SONSUZLUQ

20230721_135628

Hospisdə ya da bir xəstəxanada

Bu iş baş verməsə, öz yatağımda,
Ya gün batan vaxtı, ya sübh çağında,
Bu fani dünyaya söyləsəm vida,

 +

Onda, təəssüf ki, yaranar hökmən,

Xoşa gəlməyən bir sitüasiya.

Ən azı dörd-beş gün keçər, həftə ya,
Qonşular düşərlər təşvişə birdən.

 +

Özləri qapımı baltalayarlar,

Ya da zəng vurarlar Fövqəladəyə.

Polis də, əlbəttə, iy bilib gələr…
Morqun maşını da qapını alar.

 +

Ayda, ay yarımda kim ki, zəng elər,

Onlara bir ilə yetişər xəbər,

İsanı təqlidən yaxınım deyər:

“Öləni ölülər dəfn eləsinlər”.

 +

Dost-qohum yaxşıdır, öğul-qız amma,

Bəlkə tez yetişər Fövqəladədən.

Dünyada ən rəzil oğulsam da mən,
Hər gün zəng vururdum ancaq anama,..

 

03.09. 2023, Samara