Архив тегов | Süleyman Rüstəmin şeirləri

GƏDƏBİYYAT. CƏHƏNNƏMƏ İNANMIRAM, ANCAQ SÜLEYMANRÜSTƏMLƏRİN ELƏ BİR YERDƏ YANMAĞI ƏDALƏTLİ OLARDI…

Без названия (3)

Fikrət Qocanın gəncliyində yazdığı bir şeiri yadımda qalıb, səhv etmirəmsə, adı “Babalarım” idi.

“Biri qaçaq olub, mərd olub,

Biri qoçaq olub, mərd olub.

Bəs bu namərdlər hardandır? –

Bax, bu mənə dərd olub”.

İllər keçdi, Fikrət Qoca özü də qocalıb “baba” oldu, özü də namərdin xalisindən. Namərd kimdir? Mərd olmayan adam. Pataloji məddaha, yaltağa çevrilmiş, rəhbərliyin dalını yalamağa sovet pionerinin andındakı kimi “həmişə hazıram” deyən adam mərddirmi? Yox, namərddir.

Babalar haqqında  şeir yazmış Fikrət Qoca namərdlərin hardan əmələ gəldiyini bilməliydi. Üzv olduğu və gəncliyindən ciddi mövqe tutduğu Yazıçılar İttifafaqı, məhdud istisnalar olmaqla, namərdlər, oğraşlar yuvası deyildimi? Yarandığı gündən bu İt Tifaqının üzvləri axur başında əlverişli yer tutmağa çalışaraq bir-birlərindən donos yazmayıblarmı, bir-birlərini sürgünə, ölümə göndərməyiblərmi? Hansı alçaqlıq, hansı rəzalət yoxdur ki, Azərbaycan sovet yazıçıları eləməsinlər?

Azərbaycan ədəbiyyatına toxunulmaz klassik, millətə isə mənəvi atalardan biri təyin edilmiş Rəsul Rza Stalinin sosializm inkişaf etdikcə sinfi mübarizə kəskinləşir” tezisinə cavab kimi “Bolşevik yazı” şeirini yazır

“Düşmənlik olmamaqçın, qızışmalı düşmənlik…”

Ay lotu!

Və rəsulrzalar, səmədvurğunlar düşmənçiliyi qızışdırır, qələm yoldaşlarını gedər-gəlməzə göndərirdilər.

“Mübarizə bu gün də var yarın da.

Mən də onun ən ön sıralarında…”

Belə atadan törəyən Anar Yazıçılar ittifaqının oğraşxanaya çevrilmə prosesini təkmilləşdirib başa çatdırıbsa, niyə təəccüblənməliyik?

Bütün sovet dövründə Azərbaycanda bütün mədəniyyət proyektləti, ideoloji fəalliyyəti insan mənəviyyatını pozmağa, onu prinsipsiz, əqidəsiz kütlə vahidinə çevirməyə yönəlmiş hakimiyyətə qarşı çıxan olubmu?

Susanlarla, başını aşağı salıb bir tiə çörəyini qazananlarla işimiz yoxdur. Ancaq fəal oğraşların, yalana doğru, pisə yaxşı deyən və buna xalqın uşağını-böyüyünü inandıranların cinayəti gərək ifşa oluna. Bizdə isə onlar yenə də klassikdirlər və xalqa mənəvi atadırlar.

V. Panovanın «Seryoja” hekayəsində Petya dayı 5 yaşlı Seryojanı çağırıb ona “konfet” verir. Uşq kağızı açıb görür ki, içi boşdur (pustışka). Və deyir:

— Petya dayı, sən axmaqsan?

Mən Süleyman Rüstəmlə görüşsəydim soruşardım:

— Sən niyə belə alçaqsan?

Keçən əsrin 70-ci illərində “Azərbaycana gəlsin” şeirini yazan adam fövqəladə alçaq olmalıydı.

“Vətənimin seyrinə çağırıram elləri,

“Cənnət görmək istəyən Azərbaycana gəlsin!”

