


Şəkillər 05.03. 2015-ci ildə Volqanın sağ sahilində çəkilib. Axşama yaxın…
SAMARADA MART SƏHƏRİ
Martın sonu. Həyatdan
Ötürdük bir qışı da.
Ancaq iz yox həyətdə,
Fəsil dəyişimindən.
Ağaclar donub qalıb,
Həyat əlaməti yox.
Ağardan budaqları
Qarmı belə ya qırov?
Səkilərin buzuna,
Külüng çalır dalandar.
Doğrudanmı yazdı bu,
Yoxsa təqvim aldadır?
Əllərimdə iynəsi –
Şaxta yenə qovğada.
Üfürürəm – nəfəsim,
Dumanlanır havada.
Qar yerişi ləngidir,
Gözdən getmir yuxu da.
Büdrəyirəm. Döngədə
Odur, kimsə yıxıldı.
Qucub çuqun qapağı,
İki pişik qızınır.
Sevgi çağı – yaz çağı,
Soyuqlarsa uzanır.
Qışsayağı hava sərt,
Bəli, bura şimaldır.
Burda qışdır həqiqət,
Burda yaz ehtimaldır…
21-29 mart 1993, Samara