Üstündən qadağan götürüləndən sonra Zeynəb Xanlrova müğənilik fəaliyyətini əvvəlki qaydada davam etdirdi, bir fərqlə ki, o daha Ələkbər Tağıyevin mahnıların oxumurdu. Prokuror bəstəkarın mahnılarının indi yeni ifaçısı vardı: Nisə Qasımova. Nisəni, indi dəbdə olan ifadədən istifadə etsək, “kaslıblar üçün Zeynb Xanlarova” da adlandlrmq olardı, bu müğənnidə orijinal heç nə yox idi. O ki qaldı Zeynəbin özünə, məcburi fasilə dövründə onun səsi xarablaşmışdı. Əslində Zeynəb xanımın yaxşı səsi 60—cı illərdə olub, keyfiyyətli studiya yazıları da o dövrə aiddir, indi You Tube-a qoyulmuş yazıların əksəriyyətinə qulaq asmaq mümkün deyil – mahnılrın musiqi mterialı keyfiyyətsizdir, müğənninin səsi xarabdır və açıq-aşkar xaric oxuyur. Ancaq Heydər Əliyev tərəfindən bağışlanmış müğənni xanım səhnəyə ikiqat expresssiya ilə qayıtdı və bu expressiya bir tərəfdən musiqi ifaçılığını üstələyən, digər tərəfdən səsin keyfiyyətsizliyini ört-basdır etməyə çalışan aqressiyaya çevrilirdi. Səhnədə atılıb düşməklə, parlaq paltarlarla, mahnılar arasında vətənpərvər ritorika ilə səhnəydən tamaşaçılara müraciətlə Zeynəb Xanlarova xoşbəxt həyat və işıqlı perspektivlər illyziyası yaradırdı: səhnədəki belə karnavaldan sonra kim şübhə edərdi ki, ölkədə həyat pisdir?
Ələkbər Tağıyev 1981-ci ildə ölüb, 59 yaşında. Zeynəb xanımla bağlı kriminal əhvalat (şayiələrə görə) nə dərəcədə onun ölümünü yaxınlaşdırıb, demək çətindir. Yazırlar ki, 200-dən çox mahnısı var. Güman edirəm ki, bunlardan ən azı beşi yüksək keyfiyyətli musuqi əsəridir ki, bu özü peşəkar bəstəkarlar üçün də az deyil. Və bu mənada cənab Tağıyev öz xalqının minnətdarlığına layiqdir. Və Ələkbər Tağıyevin yaradıcılığın yaxşı dövrü əllinci illərin axırında və 60-cı illərdə olub – o vaxt Azərbaycanda hələ Əliyev və Əliyev antiestetikası hökmranlıq eləmirdi. İndi az adam fikirləşir ki, Əliyevə qədər Tofiq Quliyev olub, Rəşid Behbudov olub, Müslim Maqomayev olub, “Qaya” olub, Flora Kərimova olub, Əli Kərim olub, Hökumə Qurbanova olub, “Neftçi” SSRİ çempionatında bürünc medal alıb…
80-ci illərin əvvəllərində mənim elmi rəhbərim mərhum Xalıq Koroğlu Bakı alimlərinin süni şəkildə 12-ci əsi Azərbaycan ədəbiyyatını Avropa İntibahı fenomeninə bağlamaq cəhdlərinə gülərək deyirdi: şair hökmdara müraciət edərək deyir ki, mən sənin qapının itiyəm. Yaradıcı insanla hökmdar arasında bu cür kölə-ağa münasibəti halında hansı İntibahdan danışmq olar?
Eləcə də Zeynəb Xalarovanın özünü “kişi qızı” adlandırmağı gülməlidir. Səhnədə döşlərini ata-ata “Partiymın eşqilə sən, Güləcəksən hər bir zaman, Azərbaycan, Azərbaycn”, oxuyan adamın özünü “kişi qızı” adlandırmağa haqqı varmı? Ümumiyytələ, o dövrdə yaşamış və fəaliyyətini Əliyevin Moskvada şərəfləməsinə hərsr etmiş hansı sənətkar özünü “kişi oğlu” y “kişi qızı” adlandıra bilər? Onların hansının tarla gözətçisindən tutmuş raykom katibinə qədər bütün hakimiyyrət nümayəndələrinin tapdağı altında olan xalqdan xəbəri vardı?
Bəxriyar Vahabzadə (1980-cı il) deyirdi ki, Əliyevin azərbaycanlı qocaları Brejnevin qabağında oynatmağı onu dəhşətə gətirir. “Yaxşı, sizi yığıb gətiriblər Brejnevin pişvazına, boynunuza lent atıblar. Daha oynamaq niyə?”
Azərbaycanlıların qocalı-cavanlı rusların qabağında yallı getməyini Cəlil Məmmədquluzadə “Qurbanəli bəy” hekəyəsində yaxşı təsvir edib. Əliyevə təzə ssenari yazmaq lazım deyildi… ancaq qəribə burasıdır ki, deyilənlərə görə, Bəxtiyar Vahabzadə özü də qoca vaxtında oynayırmış. Əliyevin qabağında…