70-ci illərdə Bakı avtovağzalı mərkəzdə, hardasa İnşaatçılar prospektində ya da ona yaxın yüksəklikdə, Spartak stadionunun və “Azərbaycan” mehmanxanasının yaxınlığında yerləşirdi. Vağzalın qabağında sıra ilə tualetlər var idi. Tualet deyəndə ki, yan divarlırı olan qapısız deşik. Və o tualetə gedənin gərək rezin çəkmələri olaydı ya da topuğunacan sidiyə batacağını nəzərə alaydı. Yaxındakı “Azərbaycan” mehmanxanasında isə pasportun arasına qırmzı sovet onluğu qoymadan yer almaq mümkün deyildi.

“Sərvət görmək istəyən Azərbaycana gəlsin!
Bəzənib başdan-başa şəhərləri, kəndləri…”

Süleyman Rüstəmin Bakıda yaxşı mənzili, üstəlik bağ evi vardı, deputat və xalq şairi kimi səfərləri zamanı bahalı mehmanxanalrda qalırdı. Yaxşı, cəhənnəmə qalıb, gora qalıb. Ancaq bu sidik iyi verən quldurxanını niyə tərifləyirdi? Ona Tərtər qurbanları kimi işgəncə verirdilər, bel sapı soxurdular ki, gərək bunu yazasan? Ya alçaqlığından, namərdliyindən, tamahından?
“Qanımızda dövr edən sədaqətdir, sədaqət…”

Baxın, diqqətlə oxuyun. Sədaqət (iki dəfə sədaqət) qanda necə dövr edər və bunu necə başa düşməli? Kimə sadaqət? Arvada, ərə sədaqət? Kim hakimiyyət başındadırsa, ona sədaqət?

“Günəşdən də parlaqdır gözümdən bu həqiqət.”

Hansı həqiqət? Hansı?! Ay kommunst lotu, günəşi də murdarlamısan…

“Dostuna, qardaşına təmənnasız məhəbbət…”

“Dosta, qardaşa təmənnasız məhəbbət” nədir? Başqa millətlərdə qardaşı təmənnalı sevirlər?


“Gözəlliklər Vətənə gözəllərindən gəlir,
Dostluğun-qardaşlığın təməllərindən gəlir…”

Gözəllik gözəllərdən gəlir…Bu ifadəni yazan dəlidir ya milləti dəli sayır?

“Dostluğun-qardaşın təməlləri” nədir? Bunu izah edə bilən var? Müəllim buna cəfəngiyyat demirsə, əksinə, tərifləyib uşaqların başına yerləşdirməyə çalışırsa, o müəllimin vicdan və əxlaqı yoxdur…

“Könüllərin nıüqəddəs əməllərindən gəlir…”

Könüldə duyğu, hiss olar. Könüldə — əməl? Yəni iş? Könüllərin hansı əməlləri vətənə gözəlliklər gətirir?

“Saysız qəhrəmanların
Qurub yaradanların,
Qocasında, gəncində, bu sadə insanların
Şöhrət görmək istəyən Azərbaycana gəlsin!”

Deyək ki, fransız, ingilis 70-ci illərdə gəldi Azərbaycana. Qocasında-gəncində hansı şöhrəti görəcəkdi? İngilis ya fransız görəcəkdi ki, sentyabrın birindən uşaqları basırlar pambığa, bütün birinci rübü uşaqlar pambıq tarlalarında DDT uda-uda, zəhərlənə-zəhərlənə pambıq yığırlar. Yəni 1-ci katib Heydər Əliyev 11-12 yaşlı uşaqların əməyini amnsızcasına istismar edirdi…Mağazalar boş, yaxşı nə varsa, əl altından satılır, adamlar bazarlığa Tiflisə, Yerevana gedirlər…

Yox, bu Süleyman Rüstəm gərək cəhənnəmdə yana…

“Payızında, qışında, baharında, yazında
Dinir dostluq nəğməsi konüllərin sazında…”

Baxın. Bu lotu fəsilləri sayır. Yay yoxdur, yaz iki dəfədir. Çünki baharın yerində yay olsa, heca əskik olur. Bu abırsızlıq Azərbaycan şairlərinin əksəriyyətinə xasdır.
“Sabaha addımlayan mərd oğlunda, qızında
Qeyrət görmək istəyən Azərbaycana gəlsin!”

