Архив | 06.05.2014

QAN QUSASINIZ!

Azərbaycanda türmə də fəhlə-kəndli balaları üçün məcburi olmalıdır. Yəni ki, gənclər məktəblərini qurtarandan, əsgərliklərini çəkəndə sonra (əsgərlikdə ölməsələr) beş-altı il türmədə yatmalıdırlar. İstintaqsız, məhkəməsiz. Türmə idaeərsi çağırış verir, sən də dəyişik paltar, diş fırçası götürüb gedirsən. Yoxsa bu tutmalar, narkotik atmalar, satmalar, üzə durmalar, məhkəmə şəbehləri, ürəkkeçmələr, infarktlar, insultlar nəyə lazımdır?

Azərbaycanda insanlara zülm çəkdirənlər! Qan qusasınız!

ŞƏRQİN DƏ UZAĞI DEMƏ OLURMUŞ…

HACININ XATİRƏSİNƏ

 

Şərqin də uzağı demə olurmış,

Təyyarə uçmadı sanki, süründü.

İyirni beş yaşda ruh yorularmış –

Söndün günəşlərin doğan yerində.

 

Dəbli geyinəndin…Geyindin orda,

Ordu çəkmələri, ordu papağı.

Amma yazırdın ki, səni sarsıdır,

Ürək qabalığı, dil qabalığı.

 

Yazırdın xəlvəti ağlamağından —

Ağlamaq kənardır nizamnamədən.

Göz yaşı ürəkdə nizam dağıdan,

Saxlayan dünyanın nizamını da.

 

Orda yaxın ölüm ərəfəsində,

Tapıb oxuduğun Dostoyevski,

Demişdi “qabıqdan özəyə qədər,

Göz yaşı isladıb Yer kürəsini”.

 

Sıxıldı gicgaha buz kimi lülə

Nə lülə isindi, nə qan soyudı.

Tale püşkü kimi atıldı güllə —

Dəli bir oyunun o gün sonuydu…

 

Hər insan ömrü hərb, hər an – təhlükə,

Yoxsa da ətrafda top-tüfəng səsi.

Gedir hər insanın içində bəlkə,

Amansız bir dünya müharibəsi.

 

Yenə də o yerdə günəşlər doğur,

Qurudur qanı da, göz yaşını da.

Doğum-ölüm sirri Tanrıda. Odur,

Xatirə silən də, iz yaşadan da.

 

04-05 may 2014 Samara