Архив | 26.10.2016

NİNA İSKRENKO. BİOQRAFİK SKETÇ-2

NİNA İSKRENKO

    BİOQRAFİK SKETÇ-2

           Первый муж был алкоголик

          а последний сутенер

 

İlk ərim alkoqolikdi,

Sonuncuysa sutenyor

Aradasa elə dəhşət

Yada salmaq ağırdı

 

Doğma anaydı ər mənə
Sonra doğma dədəydi
Geyinib gəldim yanna,

Yanında da çarpayı.

 

Xarakiri etdi mənə

Xaçapuri və pirke

Getdi daban əlli altı

Yasa batdım mən yenə

 

Başı batmış günü qara,

Bütün şənbə ağladım

Təzə işə düzəlməyə
Sonra yazdım ərizə

 

Nə olubsa yazdım yəni

Hər iş gəlir əlimdən

Yazdım

Yapışdırdım alnıma

 

İlk ərim nəzəriyyəçi,

Qurumsaqdı sonuncu.

Neynim ki mən insanları

Heyran edə bilirəm

 

Ruscadan tərcümə

26.10.2016

Samara