QƏDİM İNGİLİS DASTANI “BEOVULF”UN AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏSİ HAQQINDA

İLHAM TAHİROV
 filologiya elmləri doktoru, professor, Dilçilik İnstitutunun Hind-Avropa dilləri şöbəsinin müdiri
 
Abstract
The article deals with the first poetic translation into Azerbaijani of the Anglo-Saxon epic poem «Beowulf», written in Old English. The language of the poem «Beowulf» is a unique phenomenon, the main feature of which is alliteration. Alliteration is the repetition of identical or homogeneous consonants in a poetic text, giving it a special expressiveness. The distinctive nature of the alliteration in Beowulf made it difficult to translate into other languages. Since the phonetic-rhythmic picture of «Beowulf» is built on stress, it is necessary to pay attention to the syllabic stress in root morphemes. The syllables of Old English root morphemes had different stresses, and the quantitative expression of the stress was determined by the grammatical category of the word. In poetic translations of «Beowulf» into many languages, with the exception of the rhythmic structure of the language and alliteration, which has a semantic function, specific vocabulary, lexical syntactic structure, and expressive syntactic means are conveyed with high artistry. The translation of the epic into Azerbaijani can be considered an examlpe of poetic translation, allowed by the Azerbaijani phonetic-rhythmic structure. Keeping the adequate line number of the original, and finding the correct verse meter, the translator has also succeeded — with the help of means that can be considered successful — in transferring the phonetic-rhythmic structure of the epic, written in tonic meter, its lexical, syntactic, and stylistic features into the target language.
 
 
İLHAM TAHİROV
 
QƏDİM İNLİS DASTANI “BEOVULF”UN AZƏRBAYCAN DİLİNƏ
TƏRCÜMƏSİ HAQQINDA
 
XÜLASƏ
 
Məqalədə qədim ingilis dilində yazıya alınmış anqlosakson epik poeması “Beovulf”un Azər-
baycan dilinə edilmiş ilk poetik tərcüməsindən bəhs olunur. “Beovulf” poemasının dili unikal hadisə
olub, başlıca xüsusiyyəti alliterasiyadır. Alliterasiya poetik mətndə eyni və ya eynicinsli samitlərin
təkrarlanması ilə ona xüsusi ifadəliliyin verilməsidir. “Beovulf” poemasında alliterasiya fərqli xüsu
siyyət daşıdığına görə, o, başqa bir dilə tərcümə edilməsi çətin olan poeziya nümunəsi hesab edilir.
“Beovulf”un fonetik-ritmik mənzərəsi vurğuya əsaslandığından kök morfemlərdə heca vur-
ğusuna da diqqət edilməlidir. Qədim ingilis kök morfemlərinin hecaları müxtəlif dərəcədə vurğu da
şımış və vurğunun kəmiyyəti sözün qrammatik kateqoriyası ilə əyyənləşmişdir.
“Beovulf”un bir çox dillərə poetik tərcümələrində, dilin ritmik strukturu və semantik funksiya
daşıyan alliterasiya istisna olmaqla, spesifik lüğət tərkibi, leksik-sintaktik strukturla əlaqəli məsələlər,
ekspressiv sintaktik vasitələr yüksək bədiiliklə tərcümə olunmuşdur. Eposun Azərbaycan dilinə tər-
cüməsi dilimizin fonetik-ritmik quruluşunun imkan verdiyi poetik tərcümə nümunəsinə aid edilə bilər.
Tərcüməçi tonik vəzndəyazıya alınmış poemanın fonetik-ritmik strukturunu, onun leksik, sintaktik,
üslubi xüsusiyyətlərini uğurlu sayıla bilən üsul və vasitələrlə tərcümə dilində verməyə nail olmuşdur.
O, originalın adekvat misra sayını saxlaya bilmiş, tərcümənin düzgün vəzn ölçüsünü tapmağa nail
olmuşdur.

 
Təbiətdəki canlı varlıqlar arasında yaratmaq istedad və qabiliyyəti yalnız və
yalnız bəşər övladına – insana lütf edilmişdir. İnsanın yaratmaq istedadının bəhrəsi
kimi ortaya çıxan maddi və mənəvi mədəniyyət abidələrinə tamaşa edib heyran ol
maq, onlara lazımı dəyər vermək yenə bəşər övladına – audio-vizual tamaşaçıinsana
aiddir. Dünyada insan yaradıcılığının intəhasız ənginliklərini təcəssüm etdirərək tə
xəyyül və təsəvvürümüzü ehtizaza gətirən, həyəcanlandıran, milyonlarla seyrçi və
tamaşaçının baxış və nəzərlərini üzərinə çəkən xeyli sayda abidələrlə(məsələn, Mi-
sirdə Sfinksə, Braziliyada İsa Məsihə, Monqolustanda Çingizxana, Çində Buddaya
qoyulmuş heykəl kompleksləri, Amerikada Azadlıq heykəli və s.) yanaşı, insanların
kollektiv düşüncəsinin məhsulu kimi ortaya çıxan, zaman və məkan məhdudluğu ta
nımayan xalq dühasının möhtəşəm və əzəmətli ifadəsinin bəhrəsi olan qədim hind
“Mahabharata” və “Ramayana” eposları, qədim yunan “İliada” və “Odisseya” poe-
maları, qədim Mesopotamiyanın “Gilqamış” epik poeması, qədim türk “Alpamış”,
türkAzərbaycan “Kitabi-Dədəm Qorqud” eposları və yüzlərlə belə möhtəşəm söz
abidələri dəvardır. Bu sadalanan və sadalanmayan söz abidələri xalqların yaradıcı
mənəvi qüvvəsinin təkrarsız, silinməz izləri, təcəssümü kimi bütün dünyada tanınır.
 
