Архив тегов | xəyallar

A.A. FET. UNUT MƏNİ, DƏLİ-DİVANƏ…

FET.jpg                                                      

 

«Забудь меня, безумец исступленный…»

Unut məni, dəli-divanə, gəl unut bircə,

Əbəs oyatma təlatüm və bəla.

Məni vurğun ürəyindir ki, yaratmış beləcə,

Xəyalam mən, vurulma sən xəyala.

 

İnan və anla ki, biryollug,  ey xəyalpərvər,

Əzablar içrə inləyib yanaraq,

Yaratdığın xəyala sən ki yaxınsan nə qədər,

O qədər məndən uzaqsan, sən, uzaq.

 

Beləcə körpə də məftunlanıb əksindən ayın

Suda, dərhal çığırar heyrətdən.

Atılar gördüyünə döğru… və sudan yayınıb,

İtib gedər o gümüşçöhrə sənəm.

 

Sil o göz yaşlarını pəncərədən, ey körpə,

Qapılma gəl nahaq xəyallara da.

Yuvarlanıb gedir, işıqlanır ay yüksəkdə,

O burda yoxdur, ordadır, orda…

18555

tərc.: 1984, Moskva

 

 

 

 

EDQAR ALLAN PO. ELDORADO

                                                 

 

Əsləhəli və qorxmaz,

O cəngavər kefi saz.

Baxmır günəş alışır, baxmır kölgədir ya da,

Uzun-uzun yol keçib,

Nəğməni yoldaş seçib,

Gedirdi ki, nəhayət, tapıla Eldorado.

 

İgid cəngavər, fəgət ,

Qöcalırdı da əlbət.

Ağrıdırmı bu görən, düşdü qəlbə xal ya da?-

Axtarırsa nə qədər.

Yoxdur o yerdən əsər,

Görüb deyə  bilə ki, buradır Eldorado.

 

Yollarsa hey uzandı,

Can qalmadı canında.

Rast oldu bir kölgəyə, bir dərvişdi o ya da,

“Kölgə!”- soruşdu birdən,-

“Söylə, hardadır görən,

O naməlum ölkə ki, adlanır Eldorado?”

 

“Ötüb-keçib dağları,

Harda ki, ay ağarar,

Aşagısı düzəndir, kölgə, xəyaldır ya da,

Çap irəli durmadan”-

Kölgə söylədi o an,-

“Axtarırsan əgər sən hardalır Eldorado.”

1849

 

 

 

 

Y. BARATINSKİ. İNAMSIZLIQ

         

Не искушай меня без нужды

Возвратом нежности твоей…

Məni oyatma sən hədər yerə, gəl,

Salıb işə o keçmiş işvələri.

Bütün əfsunları qaytarsan əgər,

Bir yol aldanmişa olmaz əsəri.

Yox inam əhdinə, ilqarına da,

Qalmayıb eşqə daha məndə inam.

Qapılmaram daha boş xülyalara,

Aldanıb onları gerçək də sanam.

Bir də dərd qoyma dərdimin üstə,

Nə bircə sözlə ötən dəmləri an.

Qayğıkeş dost! Nə gərəkdir xəstə,

İncisin, qəlbinə dolsun həyəcan.

Unut, unut ötən xəyalları, bil,

Yatıram, ah, nə şirindir uyumaq…

İndi qəlbimdə daha sevgi deyil,

Bir təlatüm oyadarsan ancaq.

1821

Uşaq kitabları oxumaq ancaq…

Osip MANDELŞTAM

Только детские книги читать…

 

Uşaq kitabları oxumaq ancaq,

Uşaq xəyalları süsləmək gərək.

Böyük olan nə var – uzağa qovmaq,

Dərin dərd içindən qalxmaq, dirilmək.

 

Məni usandırdı canımdan həyat,

Daha heç nəyini istəmirəm mən.

Kasıb torpağımı sevirəm fəqət,

Başqa torpaqları görmədiyimdən.

 

Mənəm uzaq bağda o uzaq çağlar,

Taxta yelləncəkdə yellənən oğlan.

Və tutqun küknarlar qalxıb ucalar,

Xumar yaddaşımın dumanlarından.