Архив тегов | tısbağanın ömrü

YÜZ DOXSAN ÜÇ YAŞLI CONATANIN ÖLÜMÜNƏ

Atlantik okeanının uzaq bir adasında,
Müqəddəs Yelenada sakit, duymadan ağrı,
Öldü bağa Conatan yüz doxsan üç yaşında,
Gözlərini qapadı şəxsi veterinarı.

 

Müqəddəs Yelenada Conatandan çox əvvəl,
Qısa sürgün həyatı Napoleon yaşamışdı

Dünya imperatorun adını bilir əzbər,

Çoxlu şücaətisə hər insana tanışdı.

 

Conatansa yaşayıb həqir, başıaşağı,
Ölkələr fəth etməyib, ordular dağıdaraq.

.Ziyarətinə ancaq Britaniya monarxı,

Gedib şəxsən, Atlantik okeanını aşaraq.

 

Bonopart getməsəydi dünyadan vaxtsız əgər,
Görüşə bilərdi o, tısbağa Conatanla.

Salamlardı fransız onu görüb hər səhər,

Bəlkə də çıxardılar gəzintiyə birgə lap.

 

Həyatında ilk dəfə Napelon duyardı,
Tələsmədən getməyin dadı, ləzzəti nədir.

Gözlərini yumaraq keçmişə qayıdardı,
Nümunəsiylə ona  Conatandərs deyərdi…

 

Zenon haqlıdır tamam — mahiyyətcə ən azı —

Ötə bilməz heç zaman tısbağanı Axilles.

Geriyə atır hökmən tələsməyimiz bizi,

Nə qədər tələsirsə, dönür də o qədər tez….

 

BMT qərar verib elan eləməyəcək yas,

Danışılsa da bütün dünyada Conatandan.

Bayraqlar endirilməz, matəm marşı çalınmaz,

Bombalar yenə partlar, yenə də tökülər qan…

02.04. 2026, Samara