ALEKSANDR BLOK
О, я хочу безумно жить,
Все сущее – увековечить…
Ah, necə yaşamaq istəyirəm mən:
Ötəri hər şeyi — əbədi etmək,
Canlatmaq — həyata keçməyənləri,
Simasız nə varsa – bəşərilətmək.
Ağır yuxusuyla boğsa da həyat,
Nəfəsdən düşsəm də indi nə qədər,
Məni yada salıb bəlkə də bir vaxt,
Qəlbi sevic dolu gənc belə söylər:
Ona hüznlüyü tutmayaq irad,
Bəlkə bu, ilhamın mənbəyi idi?
Xeyirdən, işıqdan yaranmış övlad,
O həm azadlığın təntənəsiydi.
5 fevral 1914
Ruscadan tərcümə
26-27.01. 2017, Samara