ZAKİR HƏSƏNOVDAN KASIBLARA YASPAYI: ÜÇÜNCÜ DƏRƏCƏLİ MEDAL…

“Martın 25-də qoşunların təmas xəttində işğalçılarla döyüşdə Silahlı Qüvvələrimizin hərbi qulluqçusu kiçik çavuş Abbaszadə Elşad Raquf oğlu həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınları və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə kiçik çavuş E.Abbaszadə ölümündən sonra «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medalı ilə təltif edilib”.

Bu xəbəri yaxşı oxuyun: Elşad Abbaszadə həlak olub! Yəni həyatını itirib! Valideynlərinin ürəyinə dağ çəkilib, bundan sonra onların günü qara olacaq!

İndi “dərin hüznlə” başsağlığı verən Müdafiə Nazirliyinin verdiyi mükafata baxın: üçüncü dərəcəli medal!

Oğru məmurlara, «ailə» üzvlərinə gen-bol medal paylanır, layiq olmadıqları adlar verilir, iki eşşəyin arpasını bölə bilməyənlər akademik olurlar, həyatını vətən yolunda itirmiş əsgərə medal verirlər. Özü də üçüncü dərəcəli!

“Hərbi xidmətdə fərqənməyə görə!” A vəhşilər, ölmək fərqlənmək deməkdir? Sizi hansı ana doğub, hansı müəllim sizə dərs verib?

Ay vəhşilər, belə medal gərək əsgərlikdə burnu qanayana, zökəm olana,ayaqlarında göbələk yaranana verilə. Bu uşaq həyatını itirib! Doyunca yaşamağa macal tapmamış, doyunca sevinc tapmamış, valideynlərini sevindirməmiş!

Və necə yəni «xidmətdə fərqlənməyə görə»? Təlim vaxtı on güllədən doqquzunu hədəfə vuran fərqlənər. Bu uşaq ölüb! İndi Azərbaycanda ölümün adı «fərqlənmə» olub?

Kimin yolunda ölüb bu əsgər? Onun həyatını üçüncü dərəcəli medala bərabər tutan Zakir Həsənovun? 1992-ci ildə baş nazir müavini olanda Xocalını vermiş Artur Rəsizadənin? Bakı küçələrində bahalı maşınlarda fironluq edən nazir balalarının? Həyatı gecə klublarında və teleşoularda keçən pozğunların?

Əgər vətən, xalq yolunda ölübsə, niyə üçüncü dərəcəli medal?

Bu, kasıbın yaspayısıdır?

Zakir Həsənov! Səni Allahın qəzəbi tutsun!