
Архив | Апрель 2016
AĞIRDIR AXI…
Şəhid Rəşid Mehdiyevin Salyanın Xalac kəndindəki dəfnindən verilən məlumatda deyilirdi ki, “yas mərasimi 7 gün olacaq, xərcini də Salyan icra hakimiyyəti çəkəcək”.
İndi Salyanın Xalac kəndində yasdır. Sabah da yas olacaq. Birisi gün də. Adamlar nədən danışacaqlar?
Çexovun “Toska” hekayəsi var. Yəqin azərbaycanca adı “Qüssədir”. Yadımdan çıxıb. İonıç adlanan bir mujik qış aylarında şəhərə gəlib arabaçılıq edir. Müştəri qıtdır. Olan da kobuddur. Keflilər daldan İonıçı qapazlayırlar: “Tez sür”. Buna baxmayaraq İonıç sərnişinləriylə danışmaq istəyir. Bu yaxınlarda ölmüş yeganə oğlundan. Ancaq heç kim ona qulaq asmaq istəmir. Axşamlar İonıç karvansarada yatır. Əlli adam bir yerdə. Burda da İonıça qulaq asan yoxdur. Hamı yoruılub, yatmaq istəyir. Onda İonıç tövləyə gedir, atının boynunu qucaqlayıb onunla danışır:
“Так-то, брат кобылочка… Нету Кузьмы Ионыча… Приказал долго жить… Взял и помер зря… Тапер я, скажем, у тебя жеребеночек, и ты этому жеребеночку родная мать… И вдруг, скажем, этот самый жеребеночек приказал долго жить… Ведь жалко?”
“Belə-belə işlər, at qardaş…Kuzma İonnıç yoxdur…. Köçdü bu dünyadan… Durduğu yerdə öldü…heç nəyə…İndi deyək ki, sənin dayçan var, sən də bu dayçanın anasısan… Birdən də, deyək ki, bu dayça ölür… Ağırdır axı!”
İndi mən Rəşid Mehdiyevin atasını gözünmün qabağına gətirirəm. Başına yığılanlara nə deyir? “Strateji yüksəkliklərdən” danışır? Yəni doğrudanmı onun oğlu və neçə başqa igid oğul iki qarış yer
АРХИВНАЯ СКАЗКА
Путин: Извини, Алина, у меня что-то не получается…
Кабаева: Ладно, Вова, не переживай. Ты, наверное, переутомился. Не надо было и архив на себя брать…
EŞŞƏYİN GETMƏKLİYİ VƏ QAYITMAQlIĞI
Deyilənlərə görə, Emin Millini Azərbaycanda “Eşşəklə müsahibə” adlı sartirik videoçarxa görə tutmuşdular. Bu satirik səhnəciyə indi də İnternetdə baxmaq olar. Baxmayan varsa, baxsın. Maraqlıdır, gülməlidir.
Əslində eşşəyə qarşı insanlar arasında neqatv münasibət, onun lənətli, başıqapazlı bir yaranışa çevrilməsi məni, düzü, pərt edir. Belə dözümlü, aztələbli, işlək heyvan adamlara nə pislik edib? Məsələ burasındadır ki, Quranda da eşşəyə qarşı təhqirli sözlər var ki, bu da məndə həmin surələrin Allah tərəfindən gəldiyinə ciddi şübhə yaradır: Alah öz yaratdığı heyvana necə təhqiranə baxa bilər?
Bu ayrı söhbətin mövzusudur. Qayıdaq eşşəyə. Daha doğrusu, Emin Miliyə. Yəni Emin Milli və onunlıa bu filmi yaradanlar demək istəidilər ki, bizə rəhbərlik edənlər eşşəklərdir…
İndi mən fikirləşirəm ki, yaxşı, deyək ki, bu rəhbərləri xalq tərpətdi. (Qeyri-elmi fantastika). Onların yerinə kimlər gələcək? Yenə eşşəklər?
