Архив | 13.10.2016

BOB DİLAN. ƏGƏR ÖZ KEFİNƏ İT DOLAŞIRSA…

BOB DİLAN

ƏGƏR ÖZ KEFİNƏ İT DOLAŞIRSA

 

                                                    If Dogs Run Free
Əgər öz kefinə it dolaşırsa,

Biz niyə gəzməyək  düzdə, yoxuşda.

Simfoniya dinir indi hardasa,

İki qatır, qatar, bir də yağışdır.

Belə eşitmişəm başqalarından:

Hələ qabaqdadır yaxşı nə varsa.

İşini yaxşı gör – bil ki, başdasan,

Əgər öz kefinə it dolaşırsa.
Əgər öz kefinə it dolaşırsa,
Zaman girdabından keçə bilərdim.

İndi simfoniya xəyalım yazar,

Xalça da toxuyar qafiyələrdən.

Küləklər sözümü çatdırar sənə,

Hərənin dünyada var öz yazısı.

Sabah nə olacaq – bilmirik heç nə,

Əgər öz kefinə it dolaşırsa.

 

 

Əgərt öz kefinə it dolaşırsa,

Olmalı olanlar olacaq yəqin

Ot dönər ülgücə, sevgi doğrusa,

İndi qalx ayağa, düzəlt qəddini

Ki, kosmik dənizlər ruhuna girə,

Göz-könül tox olar, sevgi olarsa,

Qəlbə əlac gələr, qəlb bütövlənər,

Əgər öz kefinə it dolaşırsa…

 

İngiliscədən tərcümə

13.10.16

Samara

İOSİF BRODSKİ. ZƏVVARLAR

  İOSİF BRODSKİ

         ZƏVVARLAR

 

                                      «For then my thoughts — from far where I abide –

                                        Intend a zealous pilgrimage to thee…

  1.                                                                                    SHAKESPEAR, SONNET 27[i]

 

 

Meydanların, pirlərin,

Barların, məbədlərin

Möhtəşəm məzarların,

Cəlallı bazarların,

Türmənin, məhkəmənin,

Romanın və Məkkənin,

Keçib gedər yanından,
Zəvvarlar dayanmadan.

Qozbeldirlər ya çolaq,

Yarıac, yarıçılpaq.

Gözlərində gün gedir,

Qəlblərində səhərdir.

Şəfəq yanar, oxuyar,

Arxalarınca səhra.

Ulduzlarsa əriyir,

Quşlar qıy vurub deyir:

Ki, dünya həminki tək,

Qalıb dəyişməyəcək.

Qarlı, göz qamaşdıran,

İncə, ağlı çaşdıran.

Yalandır yenə vədi,

Yenə də o, əbədi.

Bəlkə də anlanandır,

Sonu ancaq gümandır.

Yəni əbəsdir inam.

Özünə, Tanrıya həm,

Nədir onda bu dünya?

Bir yol, bir də ki, xülya.[1]

Yer üzünü durmadan,

Yenə bəzər qürub, dan.

Əsgər Yeri gübrələr,

Şair onu vəsf elər.

 

1958

Ruscadan tərcümə

13.10.2016

Samara

 

 

 

[1]

[i] İ.Brodski bu şerinə Şeksprin 27-ci sonetindən bir beyti S. Marşakın tərcüməsində epiqraf verib.Beytin sətri tərcüməsi: “Sən məndən nə qədər uzaq olsan da, mən sənə doğru zəvvar yolu gedirəm”.