Başqa xalqlar dünən ə addımlayır? Bu “mərd oğullar və qızlar” hər seçkidə 100 faiz partiyanın vahid namizədinə səs verirdilər!

“Zavalsızdır ömürlük qoynundakı bağça, bağ…”

Yalançının lap…Azərbaycanı qoynundakı bağların, məsələn, üzüm bağlarının, gecə-gündüz zəhmətini çəkirdilər, kükürd aparatı bellərini yara eləyirdi…

“Al bayraqlar altında alnıaçıq, üzüağ,
Millət görmək istəyən Azərbaycana gəlsin!”

Bilirsiniz bu al bayraqlar nədir? 1969-cu ildə Əliyev 1-ci katib təyin olunandan sonra Moskva Azərbaycana hər il sosializm yarışının qalibi kimi qırmızı bayraq verirdi. Mağazalar boş, yemək-içmək qıt, ancaq ilin axırında Heydər Əliyev bayrağı Moskvadan alır, Azərbaycanda vurçatlasın qururdu. Zeynəb, İslam, Arif, Lütfiyar İmanov, Rəşid Behbudov.. daha kimi deyim… hamısı… Xoruz buraxa-buraxa bayrağın şərəfinə oxuyur, Brejnevə Azərbaycana göstərdiyi atalıq ayyğısıa görə təşəkkür edirdilər…

Millətlərin, hətta böyük millətlərin tarixində rüsvayçılıq dövrləri olur. Ancaq bu rüsvayçılıq dövrü ilə qürurlanmaq millətin xəstə olduğunu göstərir. Səmədvurğunlar, rəsulrzalar, süleymanrüstəmlərin nəinki toxunulmaz qalmağı, onların indi də uşaqlarımız üçün müəllimlik, atalıq statuslarının qorunmağı millətimizin çox ciddi xəstəlik yaşadığına sübutdur.

X.X.

10. 05. 2024, Samara

GÜLMƏLİ ŞEİRLƏR. SÜLEYMAN RÜSTƏM. «TƏBRİZİM»

Təbriz, Cənubi Azərbaycanın mərkəzi olan qədim şəhər sovet vaxtı Azərbaycanın rəsmi poeziyasının ən gəlirli sahələrindən olub. Ancaq sovet dövründə də, bazar iqtisadiyyatı olmasa da, monopolizim var idi, o cümlədən rəsmi ədəbiyyat sahəsində. Təbrz mövzusu əsasən əslən Cənubi Azərbaycandan olanlara məxsus idi, “demokrat” qardaşlar hər il “ayrılıq” mövzusunda bir-iki kitab çıxardıb çax-çux edir və yaxşı dolanırdılar. Bir şairin təxəllüsü “Tudə” idi, yəni siyasi partiyanın adı. Balaş Azəroğlu, Mədinə Güllgün Təbriz üçün göz yaşı tökə-tökə xalq şeiri adını aldılar. Düzdür Cənubdan olmayanlar da Təbriz bazarına girməyə can atırdılar, məsələn, mərhum Xəlil Rza. Ancaq belələrinə çox məhəl qoymurdular, onların Təbrizdən ötrü tökdüyü göz yaşları yol tapıb partiya rəhbərliyinin qəlbinə axa bilmirdi.

Cənubdan olmayanlardan cəmi bir nəfər cənubluların Təbriz ədəbiyyatı monopoliyasını sarsıdıb və ədəbiyyatda az qala birinci təbrizçi olub, Məmmədhüseyn Cavadzadə birinci uroloq olan kimi. Bu, məsələn,  sallyanlı plastik kütlə generalı Vaqif Axundovun  naxçıvanlıların, ermənistanlıların və kürdlərin içərisində baş çıxarmağı kimidir. Süleyman Rüstəmiun “Təbrizim” şeiri indi də məktəb proqramındadır. Bu günlərdə təzədən oxudum, az qaldım gülməkdən öləm.

 Baxdıqca hüsnünə doymayır gözüm,
Təbrizim, Təbrizim, gözəl Təbrizim!

