Архив | 02.11.2016

BORİS RIJİY. İLİYƏ VURUR KÜLƏK…

  • BORİS RIJİY

                (8.11.1974 – 7.05.2001)

 

                       Похоронная музыка
                       на холодном ветру…
İliyə vurur külək,

Dinir matəm havası.

Çiynimə qonur mələk:

Gələr mənim də yasım.

 

Təbillər, nəfəslilər,

Xatırladır son günü,

Yaşamaq həvəslilər

Fikirli, pərt görünür.

 

Şofer öz aləmində,
Tələsir qəbirqüazan

Bəlkə elə məni də,

Məni də aparasız.

 

Böyrü mavi zolaqlı,

Bu sarı avtobusda,

Aparıb tıxayarlar,

Deşiyə qlobusda.

 

Ruscadan tərcümə

 

02.11.16

Samara