)
(fraqment)
1 İşgəncə yeriylə şəhər divarı,
Arasında xəlvət cığırla Ustad
Gedir, arxasınca məni aparır.
+
4 “Ali qüvvə! Məni keçirən bu bəd
Çevrələrdən,- dedim, — istədiyi tək,
Cavab ver, arzuma həm də əməl et.
+
7 İndi yatanlaırı olarmı görmək,
Bu məqbərələrdə? Bütün qapaqlar,
Artıq qaldırılıb, qorunmur da bərk”.
+
10
Və o mənə: “ Bunlar qapanacaqlar,
Əvvəki bədənlə İosafatdan,
Haçan ki, buraya qayıdacaqlar.
+
13 Ruhu da bədən tək öləri sayan,
Epikur və onun kimilərinə,
Ayrılıbdır burda bu qəbiristan.
+
16 Ancaq bu sual ki, verirsən mənə,
Razı salınarsan cavabıyla sən,
Həm də gizli qalan arzun öədnər”.
+
19 Və mən: “Nəcib ağa, sənə nəyisə,
Demirəm ki, artıq danışmayım mən.
Özünüz etmisiz mənə tövsiyə”.
+
22 “Toskanlı! Diri od şəhəriylə sən,
Gedirsən, sözündə təvazö də var
Bir az yavaş yri bu yerdə lütfən.
+
25 Danışmaq üslubun özü anladar,
Bu nəcib vətəndə doğlumusan sən
Məni indiyəcən yəqin ki, qınar.
+
28 Bu səs eşidildi gözlənilmədən
Məzarın birindən; qorxaraq,
Daha yaxın getdim Rəhbərimə mən
+
31 O mənə: “ Nə oldu sənə? Ora bax,
Farinata qalxır, özün görərsən,
Necə durur orda döş qabardaraq”….
italyancadan tərcümə
Aprel 2023 Samara
CANTO 10
Ora sen va per un secreto calle,
tra ’l muro de la terra e li martìri,
lo mio maestro, e io dopo le spalle. Читать далее