Belə möhtəşəm abidələr arasında qədim ingilis-anqlo-sakson epik poeması “Beo
vulf” da vardır.
“Beovulf”un mətnini 1815-ci ildə island Qrimur Conson Torkelin (Grímur Jóns
son Thorkelin) nəşr etdirmişdir. İndiyə qədər “Beovulf” iyirmi dəfədən çox tam şə
kildə nəşr edilmişdir. Müxtəlif mənbələrdə“Beovulf” poemasının üç yüzdən çox tər-
cümə və adaptasiya variantları haqqında məlumat verilir. Poemanın müasir ingilis
dilinə 46 filoloji (hərfi) və poetik tərcüməsi mövcuddur. Ənənəvi və elektron elmi
ədəbiyyatda “Beovulf” poemasının tam və ya ayrıayrı hissələr şəklində alman (10
dəfə), dat (Danimarka), fransız (3 dəfə), italyan (3 dəfə), afrikaans, alban, ərəb, bask,
Belarus, katalan, Çin, çex, holland, eston, qanda, yunan, qucarat, macar, island, ya
pon, Koreya, latış, makedon, fars, portuqal, polyak, pəncab, rus, serb-xorvat, sloven,
Somali, ispan, İsveç, tamil, türk, uyğur, urdu kimi bir çox dillərə tərcümə edildiyi ba-
rədə məlumatlar vardır.
Təqdirəlayiq hal və fakt ondan ibarətdir ki, hazırda qədim ingilis “Beovulf” epik
poemasının tərcümə olunduğu dillərin siyahısına Azərbaycan dili də daxil oldu. Bu
möhtəşəm poemanı qədim ingilis dilindən tərcüməedərək Azərbaycan oxucusunun
ixtiyarına verən Xeyrulla Xəyaldır. Həmin möhtəşəm poemanın tərcümə olunduğu
dünya dilləri siyahısına Azərbaycan dilini daxil edən görkəmli ziyalı Xeyrulla Xə
yaldır. Xeyrulla Xəyal qürbətdə yaşasa da, “Azərbaycan dili fəzasını əsl vətən” sayır,
vətən sevgisi, yurd təəssübkeşliyi nümunəsi sərgiləyir: “ … adətən tərcümələri “özüm
üçün” edirəm, … Rusiyada yaşadığım qırx ilə yaxın vaxt ərzindəAzərbaycan dilinin
fəzası mənim üçün əsl Vətən olub. Bu tərcümə də, gördüyüm başqa işlər kimi,
Vətənə ödənilən borc kimidir” [Xeyrulla Xəyal: 2021, s. 14]. Şəxsi tanışlığımız yox
dur. Tərcümələri ilə görkəmli Azərbaycan dilçisi, prof. Həbib Zərbəliyevin “Facebo-
ok”dakı sosial şəbəkə hesabı vasitəsilə tanış olmuşdum. U.Şekspirin sonetlərindən
etdiyi tərcümələri xüsusilə diqqətimi çəkmişdi.
Qədim ingilis “Beovulf”unun Azərbaycan dilinə tərcüməsini də mənə prof.
Həbib Zərbəliyev vermişdir. Kitab “Elm və təhsil” nəşriyyatında 2021-ci ildə nəşr
edilmişdir. 144 səhifə həcmindəolan bu kitabın redaktoru və ön sözün müəllifi də
prof. Həbib Zərbəliyevdir [Beovulf: 2021].
Xeyrulla Xəyalın tərcüməsi “Beovulf”un Azərbaycan dilinə edilmiş ilk tərcümə
sidir. “Beovulf”u müxtəlif dillərə tərcümə etmiş tərcüməçilər və mütəxəssislər onun
poetik xüsusiyyətlərinin tərcümə vasitəsilə adekvat verilməsinin çox böyük və ciddi
çətinliklər yaratdığını təkrar-təkrar qeyd etmişlər [Magennis: 2011; http: //www. ku-
lichki.com/tolkien/cabinet/lection/beowulf_comment.shtml#16, Смирницкая: 1982].
Tərcüməyəön söz yazmış prof. Həbib Zərbəliyev “Beovulf” kimi eposu Azərbaycan
dilinəçevirməyin çətinlikləri barədəyazır: “Qafiyəsiz şeirlə yazılmış bu dastanı
Azərbaycan dilinəçevirmək istəyən tərcüməçi, zənnimizcə, bir sıra çətinliklərlə
üzləşməli olur. Bu, ilk növbədə misraların sayını saxlamağa imkan verə bilən düzgün
vəznin seçilməsidir. Dastanda Azərbaycan sözlərinin fonem strukturuna uyğun
olmayan bir sıra şəxs adları və coğrafi adları bu ölçüyə sığdırmaq da onun tər-
 
