
İmişlinin başçısı Vilyam Hacıyevə İlham Əliyev “Vətənə xidmətə görə” ordeni verib. Və əlbəttə, ordenə layiq görülən xidmət fövqəladə olmalıdır. Cəbhədə canlarını qurban verən sütül fəhlə-kəndli balalarına ölümlərindən sonra ancaq medal verilir, medalın da üçüncü dərəcəlisi…
Bu Vilyam hansı xidmət göstərib?
Vilyam Xanlardandır. Valideynləri də yəqin Vilyam adını ermənilərə sevgi əlaməti kimi qoyublar, ya elə atasının Vilyam adında yaxın dostu olub. Sözümüz o deyil. Yəni bu Vilyam Xanlardandır. Xanlarda böyümüş bir adamın İmişli kimi od tutub yanan yerdə yaşamağı bəlkə fövqəladə xidmət sayılır?
Mənim İmişliyə gedib yerli camaatdan Vilyam kirvə haqqında soruşmağa imkanım olmadığıma görə İnternetdə onun haqqında yazılanlara baxdım. Bu yazılanların içində biri xüsusi seçilir:
«Vilyam Hacıyev İmişlinin keçmiş icra başçısına rəhmət oxutdurur…»
İndi fikirləşirəm ki, yəqin prezident ordeni Vilyam kjirvəyə ordeni elə buna görə verib. Özündən qabaqkına rəhmət oxutdurmaq da şücaətdir. Böyük şücaətdir!
Vilyam kirvənin qalan şücaətlərinə baxın:
“VİLYAM HACIYEV OĞLU İLƏ BACARA BİLMİR”.
“Vilyam Hacıyev haqda şok faktlar açıqlandı”.
“İmişli icra başçısı Vilyam Hacıyev barədə daha bir biyabırçı xəbər …”
“Vilyam Hacıyev sahibkarı necə müflis etdi?”
“İmişli icra başçısı Vilyam Hacıyevin mülkləri”.
“Vilyam Hacıyev sahibkarın “anasını ağladıb”
“Vilyam Hacıyev yeganə oğlunu şəhid verən ailəyə zülm edir …”
“VİLYAM HACIYEV SALEH SƏMƏDOVU NƏDƏN “KÜNCƏ QOYDU” …
“İcra başçısı Vilyam Hacıyev 30 min dollarlıq telefon işlədir?”
“Vilyam Hacıyev iş adamlarının başına hansı oyunu açır?” —
“İmişlinin icra başçısı «Bandotdel»ə çağrılıb”.
İndi şəklinə də baxın Vilyam kirvənin: görün nə boyda bayraqdır! Bu boyda bayrağın kölgəsində adam heç İmişli kimi yerdə də bürkü-zad bilməz…
Gəlin biz də İmişlinin Vilyam kirvədən qabaqkı başçlısına rəhmət oxuyaq. Bəlkə heç ölməyib. Ancaq ayatulla Zülmdari deyir ki, rəhmət ölüyə də halaldır, diriyə də…
Mirzə ƏLİL