Архив | Ноябрь 2024

MƏN UŞAQ OLANDA ELƏ GƏLİRDİ…

20230721_135628

Mən uşaq olanda, yadıma gəlir,
Adamlar ayrı cür qocalırdılar

Ayrı cür olurdu əyində paltar,

Tamam dəyişirdi səs də elə bil.

 +

Qocalar ayrı cür danışardılar,
Sözlər işlədərək biz anlamayan,

Baxaraq ətrafa oğrun anbaan —

Elə bil vaxt qoyan, ya da güdən var.

 +

Yaşın az da olsa, başa düşürdün,
Bunların hər biri müvəqqətidir.

Tez ya gec harasa hər biri gedir,

İtir gözlərindən hərəsi bir gün.

 +

Onlar da elə bil tələsirdilər,
Acıqlı olan da, üzügülər də.

Səfeh uşaq idik, elə gəlirdi,

Məzədir onları gözləyən səfər.

 +

Yox, o qocalara bənzəmirik biz,

Biz də geyinirik cavan geyəni.

Sözümüz gənclərin sözüylə eyni,
Şuxuq, əyilməyib çox da qəddimiz.

 +

Hərçənd ya sübh çağı, ya axşam olcaq,

Ürək təlaşlanır – bilmirik niyə.

Elə bil alıblar səfərbərliyə,

Haçan apararlar – bilinmir ancaq…

 

30.11. 2024, Samara

RADYARD KIPLINQ. CEYN SMIT

RADYARD KİPLİNQ

Səfərə çıxmışdım qış günündə mən,
Kimsəsiz bir düzdən yolum keçirdi,

Quş səsi gəlmirdi həndəvərimdən,

Və həmin gün hava çox soyuq idi.

 +

Fayton atlarının sayı dörd idi,
Ağdılar (birisə qaraydı hərçənd)

Dayanmadan onlar çapıb gedirdi,

Sürət də, deyim ki, kefin istəyən.

 +

Yanda xırdaca qız göründü birdən,
Yaman üzgün idi, arıq idi həm.

“Ser, lütfən faytona məni mindirin,

Anama bu cini gərək çatdıram.”

+

Dedim: “Min faytona, sevimli bala,
Əlbəttə, mənimlə gedə bilərsən.

Qorxma, çatdırarsan, gedib mənimlə,

Anana bu həyat suyunu hökmən.

 +

Amma meyxanaçı soyuq və sərtdi,

Dedi anasının hesabı çoxdan,

Yazılıb qapıya vurulub, indi,

Özün də görərsən, yaxşıca baxsan.

 +

Gözümün yaşıyla hesabı sildim,
Borcunu ödədim meyxananın mən,

On üç yaşlı qızsa faytona mindi,

Apardım anası olan yerəcən.

 +

Ayırır bizi xoş xatirələrdən,

Keçmiş hərçənd çılğın dalğalarıyla.,
Heç vaxt o səfəri unutmaram mən,

Ruhumu tərk ütməz o xoşbəxt bala.

1884

ingiliscədən tərcümə

20-21. 11. 2024, Samara

++++++++++++++++

RUDYARD KİPLİNG

Jane Smith

I journeyed, on a winter’s day,

   Across the lonely wold;

No bird did sing upon the spray,

   And it was very cold. Читать далее

      PİŞİK

                       

                                                                                                              unudulmaz səslər

Ərəbqardaşbəyli. Cahangir kişinin yurdu. Həyətin qabağnda Raziyə xala qonşusu hardansa gələn Şirali Bədəlovu görür.

— Buy, ay Şiralı, diyəsən Bəkidən gəlirsən?

— Bəkidən gələnə oxşıyıram?

— Paltaurunnan bildim. Kainatgilə gedmişdün? Nətəərdilər?

-Olar yaxşıdılar. Mən bitəər olmuşdum.

-Bitəər nöş olurdun?

— Əşşi, Kainatgildə bir həngamə variydi ki, gəl görəsən.

— Nə həngamə, ay Şiralı? Kainat sakit oğlandı.