cüməsini çətinləşdirən amillərdəndir. Bundan başqa, əsərin orijinal xüsusiyyətlərini
saxlamaq üçün mətndə tez-tez istifadə olunan alliterasiya, assonans kimi üslubi vasi
tələrin nəzərəalınması tərcüməçidən böyük ustalıq tələb edir” [Zərbəliyev: 2021,
s.5].
Tərcüməçi özü “Beovulf”un Azərbaycan dilinə tərcüməsini, epos haqqında yaz
mış ingilisdilli mütəxəssislərin etirafını dilə gətirərək, əvvəlcə “ciddi texniki sınaq”
adlandırsa da, sonradan bunun heç də sadəcə “sınaq” olmadığını, belə tərcümənin
birbaşa “məşəqqət”li bir iş olduğunu dübarə etiraf edir: “…“Beovulf” haqqında yaz
mış ingilislər özləri etiraf edirlər ki, eposun tərcüməsi hətta qədim dildən müasir
ingilis dilinə ciddi texniki sınaqdır. …hər fraqmentdə çoxsaylı hadisələr silsilə kimi,
həm dəyığcam vasitələrləverilir, üstəlik, əlavə xətlər, haşiyələr də az deyildir. Onla
rı adekvat, həm də misraların ümumi sayını artırmadan çevirmək bəzən məşəqqətə
çevrilir” [Xeyrulla Xəyal: 2021, s.10-11].
Bir tərcüməçi kimi Xeyrulla Xəyalın üzərinə götürdüyü işin çətinlik dərəcəsini
anlamaq üçün, ilk növbədə, eposun poetik xüsusiyyətləri barədə bəzi məlumatları
oxucuya çatdırmaq gərəkdir.
Əvvəla, qədim ingilis və ya anqlo-sakson poeziyasının ən geniş yayılmış nümu
nəsi kimi tanınan “Beovulf”u müasir ingilislərin, mütəxəssislər istisna olmaqla, heç
biri yazıya alındığı qədim ingilis dilində bircə səhifə belə oxuya bilmir və ya oxu-
mağı bacarmır. Səbəb uzaq, qaranlıq əsrlərdəyaranmış qədim ingilis şifahi xalq yara
dıcılığı sənətinin tarixin müxtəlif mərhələlərində baş vermiş hadisələr sayəsində, de-
mək olar ki, yox olmasıdır. “Beovulf” kimi anqlosakson poemasını müasir ingilis di
linin daşıyıcılarının və həmin mədəniyyətin birbaşa varislari sayılan müasir ingilis və
Amerika oxucularının tərcüməçinin köməyi olmadan oxuya bilməməsinin əsas səbə
bi ingilis dilinin əsrlərlə keçdiyi inkişaf prosesində qeyri-adi təkamülüdür.
Qədim ingilis poetik yaradıcılığının zirvəsi sayılan “Beovulf” epik poemasını
mütəxəssislər erkən orta əsrlər Qərbi Avropa ədəbiyyarında unikal hadisə kimi də
yərləndirirlər. Belə poetik dilin özü də unikal hadisə kimi qiymətləndirilə bilər. O,
ümumgerman alliterativ şeiri və kökləri etibarilə hind-Avropa ulu dilinə söykənən
ümumgerman poetik leksikası əsasında yaranmışdır. “Beovulf” eposunda poetik mət-
nin unikallığı “öz” və “özgə”nin ahəngində, Bibliya motivlərinə german obrazlarının
daxil edilməsində, o cümlədən xristian dünyagörüşünün qədim süjetlərə gətirilmə
sində təzahür edir.,“Beovulf” eposunun tərcüməsindəəsas problem orijinal mətnin
böyüklüyü, əzəməti, əsasən, qədim ingilis dilinin və bu dildə yazıya alınmış allitera
tiv şeirin melodik və ritmik strukturu iləbağlıdır.
Mütəxəssislərin ümumi qənaətinə görə, “Beovulf”un başlıca poetik xüsusiyyəti
alliterasiyadır. Azərbaycan dilçiliyində ümumiləşdirilmiş linqvistik qənaətə əsasən,
alliterasiya “ifadəni təşkil edən sözlərin əvvəlindəki, yaxud ortasındakı samit səslərin
ya da səs qruplarının eyni və ya yaxın olması” [Adilov: 1989, s.14] hesab olunur.
“Alliterasiya qonşu sözlərin biri-birini izləməsində nitq səsinin təkrarlanmasıdır.
Ümumiyyətlə, bu termin yalnız samitlərə və bir dəsözü və ya sözdəki vurğulu hecanı
 
