Архив тегов | Xocalı qırğını

SƏBİNƏ VƏ XAÇATRYAN

xaçatryan 2

(kiçik vodevil)

BAKI. DTX TƏCRİDXANASINDA DƏBDƏBƏLİ APARTAMENT. OMBUDSMEN SƏBİNƏ LİYEVA DUSTAQ VAQİF XAÇATRYANA BAŞ ÇƏKİR

 S. Əliyeva:

Barev dzez, Vaqif qardaş. Necəsiniz? Şikayətiniz yoxdur ki?

Sizə dolma gətrmişəm. İsti-isti yeyin.Qatıq da təzədir.

V. Xaçatryan:

Mən erməni dolması istəyirəm. Musurman arvad dolma bişirə bilmir.

S. Əliyeva:

Vaqif qardaş, bunu erməni bişirib, Karine, mənim işçimdir. Özümüz də dolma istəyəndə ona bişirtdiririk.

V. Xaçatryan:

Mən rməni konyakı isstəmişdim, Azərbaycan konyakı gətirmisiniz. Mən onu içə bilmirəm.

S. Əliyeva:

Vaqif kirvə, konyak erməni konyakıdır, xəlvət Ermənistandan gətiizdirib kağızını dəyişirik. Ərim elə bundan içir, ayrı şey içmir.

V. Xaçatryan:

Ərin kimdir?

S.Əliyeva:

Ərim Siyavuş Novruzovdur,Azərbaycanda çox hörmətli bir insandır. Deputatdır. Tanımırsınız?

V. Xaçatryan:

Tanımıram. Gəlsun, tanış olaq.

S.Əliyeva:

Deyərəm gələr. Elə bu gün gələr.

V. Xaçatryan:

Özüylə şahmat götürsün. Mən şahmat oynamayanda darıxıram.

S. Əliyeva:

Vaqif qardaş, Siyavuş çox zehnli adamdır, başdan da yekədir, ancaq nədənsə şahmatı götürə bilmir. Qrossmeyster də tutdum, öyrədə bilmədi.

V. Xaçatryan:

 Nərdi bilir?

S. Əliyeva:

 Nərdi bilir. Hərdən ikimiz oturub oynayırıq. Yaxşı nərdlərimiz var. Biri qızıldandır. Götürüb gələr. Elə mən də gələrəm. Üç nəfər olanda oyun maraqlı keçir. Dolmanı soyutma. Mən gedim indi o bayraq tapdalayan uşaqlara da baş çəkim. Çatdıra bilmirəm. Deyirlər ki, niyə Qubada baş çəkmirsən? Mənim vaxtım var? Bu cür hörmətli dustaqları qoyub Qubadın yanına gedim? Qubad öz ölkəsndə, öz elində, öz doğmaca  türməsindədir. Qubadın nə şikayəti ola bilər?..

Mirzə ƏLİL

06. 09. 2023. Samara

ÜZR İSTƏYİRƏM, «OĞRAŞ» SÖZÜNÜ İŞLƏTMƏYƏ MƏCBURAM…

Məni oxuyan çox azdır, o az oxuculardan da çox üzr istəyirəm, çünki “oğraş” sözünü işlətməyə məcburam.

Bu şəkillərə baxın – hamısı Xocalıya aiddir, hamısına da “Trend” damğası vurulub, yəni Trend agentliyi Xocalı qurbanlarından, Xocalı faciəsindən reklam üçün istifadə edir, yəni meyitlərə reklam yapışdırır. Bunu edən insanlara “oğraş”dan başqa söz yaraşmır.

Bu oğraşlar özləri də başa düşürlər ki, oğraşlıq edirlər. İndi bu şəklə baxın:

ТРЕНД АЛИЕВЫ Burda da Xocalıya həsr olunmuş tədbirdir. Ancaq damğa yoxdur. Çünki Əliyevlərin şəkilləri var. Trenddən olan oğraşlar həm də qorxaq və yaltaq oğraşdırlar.

Иначе как «подонками» нельзя назвать тех, кто использует мемориальные места, которые должны быть священными для нации, как рекламный щит. Сами посмотрите.

Подонки из Тренда сами понимают, что они подонки и занимаются осквернением могил. Посмотрите на последнее фото. Тут тоже мероприятие, посвященное Ходжалы. Но нет рекламы Тренда. Потому что на сцене висят портреты Алиевых. Подонки из Тренда не просто подонки, но они еще услужливые подонки, трусливые подонки…

BAŞ NAZİR AİLƏ BAYRAMINI TƏXİRƏ SALIR

Xocalı ildönümüylə üst-üstə düşdüyünə görə, baş nazir Artur Rəsizadə doğum gününü fevralı 26-da yox, fevralın 30-da ya 31-də keçirir.