Sevgidən doğulanı və Hərb Hökmdarını tərənnüm edirəm mən,
O idi diz çökdürən Normandiya önündə böyük İngiltərəni.
Qaldı məğlubedilməz sülaləsinə ondan,
Kral adından artıq fateh şöhrəti-şanı.
+
Zəvər qanadı altda məst olub dincəlmədi,
Taxtını qaldırdı o, ən uca bir zirvəyə,
Qənimətini Bastard möhkəm qorudu şir tək,
Basılmadı heç kəsə sonra Britaniya.
8-9 mart 1823
ingiliscədən tərcümə
01. 02. 2025, Samara
QEYD:
Şeir Uilyam ya da Vilhelm Fatehə (William the Conqueror 1028- 1087) həsr edilib. O, İngiltərənin ilk norman kralı olub. Ona Bastard Uilyam da deyilib. “Bastard” – nikahdan kənar doğulan mənasındadır («vələdəzzina). Əslində hersoq oğlu olan Uilyamın “bastard”lığı nikahla bağlı deyil, anasının sadə təbəqədən olmağı ilə bağlıdır – o, dabbaqçı qızı idi.
+++++++++++++++++
GEORGE BYRON
The Son of Love and Lord of War I sing;
Him who bade England bow to Normandy
And left the name of conqueror more than king
To his unconquerable dynasty. Читать далее