başlayan emfatik təkrarlanan səsə şamil olunur” [Abrams: 2012].
Alliterasiya qonşu sözlərin bir-birini izləməsində nitq səsinin təkrarı olsa da, bu
termin müasir Azərbaycan linqvistik ənənəsindəyalnız samit səslərə, germanşünas
lıqda isə samit səslərdən başqa, həm də “sözü və ya sözdəki vurğulu hecanı başlayan
emfatik təkrarlanan səsə” də şamil edilir. Bununla yanaşı, nəzərəalmaq lazımdır ki,
“Beovulf” eposunun yazıldığı qədim ingilis alliterativ şeirində alliterasiya bir qədər
fərqli xüsusiyyət daşıyır və özünəməxsusluğuna görə başqa bir dilə tərcümə edilməsi
çətin olan poeziya nümunəsidir. Alliterativ poeziya ciddi şəkildəəyyənləşmiş
strukturu ilə seçilir. Belə poeziya tonik (vurğulu və vurğusuz hecaların növbələnməsi
əsasında qurulmuş) sistemə malik elə şeir sənətidir ki, misrada vurğusuz hecaların
sayı dəyişə bilsə də, müəyyən sayda vurğulu hecanın təkrarlanması mütləqdir. Hər
bir misrada yeri də dəyişkən olan fonetik tonun zirvəsi (yüksəlmə) və enməsi
(zəifləmə) vardır. Bunun nəticəsindəpoemanın yekcins olmayan ritmik mənzərəsi
üzəçıxır [Смирницкая: 1982, s.186].
“Beovulf”un fonetik-ritmik mənzərəsi vurğuya əsaslandığından poetik mətnin
meydana çıxmasını anlamaq üçün kök morfemlərdəheca vurğusuna da diqqət edil-
məlidir. Qədim ingilis kök morfemlərinin hecaları müxtəlif dərəcədə vurğu daşımış
vəvurğunun kəmiyyəti sözün qrammatik kateqoriyası ilə əyyənləşmişdir. Ayrı
ayrı qrammatik söz kateqoriyalarının poetik mətndədaşıdığı vurğunu dərəcələrəböl
sək, aşağıdakı mənzərəalınar: 1) ən vurğulular: isimlər, sifətlər, feili sifətlər, məs-
dərlər; 2) az vurğulular:şəxsli (təsriflənən) feillər, zərflərin çoxu; 3) daha az vurğu
lular: əvəzliklər, bəzi zərflər; 4) ən az vurğulular:sözönülər, bağlayıcılar, to be fei-
linin formaları vəs.
Poemanın ritmik strukturu və alliterasiya ilə bağlı aşağıdakı nümunələrə diqqət
yetirək:
monegum maegthum // meodosetla ofteah (BEOWULF:, m*. 5) (*m=misra)
 
beaga bryttan // on bearm scipes,
mærne be mæste // þær wæs madma fela (BEOWULF:m. 35-36)
 
Fyrst forð gewat // flota wæs on ӯðum,
Bāt under beorge. // Beornas gearwe (BEOWULF: m. 210-211)
 
Grendel gongan// godes yrre bær;
mynte se manscaða// manna cynnes (BEOWULF: m. 711-712)
 
Göstərilən nümunələrdə ritmik struktur baxımından vurğunun zirvəsi monegum,
maegthum, meodosetla, ofteah, fyrst, forð, flota, yðum, bat, beorge, beornas, gearwe
vəs. kök morfemlərin üzərinə düşərək, sezura (//) iləayrılmış iki yarımmisranın bir
misra təşkil etməsi ilə nəticələnir. Hər bir yarımmisrada iki ayaq (stress, foot), bütöv
lükdə bir misrada dörd ayaqəyyənləşir və bunun nəticəsində mətnin ritmik struk-
 
turu, yəni “sürətlənmənin və ləngimənin, gərginləşmənin və zəifləşmənin, uzunluğun
vəqısalığın, oxşarlığın vəmüxtəlifliyin nitqdə bir bərabərdəəvəzlənməsi” [Axun-
dov: 2012 , s. 264] ortaya çıxır.
“Beovulf”un alliterativ vəznində alliterasiya şeir misrasının əsas təşkiledici va
sitəsi kimi çıxış edir. Burada şeir qafiyəsizdir, hər misra fasiləiləiki güclü vurğusu
olan iki yarımmisraya bölünür; birinci yarımmisranın iki vurğulu hecasının ən azı bi
ri, adətən, ikisi də ikinci yarımmisranın birinci vurğulu hecası ilə alliterasiya təşkil
edir (yuxarıdakı misallarda alliterasiyalı hecalar qalın şriftləverilmişdir).
Beləliklə, qədim ingilis alliterativ poeziyasının əsasında dayanan alliterasiya, ge-
niş mənada, həmahəng, bir-biri ilə səsləşən samitlərin və samit birləşmələrin təkrarı
kimi qəbul edilir. Belə şeir nümunəsində saitlər də istənilən başqa saitlərlə allitera
siya təşkil edir. Qədim ingilis poetik ənənəsindən çıxış edərək qeyd etmək olar ki, al-
literativ vəzndə yaradılmış “Beovulf” poemasında sadəcə səs uyğunluğu deyil, həm
də mənaya görə həmahənglik vardır, yəni misralarda söz köklərindəki ilkin samitlər
təkrarlanmalıdır. Başqa sözlə desək, “Beovulf” epik poemasında alliterasiya əsas
mənalı sözləri (hətta sözlərin köklərini də) funksional nitq hissələrinəaid sözlərlə,
kök morfemlərlə qarşıqarşıya qoymaqla semantik funksiya daşımışdır. Qədim ingilis
təsəvvüründəsözlərin kökləri arasında belə fonetik əlaqə, ilkin şəkildə olmasa belə,
danışan və dinləyənlərin qavramasında kontekstə əsaslanmaqla onların, yəni sözlərin
köklərinin mənalarının da sıx əlaqəli olduğunu göstərir.
Bu qısa izahat, fikrimizcə, “Beovulf” poemasının başqa dillərə tərcüməsində nə
dərəcədə çətinliyə səbəb ola biləcəyini əyani göstərir. Bu izahat həm dəonu göstərir
ki, qədim ingilis alliterativ poeziya nümunəsini özünə xas xüsusiyyətlərinə görə
nəinki başqa dillərə, hətta müasir ingilis dilinin özünə belə, uyğunlaşdırmaq çox
çətindir. Şerin eyni zamanda həm ritmik strukturunu və semantik funksiya daşıyan
alliterasiyanı poetik üsul və vasitələrdə birləşdirərək başqa dillərə, o cümlədən Azər-
baycan dilinə olduğu kimi çevirmək, demək, olar ki, qeyri-mümkündür. “Azərbaycan
dilində nə qədər ki, müasir vurğu sistemi var, həmin dildə vurğulu və vurğusuz heca
ların növbələnməsinəəsaslanan tonik vəzndə şeir yazmaq olmaz. Çünki bir qayda
olaraq, Azərbaycan dilində fonetik vurğu həmişə sözün son hecasına düşür” [Axun-
dov: 2012 , s. 231]. Bu səbəbdən eposun başqa dillərə çevrilməsində daha çox filolo
ji tərcüməyə üstünlük verilmişdir. Bununla belə, “Beovulf”un bir çox dillərə poetik
tərmələrində qədim ingilis dilinin ritmik strukturu və semantik funksiya daşıyan
alliterasiya istisna olmaqla, spesifik lüğət tərkibi, leksik-sintaktik struktur və ekspres-
siv sintaktik vasitələr yüksək bədiiliklə reallaşdırılmışdır.
Təqdirəlayiq haldır ki, eposun Azərbaycan dilinə tərcüməsi də dilimizin fonetik
ritmik quruluşunun imkan verdiyi poetik tərcümə nümunəsinə aiddir. Bu nümunədə
tərcüməçi tonik vəzndəyazıya alınmış poemanın orijinal mətninin fonetik-ritmik
strukturunu, leksik, sintaktik, üslubi xüsusiyyətlərini bir çox baxımdan uğurlu sayıla
bilən üsul və vasitələrlə tərcümə dilində verməyə nail olmuşdur.
Poemanın Azərbaycan dilinə çevrilməsində 3182 misradan ibarət orijinal poetik
 