İnternetdə şəhidlərin şəkillərini axtarıram, Meydan TV-nin öz səhifəsinə qoyduğu şəkillər çıxır. Şəhidlərin şəkilləri eybəcər hala salınıb, sinələri Meydan TV-nin reklamıyla bəzənib, boyunlarına yenə bu Meydanın xaçı vurulub. Eşşəklərdən ayıb olsa da, soruşuram: bu, eşşəklik deyilmi?
Mənim bir FB dostum, məndən fərqli, mədəni, təmkinli bir insan, yazıb Meydan TV-yə, ədəblə deyib ki, yaxşı deyil şəhidlərin şəkillərini bu cür bəzəmək. Cavab veriblər ki, biz bu şəkilləri dizayn edirik, montaj edirik, ona görə öz damğamızı basırıq…
Ay sizin lap… Ay sizi görüm el dizaynomontaj olasınız ki, heç ananız sizi tanımasın… Ay eşşəklər, şəhidin şəklinə nə dizayn, nə montaj… Bu şəkil sizin deyil, özünüz çəkməmisiniz, heç bir müəlliflik hüququnuz yoxdur. Lap olsaydı da. Şəhidin şəklini sizdən oğurlayacaqlar? Şəhdin şəklini götürən onu yaymaq üçün götürür. Niyə qoymursunuz yayalar? Yox, boynunuza alın ki, bu üçgünlük müharibə sizin üçün reklam kampaniyasıdır, boynunuza alın ki, siz çoxdan yalnız qrant, smeta, “layk” kateqoriyalarıyla düşünür və hərəkət edirsiniz…
İstəmədən mən də eşşəkləri incitdim… Yəqin vaxt gələcək ki, bu heyvanlara münasibət dəyişəcək. Ədəbsizlik edənlərə isə deyəcəklər: “Kəmalədin Heydərov kimi olma!” “Ramiz Mehdiyev kimi olma!” “Emin Milli kimi olma”…
06.05.2016
RAMİZ MEHDİYEVİN STRATEJİ YÜKSƏKLİKLƏRİ
Ramiz Mehdiyev deyib ki, “ordumuz vacib strateji yüksəklikləri nəzarət altına alıb” .
Aprelin 17-də Ramiz Mehdiyevin 78 yaşı tamam olacaq. Bu yaşda insanı babasil, adenoma, qəbizlik və bu cür başqa ciddi problemlər incidir. A kişi, sənin strateji yüksəkliklərlə nə işin var? Sənin yüksəkliyin alın təriylə qazandığın pullara tikdirdiyin binalardır. Sən onlara nəzarətdən danış. Yoxsa ki, nə bilim, ordu, strategiya… Bu gün bağırsağını boşalda bilmisənsə, bu sənin strategiyan, strateji qələbən…
Baxıram Ramiz Mehdiyevin bioqrafiyasına, görürəm ki, mən S.M. Kirov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət universitetində oxuyanda bu yoldaş orda elmi kommunizmdən dərs deyib. Əslində görüşə bilərmişik. Ancaq mənim müəllimim ayrı adam olub. Adı yadımda deyil. Onların hamısının adı batsın…
Mən diplom işimi Akademiyada işləyən bir makinaçıyaça çap etdirmişəm, əslində o qadın makinaçı deyildi, hansı institutdasa işləyirdi, makinaçılıqla əlavə pul qazanırdı – səhifəsi 1 manata. Diplom müdafiəsindən sonra isə elmi kommunuzmdən dövlət imtahanı olmalıydı. O makinaçı qız işimi çap edib mənə verəndə dedi: “Yazınızdan görürüəm ki, imtahanı özünüz verəcəksiniz. Yoldaşlarınıza deyin, kim qiymət almaq istəyirsə, mənimlə danəşsın”.
Söz verdim ki, deyərəm. Ancaq heç kimə demədim. Hamı adamını çoxdan tapmışdı. Deyirdilər ki, elmi kommunizmin qiyməti 400 manatdır…
İndi Ramiz Mehdiyev kimi belə elmi kommunizm müəllimləri ölkəni nəinki kommunizm kimi parlaq gələcəkdən, ümumiyyətlə hər cür gələcəkdən mərhum edirlər…
POLKOVNİK-LEYTENANT? BAŞA DÜŞMƏDİM…
Yenə dillə bağlı bir məsələ. Bəlkə də bunun Azərbaycan ordusunun döyüş hazırlığına və ruhuna heç dəxli yoxdur, ancaq başlardakı çaşqınlığı, şüurlardakı qarışıqlığı yaxşı göstərir.