— Əşşi, diyirsən də. Kainat pişig saxlıyır.

-Niyaxşı. Pişig öyün yaraşığıdı.

-Əşşi, sən də yaraşığ tapdun. Zəhləm gedir pişiydiən.

-Yox, ay Şiralı. Pişiy olmasa, mən tək qala bilmərəm (ağlamsınır). Hardan götürüb pişiyi?

-Diyir tappuşşuq. Məə görə diyir. Bakıda pişiylər çölə tökülüb ki, tapasan? Yəqin alıb, mənnən gizzədir.    -Bəkıdə pişig satıllar?

-Bəkidə satılmayan şey var?

-Ay Şiralı, Məmməsseyinin həyti doludu pişiynən, Ülügil yığıb aparalar Bəkidə satalar.

-Dinən də Səmayiyə.

-Diyərdim ey, ancağ Məmməsseyinin həytindəki pişiylər oğrudular, satarsan, zöyüş yiyəsi olarsan. Kainat pişiyi neçiyə alıb?

-Məə diyər? İndi öyün böyüyü də, kiçiyi də pişiydi. Ay mını yisin, ay ou yisin. Professora aparacağlar.

-Azarrıyıb?

-Yox, diyillər birdən azarrıyar… Kainat işdən hər saatda zəng eliyir şəkilli telfunnan. Vüsalə gərək pişiyi görkəzə, olmasa Kainat işdiyə bilmir.

-Bəziyirsən ey, Şiralı…

-Nə bəziyirəm? Telfuna şəklin qoyub, iş görəndə də cibindən çıxarıb baxır.

-Tiyatırsan ey, Şiralı. Pərigil nətəərdi?

-Yaxşıdılar. Qonaqlıq eləmişdi.

-Səə görə?

-Nə mən aaz? Dədə-zad yaddan çıxıb. Pişiyin qonaqlığıydı…

-Oyunun olsun, ay Şiralı. Pişig yaxşı pişiydi?

-Pişiyin nə yaxşısı? Gözzərindən bilirsən kimə oxşatdım? Səən qoşun var ey. Adın dimiyəcən, özün bilirsən…

-Ay Şiralı, məə xatıya salma. Heç oynadıb-eləmədün?

— Mən pişig oynadanam? Özü gəldi oturdu qucağımda, issədim götürüb atam yerə, Kainatın xətrinə dəymədim… Mən Kainata diyirdim it saxlasın, sözümə baxmadı. Dədə-babadan bizim həmişə itimiz olub…

— Ay Şiralı, süzün ittərüüz yaman adam tutan olurdu.

— Sən də söz danuşdun. Bizim it kimi tutmışdı?

— Məə tutmuşdu. Qıçımı Qaştan parçalmışdı…

— Yox, hamam eləmişdi. İndi çaşıb ağzın atıb.

— Diyirsən də… Bəki yerində elə pişig yaxşıdı, ay Şiralı. İtin xərci ağırdı.

— İtin nə xərci? Səən qoşun varıydı ey, yeddi-səkkiz it saxlıyırdı. Olara yiməy verirdi? Hürüb-hürüb yorulurdular, səssəri kəsilirdi.

— Yox, ədə, yiməysiz it qalmaz.

-Necə qalmaz? Canı da çıxar… Bıy, pişiyün gəldi. Aaaz, bu səən başua çıxdı ki?

— Ay Şiralı, bı belənçiydi. Başıma çıxır. Neynəy, qoy çıxsın. Bı olmasa, lap bağrlm çatdıyar. Gələn-gedən yoxdı. Day Xeyrulla gəlmədi. Ay Şiralı, diyirəm Xeyrulla gəlməz (ağlayır).

-Diyan ey. Ağlamağ nədi… Geci-tezi gələr. Hara gedsük, axırda bura gəllüy. Darıxdırma özüü. Mən Kainatın pişiyini bəziyirdim ki, kefün açılsın…Sən də ağladun. Ağlama…

28. 11. 2024, Samara

RADYARD KİPLİNQ. UŞAQLARIN NƏĞMƏSİ

RADYARD KİPLİNQ

1.

