlkə son mənziliniz,
Ya da gözləyir zəfər!

+

İndi gün gəlib çatıb, yetişir saat indi.

Baxın, döyüş meydanı, cəbhə lap yaxındadır.

Gəlib çatarordusu, baxın, məğrur Edvardın,

Zəncir, köləlik gələr!

 +

Kimin yalançı, xain olduğu aşkarlanar?

Kİmlərdən ağürəklər məzarlığı yaranar?

Kimlərdir köləliyə burda hazır olanlar? —

Qaçslnlar indi elə!

 +

Kim Şotland kralına, Qanuna sadiq qalar,

Azadlıq qılıncını çəkib əzmlə çalar.

Azadlıqçın ölməyə kimin qətiyyəti var,
Gedə bilər mənimlə!

 +

Üzür sizi nə vaxtdan əsarət ağrıları

Kölə tək zəncirdədir bu yurdun oğulları.

Sonuncu damlayacan burda qan axıdarıq,

Azadlığın adıyla!

 +

Gömülsünlər torpağa məğrur uzurpatorlar,
Yıxılan hər yağıda, bilin, qanlı tiran var.

Vurulan hər zərbədən azadlıq yaxınlanar,

Bunu edək, ölək ya!

 

ingiliscədən tərcümə

15. 09. 2024, Samara

QEYD:

  1. “Bryusla getmisiniz nə qədər döyüşə siz” – Bannokberndə 24 oyun 1314-cü ildə şotlandıar Robert Bryusun komandanlığı altında ingilis qoşunları üzərində qəti qələbə qzanmışlar.

2. Uolles – Uilyam Uolles (təxm. 1270-1305) – Şotlandiyanın milli qəhrəmanı

+++++++++++++++++

ROBERT BURNS

Scots Wha Hae

 

Scots, Wha Hae.
Scots, wha hae wi’ Wallace bled,
Scots, wham Bruce has aften led,
Welcome to your gory bed
Or to victorie!
Читать далее