vodevil
— Yazdınız İsa Qəmbərin əmlakını?
— Yazdıx, zat-aliləri. Ancax siz deyən elə bir şey çıxmadı. Pul, qızıl tapmadıq. Hara baxırsan, kitafdı. Kitafların videosunu çəhdiy.
— Bəs kitabkları açıb baxmadız?
— Açmadıx, zat-alilıəri. Elə videolarını…
— Ə, nə video-video salmısan? Sən də mənimçin Rüstəm İbrahimbəyov olacaqsan? Hiçkok!
— Zat-aliləri, atama-anama söyməyə haqqınz var…
— Ə, Xiçkok söyüş deyil… Zalım balaları, bir bu kitabları vərəqləyəydiniz də. Şübhəsiz hamısının arasında pul, səhm var. Yəqin İsa Qəmbər o kitablardan seyf kimi istifadə eləyir.
— Zat-aliləri, biz polis tayfasının kitab vərəqləməklə arası yoxdur. Biz elə kitabın üzünə baxarıq, içinə girişmirik…
— Ə, bəs deməyiblər ki, kitab xəzinədir? Kim deyib bunu?
— Öndərimiz. Öndərdən başqa kimin ağzı nəədir söz deyə…
— Yaxşı, gedin Qəmbərin kitablarını vərəqləyin.
— Zat-aliləri, İsa Qəmbərin o qədər kitabı var ki, hamısını vərəqləməyə adamımız çatmaz…
— Götürün polisləri, pristavları Şəkidən, Beyləqandan, Naxçıvandan, Salyandan… Tökülüşüb vərərqləyin.
— Videosunu da çəkək?
— Yenə video? Tarantino!
— Zat-aliləri, nə qədər söysəniz, haqqınız var…