Mən bazarda qarpız alveri edən,
Azərbaycanlının xətrinə, bilin –
Bu pis, bu yaxşıdır söhbətini mən,
eləyə bilməzdim onunla – yəqin
Ona məlum idi zövqüm, həvəsim,
Hansı dad mənə xoş, şirinlik hansı.
Hər il payız fəsli gələndə isə,
Ev üçün seçirdi mənə qarpızı..
Seçirdi həmişə o, ustalıqla,
Qarpızın qabığı cırıldayırdı,
Ağ-yaşıl zolaqlı qabığın altda,
Dadı bal, rəngi al lət qızarırdı.
O qarpıza görə, qısası sözün,
Tofiqə görə də mən, əlbəttə ki,
Unudan deyiləm, uşaqlar, sizi.
Gedib yandırdınız siz onun iki
Faner çadırını… Sizin bu miskin,
Terror aktlarınız… Havadar xoru
Dirijorlu-filan.. Demək, siz belə?
Satın indi kökü ya çuğunduru —
Alan deyiləm!
Şeir “Drujba narodov” jurnalında çap olunub – 2007, 12
ruscadan tərcümə
- 09. 2024, Samara
+++++++++++++
ОЛЕГ ХЛЕБНИКОВ
За того азербайджанца,
что на рынке торговал,
привередничать ни шанса
не давал — Читать далее