Sənə məhəbbətimiz, doğma yurd, əbədidir,
Xidmətində yorulmaq bilmərik heç vaxt nədir;

Böya-başa çataraq tutanda yerimizi,
Millətin içində biz kişi və qadın kimi.

2.

Sən ey Göydəki ata, sən sevirsən hər kəsi.
Ah, kömək əsirgəmə, eşitsən uşaq səsi;

Və onlar da nəsildən-nəslə yarada bilsin,

Mayası şərdən uzaq saf və qənirsiz irsi.

3.

Cavanlıqda əsarət çəkməyi bizə öyrət,
Göstərərək mətanət, həqiqətə sədaqət;

Ki, vaxtımız çatanda bəxş edə bizə Lütfün,

Xalqlara qanun olan Həqiqəti də bir gün.

4.

Öyrət öz-özümüzü idarə edək necə,

Nəzarətli və təmiz olaq gündüz, həm gecə.

Qurban gətirə bilək, zərurət olsa əgər,
Bir eybi də olmasın, görən də versin dəyər.

5.

Öyrət nə əməlimiz olsa həytda, ancaq
Dostlara yox, tək Sənə bir hakim kimi baxaq.

Həm əzmli, həm ötkəm səninlə gedə bilək,

Kütlənin hədəsinə, tərifinə də gülək.

6.

Öyrət elə Gücə ki, fikirdə, həm əməldə,

İncidə bilməyək biz zəifi seçib hədəf,

Sənin idarən altda bizə elə Güc gərək,
Fəlakət üz verənə təsəlli ola bilək.

7.

Öyrət adicə şeydə Ləzzəti dadaq, duyaq,
Sevincə öyrət acı çeşmələri olmayan.

Şərdən və kindən azad Mərhəmət nədir, öyrət,
Və günəş altındakı hər insana Məhəbbət.

8.

Ana, doğma yurdumuz, bizə fəxr, inamsan,
Uğrunda axıdıblar atalar, babalar qan.

Ah, ana torpağımız, and içirik əbədi,

Sənin xidmətindədir ürək də, baş da, əl də.

1906

ingiliscədən tərcümə

22-24.11. 2024, Samara

+++++++++++++++++

RADYARD KİPLİNG

The Children’s Song

1

Land of our Birth, we pledge to thee

Our love and toil in the years to be;

When we are grown and take our place

As men and women with our race. Читать далее

RADYARD KİPLİNQ. QORXAQ

RADYARD KİPLİNQ

Bir vaxt Kral idim mən, olmuşam indi məhrum

Tacdan və xəızinədən.

Monarx idim bir zaman, getdi bütün var-yoxum,

Yaslıyam həmişə mən.

 +

Etibarlı həmişə qorunurdu xəzinəm

Sədaqətli ürəklə —

Düşünürdüm verilib əbədilik tac mənə,
Əfsus, verildi yelə.

Tacımı itirmişəm, xəzinəm çıxıb əldən,

Heç nə görmürəm daha qəmli gözlərimlə mən.

 +

Dünya ilə üzləşib sübut etdim kişiyəm,
Həm sözdə, əməldə həm.

Özgə ehtiyacına, bilirdim ki, həmişə,
Sərf edilir xəzinəm.

Dost, sənə nə təsəlli verə bilərəm axı –

Tacım başımdan gedib, xəzinəm əldən çıxıb.

 +

Yenə qaytarın mənə tacını ötən ömrün,

Qayıtsın yenə sərvət —

Ağır oldu sınağım, ağrıdan canım üzgün,

Qoy dadım yenə ləzzət –

Yenidən sinəmdəki xəzinəni qaytarın,

Bu həyatda – qalanı öz işidir Tanrının.

1882

ingiliscədən tərcümə

19-20. 11. 2024, Samara

++++++++++++

RUDYARD KİPLİNG

A Craven

 

I who was crowned King am now bereft

  Of crown and treasure.