Burda şəhər bir qadın surəti kimi göz önünə gəlir. Hüsn, yəni ərəbcədən çevirsək, gözəllik kimdə ya nədə olur? – Əlbəttə, qadında!

Qoymaram yadları girsin qoynuna,
İzin ver qolumu salım boynuna!

Burda da Təbriz qadındır – Süleyman Rüstəm qolunu kişinin boynuna salmaz ki…Şair deyir ki, “qoymaram yadlar girsin qoynuna”. Necə qoymarsan? Əgər Təbriz fars idarəsindədirsə? Yox, mənə başa salın ki, necə qoymur? Yadlar çoxdan Təbrizin qoynundadır, bu da deyir “qolumu salım boynuna”…

Vallah, bu, pozğunluğa oxşayır…

“Sən çıxdın qarşıma duzla, çörəklə,
Bağından dərdiyin güllə, çiçəklə…”

Yadınızda yaxşı saxlayın: burda şəhər həm qadın, həm də kişi kimi təsəvvür edilə bilər. Şəhər-adam öz bağından dərdiyi güllə çıxıb şairin, yəni özünə “inqilab oğlu inqilab” deyən Süleyman Rüstəmin qabağına.

Bir neçə bənd sonra şair deyir:

“Başına gül-çiçək səpim, Təbrizim”.

Hansı gül-çiçəyi? Bir az əvvəl şəhərin öz bağından dərib ona verdiyini?

Burda mənim yadıma… Yox, Leyli-Məcnun əhvalatı tox, Salyan cavanlarının sədərəkli bandit Tahir Kərimlinin başına gül səpməyi düşür…

Salyanım, Salyanım, gözəl Salyanım…

Haşiyə çıxaraq deyim ki, Xəlil Rza müstəsna olmaqla Təbrizdən ötrü dallarını cıran şairlər Salyana, Hacıqabula şeir yazmırdılar. Salyana, Hacıqabula hökumət pul vermirdi…

Qayıdaq cəfəng “Təbrizim”şeirinə.

“Nə qəşəngdir yol boyunca söyüdlər…”

Mən yazıq ədəbiyyat müəllimini gözümün qabağına gətirmək istəyirəm. Bu misranı şagirdlərə necə izah edir? Niyə Təbrizin söyüdləri qəşəngdir? Təbriz söyüdləri Salyan söyüdlərindən fərqlənir? Vallah, nə ədəbiyyat müəllimi… Azərbaycanda onlarla şarlatan ədəbiyyatçı elə bu şeiri tərifləyə-tərifləyə professor olub, arvad-uşaq dolandrlb. Hələ tələbələrdən alıdlqları rüşvətləri demirəm…

Söyüdlərin kölgəsində igidlər…”

Təsəvvür edirsiniz? Təbrizdə söyüdlərin kölgəsində igidlər… Yatışıblar? Salyanda söyüdlərin kölgəsində qoyunlar baş-başa verib yatardılar…

Yox, igidlər yatmayıblar!

“Babalardan dinləyirlər öyüdlər…”

Bildiniz? Burda babalar dərs keçirmişlər. Qoyunlar qalıb al günün altında, dillərini çıxarıb nəhləyirlər,  kölgəliyi babalar tutub igidlərə öyüd verirlər…

Hə, maraqlıdır, öyüd almış gənclər neyləyirlər? Bu sualın da cavabı var:
“Coşur damarlarda qanı, Təbrizim..”

Allah, sən saxla! Yaxşı ki, Salyanda söyüd kölgəsində igidlərə öyüd vermək ənənəsi yoxdur. Yoxsa bıçaq soxulmamış qarın qalmazdı…

“Ağlasan ağlaram,gülsən, gülərəm…”

Burda Təbrizin hansı xırda bir cizgisi görünür?

“Varımı səninlə yarı bğölərəm…”

Gəlirinə görə sovet milyonçusu olmuş Süleyman Rüstəmin kiməsə beş manat verdiyini eşitməmişəm. Təbrizə o, var verərdi? Təbrizlə spekulyasiya edə-edə bir ətək pul qazanıb…

“Nədir o mənalı dərin baxışlar?”

