Salyanlılar rayonun təzə başçısı Sevindik Hətəmovu böyük şadyanalıqla qarşılayıblar. Lüt deyilən yerdə toy-bayram olub, Salyan manısları neçə qarmon yırtıblar, neçə nağara partladıblar. Gənclər də Sevindik müəllimin qabağına duz-çörəklə, gül-çiçəklə, ağla, qarayla çıxıblar. Sevindik müəllim salyanlıların qabağında nitq söyləyib.
- Hörmətli salyanlalılar! Mən Salyanı cənnətə döndərməyi söz vermirəm!
Bunu eşidəndə salyanlılar ağlaşıblar.
Sevindik müəllim sözünə davam edib:
- Ancaq mən söz verirəm ki, Salyanı heç olmasa Laçına döndərim.
Bunu eşidəndə salyanlılar daha bərkdən ağlaşıblar, qarası çox düşənlər qəşş edib yıxılıblar. Sevindik müəllim elə bilib lki, salyanlılar sevindiklərindən ağlaşırlar. Minib maşına gedib öndərin abidəsini ziyarətə…
Yaşasın Sevindik müəllim!
Mirzə Əlil