mətnin adekvat misra sayını saxlamaq üçün düzgün tərcümə qəlibinin və ya vəzn
ölçüsünün tapılması əsas uğurlardan biri sayılmalıdır. İlk baxışdan poetexniki məsələ
olsa da, tərcüməçi dastanın Azərbaycan dilinə çevrilməsində düzgün qəlib tapmağa
nail olmuşdur. Xeyrulla Xəyal özü bu barədə beləyazır: “Orijinal mətnin misralarına
saitlərin sayı baxımından bizim onbirhecalı şeir uyğun gəlir. …6+5 bölgülü onbir
hecalı şeir …bizdə yeganəklassik ölçüdür, çünki müxtəlif sayda hecalardan ibarət iki
hissənin (6+5) üzvi birləşməsi vahid ritm yaradır, bu, kərpiclərin sadəcə yan-yana, ya
üstüstə düzülməsi deyil, əsl arxitekturadır” [Xeyrulla Xəyal: 2021, s. 12]. Göründü
yü kimi, tərcüməçinin fikrincə, poemanın Azərbaycan dilinə ən münasib tərcümə
qəlibi onbirhecalı şeir formasıdır. Bu, təsadüfi deyildir. Onbirhecalı vəzn təkcəAzər-
baycan şeirində deyil, bütün türk xalqlarının poeziyasında geniş istifadə olunan ən
qədim vəznlərdən hesab olunur. Həmin vəznin Azərbaycan poeziyasında istifadə
edilmiş 4+4+3 və 6+5 olmaqla iki növ bölgüsündən ikincisi, yəni 6+5 bölgüsü “Beo
vulf” poemasının, vurğusuz hecaların sayı dəyişə də, dörd vurğulu hecanın təkrarlan-
ması mütləq olan bütöv misrasının bölündüyü iki yarımmisrasına arxitektonika cə
hətdən əsasən uyğun gəlir.
 
oðþæt him æghwylc // þara ymbsittendra
ofer hronrade // hyran scolde,
gomban gyldan. // þæt wæs god cyning! (BEOWULF: m. 9-11)
 
Uzaqdan balina // yolu aşaraq,
Tayfalar gəldilər // boyun əyməyə
Təzimlə, töhfəylə.// Nəcib kraldı. (Beovulf: 2021, m. 9-11)
 
Dastanın ümumi misra sayının saxlanması ilə paralel olaraq, hər bir misrada, elə
cə dəbir neçə misra vasitəsiləçoxsaylı hadisələrin təqdim olunduğu fraqmentlərdə
verilmiş informasiyanın əslinəuyğun saxlanması da qeyd edilməlidir. Şübhəsiz, poe-
manın orijinal mətninin yüksək bədii xüsusiyyətlərindən biri onun alliterativ nəzmlə
yazıya alınmasıdır. Bu xüsusiyyət, yuxarıda qeyd edildiyi kimi, qədim ingilis dilinin
fonetik-ritmik strukturu iləbağlı məsələolduğundan tərcümədəsaxlanması mümkün
olmur. “Beovulf” poemasının orijinal mətni məhz bu cəhətdən tərcümələrdəçox şeyi
itirmiş olur. Tərcümənin belə mühüm poetik xüsusiyyətinə xələl gəlməməsi üçün
kompensasiyaedici addım atılmalıdır. Tərcüməçi bu barədəyazır: “Eposun tər-
cüməsində qismən bu itkiyə əvəz kimi tərcümə mətni ciddi poetik ölçüyə salınır. Nə
ticədəisəyaranmış ritm qavrayışı asan olmayan vəoxucudan hazırlıq tələb edən
mətnin oxunuşunu yüngülləşdırir, onun estetik məziyyətini artırır” [Xeyrulla Xəyal:
2021, s.11]. Tərcümə mətninin məhz belə ciddi poetik ölçüyə salınmasının nəticəsi
olaraq orijinal mətnin alliterativliyini tərcümənin bir çox fraqmentlərində görmək
olur. Nümunələrə diqqət edək:
 