Bizdə “podpolkovnik” sözünü “polkovnik-leytenant” sözüylə əvəz ediblər. İndi görək bu rütbə adı necə yaranıb.
“Polkovnik” – rus, slavyan sözüdür, polka (alaya) rəhbərlik edən zabitin rütbəsidir. “Podpolkovnik” polkovniklə mayor arasındakı rütbədir. “Pod” önlüyü polkovnikdən aşağılıq bildirir.
Amerikalılarda və britaniyalılarda bu rütbənin adı “lieutenant colonel»-dir. “Colonel” – polkovnikdir, “leytenenat” əlavəsi isə polkovnikdən aşağı, mayordan yuxarılıq mənasındadır. “Leytenant” sözünün özü fransız mənşəlidir.
Yəni Azərbaycanda (yəqin Cəbhə vaxtı) rütbə adının yarısını ruslardan, yarıısını amerikalılardan götürüb eybəcər bir söz yaradııblar.
Yenə deyirəm, bunun yəqin döyüş hazırlığının səviyyəsinə, ordu intizamına heç dəxli yoxdur. Ancaq bu, başlardakı dumanı, xaosu göstərir.
Bir çox insanlarda dili dəyişmək, onu türkləşdirmək, ruslaşdırmaq, ingilisləşdirmək istəyi qaşınmaq azarı kimi bir şeydir. Keçmişdə, dava-dərman olmayan vaxtlarda, belə insanların əllərin bağlayırmışlar ki, qaşına bilməsinlər….
06.04. 2015
AZƏRBAYCAN ORDUSU YA KƏNDLİ ORDUSU?
Azərbaycan əhalisinin tərkibi haqqında İnternetdəki son dolğun məlumat 2013-cü ilin iyul ayına aiddir. Beləliklə, bu məlumata inansaq, iki il yarım əvvəl Azərbaycanda şəhər əhalisi 53, 1%, kənd əhalisi 46, 9 % təşkil edib. Yəqin ki, ötən müddət ərzində bu nisbət çox dəyişməz, dəyişiklik də şəhər əhalisinin xeyrinə olar.
Göründüyü kimi, şəhər əhalisi kənd əhalisindən xeyli çoxdur. Orduya çağırış Konsitusiya norması olduğuna görə, suravi heyətdə də nisbət təxminən belə olmalıdır. Ancaq itkilərə baxsaq, görərik ki, cəbhədə ölənlərin az qala yüz faizi kənlilərdir.
Bu vəziyyət necə yaranıb? Bu vəziyyəti kim yaradıb? Mən mütəxəssis deyiləm, öz mülahizəmi deyirəm: belə vəziyyəti ancaq korrupsiya yarada bilər, başqa heç nə yox.
Müdafiə nazirindən çox yaxşı sözlər yazırlar. Ancaq Zakir Həsənovun vaxtında bu məsələdə heç nə dəyişməyib. Yenə səngərlərə kənd uşaqlarını yığırlar.
İndi müasir silahlardan istifadə, müsir döyüş taktikaları əsgərdən yüksək hazırlıq tələb edir, yüksək vətənpərvərlik, qeyrət kifayət deyil. Dövlət rəhbərliyi özü etiraf edir ki, kənd məktəblərinin məzunlarının mühüm hissəsinin bilik səviyyəsi aşağıdır. Onda bəs necə olur ki, məktəbi “üç”lə qurtarmış kənd uşaqlarının əlinə iki-üçü ay hazırlıqdan sonra müasir silah verib qoyurlar düşmənlə üz-üzə?
Hanı İnternetdə “bla-bla-bla” eləyən rusdilli zirək oğlanlar?