Şair bu baxışları nədə görür? Bunu İmişli haqqında da demək olar, Kasıb İsmayılov… pardon, Goranboy haqqında da . Bu cəfəng şeirdə Təbriz yoxdur – yoxdur onun relyefi, arxitekturası, dili, ləhcəsi…

“Vətəninə qurban, elinə qurban!…”

Rustam bek nə yazdığının fərqinə varmır, çünki oxucusunu lox, yəni hərif sayır. Necə yəni “vətəninə” qurban? Şəhər özü yer deyil, vətən, el deyil? Vətənin vətəninə qurban?

Yazıq uşaqlar! Yazıq Azərbaycan uşaqları! Prezidentin öz ailəsi bu cəfəngiyyatı oxumur, onlar urusu, ingilisi oxuyurlar. Azərbaycan uşaqlarının qabağlna isə atırlar  sovet lotularının bu cəfəngiyyatını…

“Girim qoynuna…

Salım boynuna…”

Rəzalət!

05.07. 2021, Samara

«ANA VƏ POÇTALYON»: «ŞEDEVR» STATUSLU «MƏHLƏ» ŞEİRİ

Süleyman_Rüstəm.jpg

Bu şeiri nə şagird kimi öyrənmək, nə də müəllim kimi tədris eləməq mənə qismət olub, ancaq bilirəm ki, onilliklər ərzində bu şeirdən yüz minlərlə inşa yazılıb, buraxılış və qəbul imtahanları verilib. “Azərbaycan sovet (!) poeziyasının klassik əsərlərindən sayılır. Ona görə bu şeirə daha bir baxış faydasız olmaz.

Hələ başqalarının ağzından du şeiri eşidən vaxtlar ilk misra məndə sual doğururdu: Necə yəni “başqa dərdi yoxdu”? Müharibə, aclıq,qonşulara ölüm xəbəri gəlir (“xəbər gəlir öləndən”), yəni dərd bir deyil, mindir. Əlbəttə, ana üçün öz oğlundan böyük qayğı ola bilməz. Ancaq başqa dərdinin olmamamğı mümkün deyil…

Mənim bu yazım Süleyman Rüstəmə xas olan üslub pintiliyi və sağlıqlarında klassik statusu (dövlət və partiyanın qərarı ilə) qazanmış yazanların öz işlərində tamamilə məsuliyyətsiz olmalarındandır. Buna rusca “xaltura” da demək olar, azərbaycanca “basməmmədi” də…

Başqa bir sual: ananın əri hardadır? Yəni əsgərin atası. Oğlan ananın ilkidirsə, ata cavan olmalıdır. Ölüb? O da cəbhədədir? Bəs niyə arvadı onun da dərdini çəkmir?

Bu, şəhər şeiridir. Ana “məhlə”də yaşayır. Yəni köhnə Bakı həyəti, həyətdə də xeyli mənzil, xeyli adam. Bu adamların hamısının məktubunu bir poçtalyon gətirir. Ana da ona ultimatum elan edir: ““Məktub olmasa, bir də sən bu həyətə gəlmə!”

Poçtalyonu elə bil “dağ başında ildırım vurur” (niyə dağ başında? İldırım düzəndə vura bilmir? Dağ başında ildırım ayrı cür vurur?). Və həyətdən ayağını kəsir…

Belə şey mümkündürmü? Müharibədir, poçtalyon hərbi vəzifəli adam kimidir, həyətdə onlarla ailə yaşayır, bəs onların məktu necə olur? Poçtalyon aparıb tökür küllüyə? Sobada yandırır?

Poçtalyon yoxa çıxır… Müharibədəki adamlarından məktub almayan qonşular gərək NKVD-yə şikayət eləyəydilər, bir sözlə, poçtalyonu yerin deşiyindən çıxaraydılar. Ancaq heç kimi dinmir…

Belə şey mümkündürmü? Yox mümkün deyil!

Şeirdən belə çıxır ki, ana gecə-gündüz evdədir, elə işi-peşəsi qapını güdməkdir. Ancaq bu da mümkün deyil. Bakıda müharibə vaxtı cavan arvadı çətin ki, evdə asudə oturmağa qoyardılar. O, günün ən azı on iki saatını silah ya neftayırma zavodunda işləyəməliydi.

