Şəhid Rəşid Mehdiyevin Salyanın Xalac kəndindəki dəfnindən verilən məlumatda deyilirdi ki, “yas mərasimi 7 gün olacaq, xərcini də Salyan icra hakimiyyəti çəkəcək”.
İndi Salyanın Xalac kəndində yasdır. Sabah da yas olacaq. Birisi gün də. Adamlar nədən danışacaqlar?
Çexovun “Toska” hekayəsi var. Yəqin azərbaycanca adı “Qüssədir”. Yadımdan çıxıb. İonıç adlanan bir mujik qış aylarında şəhərə gəlib arabaçılıq edir. Müştəri qıtdır. Olan da kobuddur. Keflilər daldan İonıçı qapazlayırlar: “Tez sür”. Buna baxmayaraq İonıç sərnişinləriylə danışmaq istəyir. Bu yaxınlarda ölmüş yeganə oğlundan. Ancaq heç kim ona qulaq asmaq istəmir. Axşamlar İonıç karvansarada yatır. Əlli adam bir yerdə. Burda da İonıça qulaq asan yoxdur. Hamı yoruılub, yatmaq istəyir. Onda İonıç tövləyə gedir, atının boynunu qucaqlayıb onunla danışır:
“Так-то, брат кобылочка… Нету Кузьмы Ионыча… Приказал долго жить… Взял и помер зря… Тапер я, скажем, у тебя жеребеночек, и ты этому жеребеночку родная мать… И вдруг, скажем, этот самый жеребеночек приказал долго жить… Ведь жалко?”
“Belə-belə işlər, at qardaş…Kuzma İonnıç yoxdur…. Köçdü bu dünyadan… Durduğu yerdə öldü…heç nəyə…İndi deyək ki, sənin dayçan var, sən də bu dayçanın anasısan… Birdən də, deyək ki, bu dayça ölür… Ağırdır axı!”
İndi mən Rəşid Mehdiyevin atasını gözünmün qabağına gətirirəm. Başına yığılanlara nə deyir? “Strateji yüksəkliklərdən” danışır? Yəni doğrudanmı onun oğlu və neçə başqa igid oğul iki qarış yer