 
 
Buzu qığılcım tək işaran gəmi
Dayanıb dənizin dayaz yerində. (Beovulf: 2021, m. 32-33)
 
O, sözü qüdrətli, sözünə sahib,
Sözünüpozmadı, ziyafət qurub,
Xəzinə xərclədi, üzük payladı. (Beovulf: 2021, m. 76-78)
 
Hələlik kükrərdi kin küləkləri,
Kürəkənqayınata ədavətinin (Beovulf: 2021, m. 81-82)
 
Əyriburun gəmi iki gün idi
Durmadan gedirdi, göyərtəsindən
Gördülərtorpağı gəmidəkilər, (Beovulf: 2021,m. 219-221)
 
Durub dəbilqəli sarayda ciddi,
Beovulf danışdı – döymə dəmirdən
Zirehli paltarı parıldaylrdı. (Beovulf: 2021,m. 404-406)
 
Qalxanla qalxanda yağı üstünə. (Beovulf: 2021, m. 1034)
 
Qabil qardaşını qılıncla qətlə,
Yetirəndən bəri; ləkəli gəzdi, (Beovulf: 2021, m. 1264-1265)
 
Şübhsiz, tərcümədəki alliterativlik orijinal mətndəki ilə eyni olmasa da, tərcü
məçi orijinal mətnin Azərbaycan dilinin fonetik-ritmik qayda-qanunları ilə bir araya
sığmayan, uyğun gəlməyən qədim alliterasiya funksiyasını saxlaya bilməsə də, bu it-
kini qismən alliterasiya, assonans və oxşar poetik üsul və vasitələrlə kompensasiya
etməyəçalışmışdır.
Qafiyəsiz alliterativ vəzndəyazılmış “Beovulf” poeması Azərbaycan dilinə qa-
fiyəsiz şeirlə də tərcümə edilmişdir. Bununla yanaşı, tərcümə mətnində qafiyədən is-
tifadəedildiyi hallar da vardır:
 
Nə saray aqili, nəşanlı əsgər,
Bilər bu yük hansı sahiləyetər.
 
Səsi müğəninin gah ucalırdı,
Uzaq zamanlardan söhbət açırdı.
Dedi “Qadir necəyaratdı Yeri,
Necə düzənlərdən sular axıtdı.
Möhtəşəm günəşi, ayı yaratdı
 
 
Sonra hökm sürdü Beo Skilding
Sevimli kralı xalqın, atası,
Dünyanı tərk edib gedən zamandan.
Şanlı idarəsi uzandı onun,
Varis oğlu Halfden doğulanacan.
 
Başını götürüb qaçanda ancaq,
Əlinin birini itirdi qoçaq.
 
Sonra da boynunu qucaqlayaraq,
Nəcib sərkərdəsi Skildinqlərin,
Öpdü gözlərindən yaş axıdaraq.
 
Orijinal mətnin özündə də bu tip qafiyələrə rast gəlinsə də, onların sayı çox məh-
duddur. Belə qafiyələrdən ya təsadüfən, ya da xüsusi bir təsir, effekt yaratmaq üçün
istifadə edilir və ənənəvi qafiyədən daha çox “samit” qafiyəsi (məsələn, und |and) ki-
mi çıxış edir. Məsələn:
 
on stefn stigon // streamas wundon,
sundwið sande // secgas bæron (BEOWULF: m. 212b, 213a)
 
“Beovulf” poeması özünün ritmiksintaktik xüsusiyyətləri ilə də diqqəti cəlb
edir. Poemanın mətnində tez-tez sintaktik və ritmik fasilə üstüstə düşmür, ifadə olu-
nan fikir misrada tamamlanmır və növbəti misraya köçürülür. Bunun nəticəsində
poemanın mətni rəvanlıq, axarlıq qazanır və prozaik keyfiyyət kəsb edir. “Beo
vulf”un tərcüməsində qədim ingilis poeiziyasının bu xarakterik xüsusiyyəti nəzərə
alınmışdır. H.Zərbəliyevin qeyd etdiyi kimi, “Nitqin persepsiyası üçün onun düzgün
sintaqmatik üzvlənməsi mühümdür. Əks halda nitq ya yanlış başa düşülür, ya da
ümumiyyətlə başa düşülmür. Şifahi nitqdə dilin daşıyıcısı bunu mexaniki şəkildə
edir. Yazılı nitqdə də bu, təbii şəkildəreallaşır. Lakin cümlənin sintaqmatik üzvlən-
məsinin düzgün müəyyənləşdirilməsindədurğu işarələri də böyük rol oynayır” [Zər-
bəliyev: 2021, s.7]. Nəzərəalmaq lazımdır ki, poemanın orijinal mətni misra vəya
rımmisralarda sözlər arasında sintaktik əlaqələrin vəzn ölçüsü ilə uyarlığı baxımın
dan sintaqmatik üzvlənməni müəyyənləşdirməkdəoxucuya yardım edə biləcək bir
parametrə malik deyildir.
Tərcüməçi həmin sintaqmatik üzvlənməni sintaqmın bir hissəsini bir misrada,
davamını isə növbəti misrada verməklə özünəməxsus şəkildəaparır, tərcümə mətninə
rəvanlıq, axarlıq qazandıraraq, təhkiyənin prozaik keyfiyyət kəsb etməsinə nail olur
və nəticədəpoemanın orijinal mətninəsadiq qaldığını nümayiş etdirir. Bunu, məsə
lən, aşağıdakı nümunələrdə də görmək olar:
 