“Evlərini bilsəydim, bir baş çəkərdim ona…”

Əgər şəhər Bakıdırsa, poçtalynun başına nə gəldiyini öyrənməkdən asan heç nə yoxdur, get poçt şöbəsinə, soruş…

Bu şeir başdan ayağa qondarmadır, inandırıcı heç nə yoxdur. Əlbəttə, müharibə vaxtı yazılan şeirdir, arxa cəbhədəki insanların çəkdiyi qəlb iztirablarını göstərməyə yönəlib. Ancaq müəllifin idiasında olduğu dramatizm farsa çevrilir, çünki yaradılan kolliziya qondarmadır.

Məlum məsələdir ki, poçtalyon gec-tez gəlib çıxmalıydı. Ancaq gərək qonşular onun şalvarını çıxaraydılar: “Ay filan-filan olasan, hanı bizim məktublar…”

Yxşı, deyək ki, müharibə vaxtı tələsik yazıılb, belə şeirlərə ehtiyac olub. Ancaq niyə bunu indiyəcən yüksək poeziya kimi uşaqdan böyüyə qədər millətə sırıyırıq?

Məsələ burasındadır ki, şeirin bəlası təkcə süjet quruculuğunda deyil. Sənətkarlıq da çox aşağı səviyyədədir. On dörd hecalı ölçü seçildiyindən çoxlu artıq, parazit sözlər var.

“Qartal ov tutub gəlir” – ovu tutarlar?

“Bir gün küçə qapısı açıldı çox sürətlə(!)… Poçtalyon adamdır ya avtomobil?

“Aldılar bir qırpımda poçtalyonu dövrəyə” (bir qırpımda?)
“Poçtalyon qanad taxdı öz şirin sözlərinə….” Bu misranı yazan şairdir ya qəssab?

İş elə gətirib ki, mən bu şeiri məktəbdə oxuyanda keçməmişəm. İndi fikirləşirəm ki, orta məktəbdəki ədəbiyyat müəllimlərində bu şeir suallar doğurub ya doğurmayıb. Doğurmayıbsa… Yəqin ki, doğurmayıb. Azərbaycan məktəblərindəki ədəbiyyat müəllimlərinin əksəriyətinin səviyyəsi sirr deyil…

01.03.2018

Samara

HƏMÇİNİN:https://xeyrulla.com/2021/07/05/gulm%c9%99li-seirl%c9%99r-suleyman-rust%c9%99m-t%c9%99brizim/

MÜSAVAT SÜLEYMAN RÜSTƏMƏ: «BAYQUŞ ÖZÜNSƏN, NƏSLİNDİR…»

Tanınmış müsavatçı (ya cəbhəçi?) xadim Tofiq Yaqublu öz FB səfifəsində  Fatimə Kərimli Fatimə Kərimli bir istifadəçinin öz bloqunda yerləşdirdiyi bir yazını paylaşıb; yazı əslində Süleyman Rüstəmin 1930-cu ildə Müsavat partiyasına və onun xadimlərinə yazdığı həcvdir.

Süleyman Rüstəm, əlbəttə, zəif şairdir, ancaq mən hələ otuz il qabaq mərhum müəllifin “Ana və poçtalyon” şeirinin həm məzmu, həm texniki primitivliyini deyəndə, bir dəfə də fikrimin müsbət qarşılandığını görməmişdim. Məsələ burasındadır ki, sonralar Əli Kərim məhz bu şeirin lekalı əsasında “Qaytar ana borcunu” şeirini yazıb və çox da uzağa getməyib…İndi poeziya incəlikərini başa düşən nə çox adamın olduğuna təəccüblənirəm…

