Архив тегов | Xalq Cəbhəsi

«CƏBHƏ»ÇİLƏR DƏ AZƏRBAYCANI «İMAM-ZAMAN»IN GƏLİŞİNƏ HAZIRLAYIRLAR?

Tale Bağırzadəni norveçlilərin “vicdan məhbusları” siyahısına dürtməklə Azərbaycan “demokratları” özlərini olub-qalanın hörmətdən və etibardan saldılar. İndi sağlam fikirli və əsil demokrat ruhlu və düşüncəli  insanlar, əlbəttə, belə “demokratlara” yaxın getməz, ancaq AXCP adından çıxış edən və islam faşizmiylə həmrəy olan məsuliyyətsiz şəxslər ümumilikdə demokratik hərəkata böyük ziyan vururlar. Və təəssüf ki, Tale Bağırzadənin öndə olan dəstəkçiləri və pərəstişkarları Qərb ölkəərində sığınacaq tapıb qərb benefitləti, qrantları ilə dolananlardır.

Hacı Bağırzadənin Azərbaycan üçün hansı gələcək arzuladığını və Nardanranda qərargah qurub fəal şəkildə hazırladığı gələcək barədə təsəvvür yaratmaq üçün onun çıxışlarından birinə baxmaq kifayətdir. Bir neçı sitat:

 

“And olsun Allaha, İmam-Zaman gəlsə, Bu gün Yəmən hazırdır ağanı qəbul eləməyə!”

“Bu gün İran İslam Respublikası Başda Rəhbərimiz ayatulla Xamanei olmaqla hazırdır ağanı qəbul eləməyə!”

“Bu gün Azərbaycanda o şəraiti yaratmışıq  ki, İmam-zaman təşrif gətirsin bura?”

“O şərait yaranmalıdır Azərbaycanda. O ruhiyyə yaranmalıdır ki, imam zaman təşrif gətirsin bura!”

“Şükür olsun ki, bu ruhiyyə bu kənddə var”.

“Bu ruhiyyə bu kəndlə məhdudlaşmamalıdır”

“2002-ci il deyil ki Nardaranda təkbaşına mübarizə aparsın”.

“Kəndlərimizdə çoxlu Hüseyn təfəkkürlü gənclərimiz var!”

“Ağanın gəlişinə hazırlaşmağın çoxdan vaxtıdır!”

AYAQYOLUNDA DƏLMƏ-DEŞİK AXTARAN JURNALİST

Deyəsən, Eynulla Fətullayevə vəd edilən bütün pulları inflyasiya nəzərə alınmaqla verilib. Bir həftəlik fasilədən sonra Eynulla Fətullayev yenə arvad-uşağa sataşmağa başlayıb. Dəlmə-deşikdən türmə ayaqyolularına gedən dustaq qadınlara dəlmə-deşikdən bağmağı sevən bu cənab indi də Xalq Cəbhəsindən olan Gözəl Bayramlıya həmlə edib, onu Müəmmər Qəddafiyə oxşadıb.

Əslində qadınların kişilərə ya kişilərin qadınlara oxşamağında təəccüblü ya ayıb bir şey yoxdur. Bacılar qardaşlarına oxşamırlarmı? Mən şəxsə Eynullanın şəklini görəndə onu çox qadınlara bənzədirəm. Xüsusən polis reydləri zamanı “massaj salonlarında” tutulan və televiziya ilə göstərilən arvadlara. Bzəzən o, xalqın sevimli çüğənnilərinə də bənzəyir. Yəni ki, kişinin arvada, arvadın kişiyə oxşamağı çox təbiidir. Yaxşı olardı ki, Eynulla əvvəlki yoluna qayıtsın, yəni yenə gedib ayaqyolularında dəlmə-deşik axtarsın…

AYGÜN 2

AYGÜN 1

 

ŞƏKİ CƏBHƏSİNDƏN XƏBƏR

Şəkidə polis ACCP-nin tədbirini dağıdıb. Tədbir iştirakçılarıyla pois idarəsində tərbiyəvi söhbət aparılıb. Şəkililərə izah olunub ki, prezident seçkilərində onlar kimi dalında durmalıdırlar. 

SABİRABADLILARIN TƏRİFİ

Sabirabad adıyla özü arasında ən çox uyğunsuzluq olan yerdir. “Sabirabad” deyiləndə kimin yadına Sabir düşür?  Bu yerin harası abaddır?

İndi bilmirəm, bir vaxtlar Sabiradad deyəndə qarpız yada düşürdü, soğan yada düşürdü, noxud yada düşürdü.

İndi böyük professor, böyük məmur və böyük cüvəllağı olmuş H.Z pedaqoji məktəbdə mənimlə paralel qrupda oxuyurdu və yoldaşlarının neçəsi sabirabdlıydı. Onlardan danışıb məzələnərdi: “Bilirsən sabirbadlılar pencəyə nə deyirlər? Qəssum! Sabirabadlılar muğama “segah” deyirlər. Xanəndəyə toyda belə sifariş verirllər: “Bir Çahargah təsnifi oxu, segahıyla!”

İndi eşidəndə ki, Sabarbadda Xalq Cəbhəsinin yığıncağıni polis dağıdıb, çox böyük fərəh hissi keçirirəm. Əlbəttə, polislərin hampazorluğuna görə yox. Məni sevindirən Sabirabadda Xalq Cəbhəsinin olmağıdır. Yəni bu hadisə o deməkdir ki, sabirabadlılar üçün qarpızdan, soğandan, noxuddan vacib şeylər var və İlham Əliyev ölkənin bütün polisini yığıb Sabirabada töksə, bunun əksini sübut edə bilməz…

 

20.04. 2013 Samara