 
 
 
Vəyolu göstərib dəyərli igid
Atı döndərərək dedi bunları:
“Daha getməliyəm, ulu Tanrının
Rəhmi üstünüzdən əskik olmasın
Yürüşlərinizdə; indi dənizə
Qayıdıb keşikdə durmalıyam mən”. (Beovulf: 2021, m. 314-320)
Sonra məğrur əsgər qəhrəmanlara
Dedi: Yaraqlanıb siz bura hardan
Gəldiniz geyinib polad köynəyi,
Bu qədər ox-yayla. Mən Hrotqarın
Carçı zabitiyəm. Başqa ölkədən
Görməmişəm belə cəsur igidlər. (Beovulf: 2021, m.332-337)
 
“Beovulf” fonetik-ritmik, sintaktik cəhətləri ilə bərabər, leksik xüsusiyyətləri ilə
də diqqəti cəlb edən epik poemadır. Poemanın orijinal mətninin dili, epik dünya haq
qında yüksək poetik üslubda məlumat verən dildir. Poetizmlər arasında leksik sino
nimlər, qədim ingilis ənənəvi sözyaratma modellərinəuyğun mürəkkəb sözlər və
kenninq adlanan xüsusi metaforik parafrazlar xüsuusi qeyd oluna bilər. Bütün bunlar
epik dünyanın dəniz, gəmi, döyüş, başçı, rəhbər kimi əsas anlayışlarının nominasiya
sına xidmət edir. Məsələn, poemada Danların yaşlı kralı Hrotqar üçün wine Scyl-
dinga (148), Deniga frean (271), helm Scyldinga (371), eodor Scyldinga (428), fre-
owine folca (430) goldwine gumena (1171), snottra fengel (1475), þeoden Scyldinga
(1675), leod Scyldinga (1653) və s. sinonim sözlər işlədilir. Tərcüməçi belə leksik
zənginliyi tərcümə mətnində saxlamağa nail olmuş, Hrotqar üçün Skildinq lordu,
Deniqa dostu, şanlı başçı, üzük paylayan, xəzinə paylayan, Skildinqlərin arxası və s.
sinonim sözlərdən, dənizüçün balina yolu, sona yolu, dalğa yolu, gəmiüçün dalğa
yaran, əyriburun və s. metaforik atributiv birləşmələrdən istifadəetmişdir.
 
Aramsız fəlakət düz on iki qış
Sürdü, nəcib dostu Skildinglərin
Dil deyə bilməyən dərdlərə dözdü. (Beovulf: 2021,m. 148-150)
 
Hüznlüydü Dostu Skildinqlərin
Qəlbi sınıq idi, tez-tez oturar,
Şura çağırardı, plan qurardı. (Beovulf: 2021, m. 171-173).
 
Vendelin başçısı Vulfqar danışdı,
Tanışdı çoxuna igidliyi, həm
Hərbi səriştəsi: “Skildinq lordu
Deniqa dostundan, şanlı başçıdan
Üzük paylayandan soruşam gərək, (Beovulf: 2021, m. 348-352)
 
 
 
Uzaqdan balina yolu aşaraq, (Beovulf: 2021, m. 9)
Bu dalğa yaranla sona yoluyla
Bəlaya uğramış, yardıma möhtac,
Tayfa başçısına köməyəvarsın. (Beovulf: 2021, m. 200-202)
 