Əgər ordunun əsas komplektləşdirmə prinsipi korrupsiyadırsa, onun lap xırda qələbəsi çox böyük itkilər bahasına başa gələcək. Biz kənd uşaqlarının meyitlərini ayaq altına döşəıyib yüksəkliyi yalnız adında olan təpəyə dırmanırıq. Bu, düzdürmü?
Niyə şəhər uşaqları əsgərlikdən qaçırlar? Niyə pulu olan əsgərlikdən qaça bilr? Niyə nəinki ölkə, hətta rayon səviyyəsində rəhbərlərin uşaqları cəbhədə deyillər? Cəbhədə deyillərsə, bəs hardadırlar?
Yaxşı, ölkə uğrunda döyüşmək kəndli balalarının alnına yazılıbsa, niyə heç olmasa rayon mərkəzlərində Rusiyadakı kadet məktəbləri kimi hərbi məktəblər açılmır? Axı kənd uşaqlarının orduya hazırlıqlı gəlməsi onların ilk döyüşdəcə tələf olmaq ehtimalını azaldardı.
Mən istərdim ki, mənim həmvətənlərim Qarabağ ətrafındkı döyüşləri futbol oyunu kimi izləməsinlər. Uşaqlarımız qırılırlar…
Mən məktəbli olanda, bəlkə 11-12 yaşım olardı, Ukrayna yazıçısı Oles Qonçarın “İnsan və silah” romanını azərbaycanca oxumuşam. İlk döyüşdəcə öldürülmüş on səkkiz yaşlı əsgərin cəsədinə, yanına düşmüş əlinə baxan müəllif “bu əlin heç vaxt qadın sinəsinə dəymədiyini” düşünür… (mən yaddaşla yazıram).
Bax, belə.
Və fikirləşməyin ki, iqtisadiyyatda, maarifdə, səhiyyədə yarıtmayan rəhbərlik müdafiədə yarıda bilər.
Bilməz!
“Əli heç vaxt qadın sinəsinə dəyməmiş” qanına qəltan olan gənclərimizi düşünün!
05.04.2016
Samara
VETERANLARA HÖRMƏT EDİN! QAZİ-QAZİ DANIŞMAYIN!
İlk dəfə “veteran” sözünü “qazi” ilə əvəz etmiş insanın qol-qıçınl sındırmaq, dişlərini qarnına tökmək də azdır. Latın mənşəlibBu gözəl, samballı, beynəlxalq “veteran” sözü kimin gözünıə girirdi?
“Qazi” sözü Azərbaycan folkorunda həmişə neqativ məna daşıyıb. “Qazi” — lətifələrdə rüşvətxor, imanının pula satmış hakimdir.”Kişi ağzında qızıl kimi söz danışır, sən izə qaz kimi boğazını uzadırsan”, — bunu qazi deyirdi.
Özünü çəkən, dartan adamlara deyirdilər: “Qazi-qazi danışma!”
Üstəlik Üzeyir bəyin ölməz səhnəsi: «Gedin, gedin, qaziyə deyin, qoy kəbini kəssin».
Dili təmizləyirik? Onda gəlin “kitab”, “dəftər”, “məktəb” sözlərini dəyişək. “Dərd”, “dərman” sözlərini dəyişək.
Əgər dillərini təhrif olunmuş fransız, ərəb, ingilis sözləriylə “zənginləşdirmiş” türkləri təqlid etsək,özümüzü gülünc günü qoyarıq. Özümüz cəhənnəm, veteranları gülünc günə qoyarıq.
Veteranlara hörmət edin! Qazi-qazi danışmayın!
MÜDAFİƏ NAZİRLİYİNDƏN MƏLUMAT
Təəssüf ki, bəzi kütləvi informasiya vasitələri hərbi əməliyyatların gedişi barədə yoxlanılmamış, dəqiq olmayan məlumatlar yayırlar. Məsələn, dünən haqqin.yox saytı xəbər verirdi ki, Azərbaycan əsgərləri Xədicə İsmayılovanı və İlqar Məmmədovu azad ediblər. Bu gün müdafiə nazirliyi bəyanatla çıxış edib bu xəbərin səhih olmadığını bildirmişdir.
GƏLİRİK, SEYSULAN! FƏHLƏ YIĞIRIQ»!
