NİNA İSKRENKO
(1951-1995)
QƏBİRİSTAN
1
Тоже женщина Тоже мужчина
ДОРОГОМУ ОТЦУ
Hər biri kişiydi ya da qadındı
ƏZİZ ATAMA
Olub hər birinin şəxsi həyatı
İndi bir bədəndə hamısı yatır
Hər üçündən biri xristiandı.
Hər beşindən biri uşaq ya qarı,
On səkkizdən biri yazan, alovlu
Xilaskar hardasa yaxında olub,
Hardasa rəndəsi, şaqulu qalır
Tutub dilimizlə, dodağımızla,
Kilsə zənglərini ehtiyatla biz,
Dincliyi möhlətlə alırıq, kağız
Torpada aparıb gedirik elə
Ehmalca sinəyə sıxır, ölümü,
Qəbul eləyirik narkotik kimi
Günortadan sonra saat ikidə
Sütunlu tağ üstdə dolaşıb qalan
Payız yarpağını görəndə
Nəsə Gözə dəydi və Sancdı nəsə
Indicə sel gedəcək
Daşların bozaran yazılarında
Nə qəliz səsləşmə, nə bir hədə var,
Yalnız şikəstlik tək can üzən faktlar
Hər biri kişiydi ya da qadındı
Ruscadan tərcümə
25.10.2016
Samara