ROBERT BERNS. “ AH, ÇIXA BİLSƏYDİM PARNASA ƏGƏR…”

Robert Burns

                  1.

Ah, çıxa biilsəydim Parnasa əgər,
Helikon suyundan doyunca içər,

Şairlik taparaq ilhama gələr,
Deyərdim ki, səni çox sevirəm mən.

İlham pəriməsə Nitz suyu gərək,

Mənə ilham pərim hamıdan göyçək,

Korsinkona baxıb and da içərək,
Deyərəm ki, səni çox sevirəm mən.

                          2.

İlham ver nəğməmə, gözəl Pəri, gəl,

Yoxsa keçər uzun yay günü hədər,

Nə yaza bilərəm, nə dilim deyər:

Əzizim, bil, səni çox sevirəm mən.

Görürəm çəməndə rəqs eləyirsən,

Don yaraşıqlıdır, təmizdir bədən

Şıltaq gözlərinin vurğunuyam mən,
Bu Yer və Göy haqqı, sevirəm səni.

                   3.

Gecə də, gündüz də, çöldə, evdə həm,
Tək sənin fikrinlə alışır sinəm.

Sənin adınladır hər təzə nəğməm,
Məni yaşadan da məhəbbətindir.

Hərçənd taleyimdir gəzəm sərsəri,

Dolaşam günəşdən qaçaq yerləri.

Yetincə ömrün son dəqiqələri,

Deyərəm, əzizim, sevirəm səni.

1788

ingiliscədən tərcümə

28-29.05. 2024, Samara

++++++++++++++

ROBERT BURNS

O, Were I On Parnassus Hill

 1.
O, were I on Parnassus hill,
Or had o’ Helicon my fill,
That I might catch poetic skill
To sing how dear I love thee!
But Nith maun be my Muses’ well,
My Muse maun be my bonie sel’,
On Corsincon I’ll glowr and spell,
And write how dear I love thee.


2.
Then come, sweet Muse, inspire my lay!
For a’ the lee-lang simmer’s day
I couldna sing, I couldna say
How much, how dear I love thee.
I see thee dancing o’er the green,
Thy waist sae jimp, thy limbs sae clean,
Thy tempting lips, thy roguish een —
By Heaven and Earth I love thee!
3.
By night, by day, a-field, at hame,
The thoughts o’ thee my breast inflame,
And ay I muse and sing thy name —
I only live to love thee.
Tho’ I were doom’d to wander on,
Beyond the sea, beyond the sun,
Till my last weary sand was run,
Till then — and then — I’d love thee!