Poemanın dilinin leksik-semantik xüsusiyyətlərindən biri də istifadə edilmiş po-
etik antroponim və toponimlərlə bağlıdır. Tərcüməni çətinləşdirən əsas cəhətlərdən
biri də onların tərkib etibarilə müxtəlifkomponentli olmasıdır. Azərbaycan dilində
sözlərin fonetik təşkili qaydalarına uyğun olmayan Valhteov, Vulfqar, Hardred, Eqq-
teov, Ekqvela, Eormenrik, Folkvalda, Dəqhrefn, Eadqils, Viqmundinq və s. xüsusi
adların poetik tərcümədə verilməsindəəsas çətinlik beləadların əslini saxlamaqla
yanaşı, yaratdığı tələffüz mürəkkəbliyini poetik mətnin münasib tərcümə qəlibinə və
fonetik-ritmik strukturuna xələl gətirməyən ölçüyə sığdırmaqdır “Beovulf”un Azər-
baycan dilinə tərcüməsində bu məsələnin həllini də uğurlu saymaq olar.
“Beovulf”un əlimizdəki tərcüməsini dəyərləndirməbaxımından bir məqamı da
diqqət mərkəzindəsaxlamalıyıq. Bu poema, yuxarıda qeyd edildiyi kimi, indiyə qə
dər bir çox dillərə tərcüməedilmişdir. Müxtəlif dillərə tərcümələrin orijinal mətnə
nasibətini ortaya çıxarmaq üçün poemanın tərcümə üsullarının öyrənilməsi zəru
ridir. Həmin zərurət poetik və ya bədii tərcümənin bir sıra diqqətcəkən cəhətlərini,
məsələn, orijinal mətnin tərcümə dilinin mədəniyyəti ilə əlaqələnməsi, tərcümə dili-
nin ədəbi-poetik sisteminə nə dərəcədə “oturması”, tərcüməçinin orijinal mətnin
“yadlığını” nəzərə çatdırmaq və ya onu özünün mənsub olduğu mədəniyyətəyaxın
laşdırmaq cəhdi kimi məsələlərin üzə çıxarılmasına da yardım edir. “Beovulf”un ori
jinalı aid olduğu mədəniyyətin əsas əlamətlərini özündə daşıdığı kimi, tərcümə mətni
də çevrildiyi hədəf dilin mədəniyyət elementlərini özünə daxil edə bilər. Tərcümədə
belə hallara da rast gəlmək olar.
Şübhəsiz, hər bir tərcümədə olduğu kimi, “Beovulf”un tərcüməsində də əy-
yən çatışmazlıqlar vardır. Onları aradan qaldırmağa yardım edə biləcək, tərcümənin
gələcək nəşrlərini təkmilləşdirməyə xidmət edəcək təkliflər də vermək olar. Bu ta-
mam başqa məsələdir. Əsas olan odur ki, dünyanın məşhur dastanlarından biri Azər-
baycan dilinə çevrilmişdir və həm də ilk dəfə. Tərcüməçinin ön sözdə yazdığı son
qeydlər ilə desək, bu tərcümə möhtəşəm ingilis eposunu Azərbaycan dilində səs-
ləndirməyə ilk cəhddir. Latın dilindən məşhur bir qanadlı ifadəni (Feci quod potui,
faciant meliora potentes) oxuculara xatırladan tərcüməçi ifadənin birinci hissəsini di-
limizə tərcüməedərək mesajını verir: “Mən bacardığımı etdim…”. Belə bir möhtə
şəm əsəri Azərbaycan dilinə çevirdiyi müddəti nəzərə alıb tərcüməçiyə müraciətən
səslənirik: Fieri non potest facere meliorem in tam brevi tempore= Beləqısa müd
dətdə daha yaxşısını etmək mümkün deyil.
 
 
 
ƏDƏBİYYAT
 
1.Adilov M.I. Verdiyeva, Z.N. Ağayeva F.M. İzahlı dilçilik terminləri. Bakı:
Maarif, 1989.
2.Axundov A. Şeir sənəti vədil // Axundov A. Seçilmiş əsərləri. I cild. Bakı:
Elm və təhsil, 2012, s. 227-357.
3. Beovulf. Anqlo-sakson epik poeması. Qədim ingilis dilindən tərcümə. Bakı:
“Elm və təhsil” , 2021, 144 s.
4. Xeyrulla Xəyal. Oxşarlığı görək, ancaq nədə və necə fərqləndiyimiz barədə
düşünək // Beovulf. Anqlo-sakson epik poeması. Qədim ingilis dilindən tərmə. Ba-
kı: “Elm və təhsil” , 2021, s. 9-14.
5. Zərbəliyev H. “Beovulf” Azərbaycan dilində (Ön söz əvəzi) // Beovulf. An-
qlo-sakson epik poeması. Qədim ingilis dilindən tərcümə. Bakı: “Elm və təhsil”,
2021, s. 4-8.
6. Abrams, M. H. & Geoffrey G. Harpham. A Glossary of Literary Terms, 10th
edn. Boston, Mass.: Wadsworth Cengage Learning, 2012 // https://www.uni-bam-
berg.de/fileadmin/eng-ling/fs/Chapter_14/Index.html?OldEnglish AlliterativeVerse.
html
7. BEOWULF. Diacritically-marked text and facing translation. // https ://heo-
rot.dk/beowulf-rede-text.html?fbclid=IwAR3BHX
8.Magennis, H. Translating “Beowulf”: Modern Versions in English Verse.
Boydell & Brewer, 2011.
9.Tolkien. J.R.R. On translatıng beowulf / О переводе «Беовульфа»./ Коммен
тарии (М.АртамоноваС.Лихачева)
Смирницкая О.А. Поэтическое искусство англосаксов // Древнеанглийская поэ
зия. М.: Наука, 1982, c. 171-233.
Ilham TAHIROV
ON THE TRANSLATION OF ANCİENT EPİC POEM “BEOWULF”
INTO THE AZERBAIJANI LANGUAGE
SUMMARY
 
The article deals with the first poetic translation into Azerbaijani of the Anglo-Saxon epic poem
«Beowulf», written in Old English. The language of the poem «Beowulf» is a unique phenomenon, the
main feature of which is alliteration. Alliteration is the repetition of identical or homogeneous conso
nants in a poetic text, giving it a special expressiveness. The distinctive nature of the alliteration in

 

Beowulf made it difficult to translate into other languages.
Since the phonetic-rhythmic picture of «Beowulf» is built on stress, it is necessary to pay at-
tention to the syllabic stress in root morphemes. The syllables of Old English root morphemes had
different stresses, and the quantitative expression of the stress was determined by the grammatical
category of the word.