Süleyman Rüstəm çoxdan ölüb gedib. Səməd Vurğundan fərqli olaraq, indiki rejimin  ideoloji sütunlarından deyil (bəlkə də mən yaxşı bilmirəm). Hərdən qəzəlləri oxunur: “Məndən sənə ey gül, nə deyirlərsə, inanma, Səndən də gəlib gündə Süleymana deyirlər…” İndi Süleyman Rüstəmlə mükalimə estetik planda ola bilər, yəni biz onun şairliyinə münasibətimizi ifadə edə bilərik; bu əslində vacibdir, yüksək poetik standartların yaranması, yüksək estetik zövqün yaranması üçün vacibdir. O ki qaldı Süleyman Rüstəmin Müsavatı söyməyinə ya necə söyməyinə, bunu bilmək, əlbəttə, lazımdır, ancaq aktual deyil. Aktual indiki rejimin indiki ideolioji dayaqlarıdır. Ruslar üçün aktual Mayakovskinin inqilaba rəğbəti yox, sənətkarlığıdır. Mənim üçün Səməd Vurğunun sənətkarlıq səviyyəsi onun çuğulçu olub-olmamasından daha vacibdir. Səməd Vurğunun sənətkarlıq səviyyəsi isə zəifdir və bu onun Müşfiqi satmasıyla qətyyyən bağlı deyil.

Məni çox narahat edən Tofiq Yaqublunun səhifəsindəki rəylərdir. Güman etmək olar ki, yazanlar gəncdirlər, yəqin ki, hamısının da universitet diplomu var; ancaq görün bunlar necə primitiv yazırlar, bunlar fikir ifadə etmirlər, çünki fikir yoxdur, bunların çoxu “mu-mu” deyir…

Könül Şamilkızı Nesibova Yaltaq bayquş!

Asi Bey Narazi Alçaq məxluq. Başqa sözlər də istifadə etmək olar amma buna yaraşan budur.

bayguw rustemin ozudu.werefsizler

Elxan Zaman Sülyman Rüstəmin Əliyağa Vahidə işilməyini eşitmisiz? Rəhmətlik Əliağa da ona çox gözəl, yeddi qatından keçən cavab verir… ))

Elxan Zaman Süleyman Rüstəmin səviyyəsi bu misralarından bilinir:
Layka qardaşımız edir göydə ham-ham
Biz də baxıb alırıq ilham.
Adam rəsmən itlə qardaş olub… )

Zohrab Ismayil Birinci dəfədir duyuram bunu, Süleyman Rüstəmdən bunu gözləmək olardı. Amma diqqətimi başqa bir şey çəkdi: dil. Aydın görünür ki, Sovet imperiyası zaman-zaman bizim dilimizi dəyişdirib və Anadolu türkcəsindən uzaqlaşdırıb. Bir sözlə indi danışdığımız dil, Sovetlərin bizə sırıdığı bir dildir.

Ağaverdi Ruşanov Qoyde hurur layka ham-ham, biz yerde aliriq o dan ilham. Buda yeke qulagindir.

Metanet Ismayil Allah süleyman kimi satqın şairlerimizin hamısına lenet etsin Amin.

Süleyman Rüstəm zəif şair də olsa, onun dəqiq sintaksisi vardı, mübtədasıyla xəbəri həmişə uzlaşıbı, onun şeirlərindən heç olmasa savadlı yazı öyrənmək olar! (Fatimə Kərimli yazıları köçürəndə çoxlu səhvlərə yol verib — bunlar Süleyman Rüstəmin günahı deyil)

Və əgər Tofiq Yaqublunun dəstəkçiləri, ardıcılları savad cəhətdən bu gündədirlərsə, Azərbaycanı nə gözləyir?

O ki qaldı guya bolşeviklərin bizim dilimizi dəyişməyinə, bu, ağ yalandır. Dilimizi Cavid kimi şairlər dəyişirdilər. Əli bəy Hüseynzadə kimi xadimlər dəyişirdilər. Bolşeviklər gələndə xalqımız “yüz, yok, alev, imdi, kadar; yakdı; çok; uzak; boşkab” demirdi, “yox” əvəzinə “yok” deyən azərbaycanlıların millət kimi varlığını inkar edənlər, bizi osmanlıların kiçik və  intellekt cəhətdən geri  qardaşlarına çevirmək istəyənlər idi. Əgər “yox”u, “alov”u, “indi”ni bolşeviklər xilas ediblərsə, onlara ancaq minnətdar ola bilərik…

30.08.16 Samara