I, who was Monarch, have no good thing left

  To give me pleasure. Читать далее

RADYARD KİPLİNQ. NƏFİS MƏNZƏRƏ ÜÇÜN MÜNASİB ŞEİR

RADYARD KİPLİNQ

Elə bəzənmişdi çöl qırmızı lalələrlə,

Mənim şlyapam kimi dolaşalar qapqara,

Yataqda yorğan kimi haşiyəli çəpərlər,
Bamazı qaytan kimi çay da qıvrılıb axar.

+

Bu nadir mala-mülkə durub salınca nəzər,
Öz-özümə düşündüm, irişib  hərracçı tək:

“Tanrım, yerdə bunları yaratmısansa əgər,

Min dəfə gözəl ola sənin cənnətin gərək”.

1884

ingiliscədən tərcümə

13-14. 11. 2024, Samara

QEYD:

Görkəmli ingilis şairi Uilyam Kuperin (William Cowper – 1731-1800) şeirinə parodiya kimi yazılıb.

++++++++++++++

RUDYARD KİPLİNG

Appropriate Verses on an Elegant Landscape

The fields were upholstered with poppies so red,

  And black as my hat was each rook;

And the hedges were bordered, like quilts on a bed,

  With the bombazine braid of the brook. Читать далее

RADYARD KİPLİNG. ALTI QULLUQÇUM VAR

RADYARD KİPLİNQ 

(fil balası)

Altı qulluqçum var düz və çalışqan

(Onlardan alınıb bütün billiyim);

Adları da budur: Nə, Niyə, Haçan,
Bu, üç, qalanısa: Necə, Harda, kim.

Göndərdim onları şərqə və qərbə

Quru yolu gedib aşdılar dəniz.

İstirahət verdim hər birinə də,

Elə ki, işimi gördülər təmiz.

 +

Doqquzdan beşəcən dedim dincəlin,
Mən özüm məşğulam çünki bu vaxtlar.

Həm səhər yedilər, nahar həmçinin,

Çünki bu şəxslərin acımağı var.

Xasiyyət ayrı ancaq hərənin,

Az-çox bir xanımı mən tanıyıram –

Sayı on milyondur nökərlərinn,

Vermir aman dəyə yerə yanları.

 +

Xaricə göndərir iş buyuraraq,

Gözünü ki, açır – həmin saniyə

Milyon Necə, iki milyon Harda var,

Yeddicə milyon da üstəlik Niyə!

1902

ingiliscədən tərcümə

12. 11. 2024, Samara

Qeyd:

Kiplinqin qızı Elsi xatırlayır ki, bu şeir ona həsr edilib, çünki uşaqlıqda çoxlu suallar verəmiş və buna görə ona evdə “Elsi nyə” deyirlərmiş.

+++++++++++++++++++++

 RUDYARD KİPLİNG

I Keep Six Honest Serving Men

(The Elephant’s Child)

I keep six honest serving-men

   (They taught me all I knew);

Their names are What and Why and When

   And How and Where and Who.

I send them over land and sea,

   I send them east and west;

But after they have worked for me,

   I give them all a rest. Читать далее

RADYARD KİPLİNQ. TƏSƏLLİ VERƏNLƏR

RADYARD KİPLİNQ

1.

Getməmisənsə yol sən özün əgər,
Onda ağıl vermə yol gedənə də.

Belinə ağır yük alana qədər

Beli sınan kəsə eləmə rişxənd.

2.

Canıyananlığın  qəlbinə dəyər,

Dərdəşərikliyin yerinə düşməz,

Dərdini istərsə tək çəkə əgər,

Ürəyini almaq istədiyin kəs.

3.

Əgər unudubsa bir başı Tanrı,
Göstərmə, əlini işə salaraq,

Sən onu göylərə və qonşulara,

Yaxşısı budur öz ağzını bağla.

4.

Dişlənilən dodaq, titrəyən çənə,

Tərləyib, soyuyub alın da buz tək.

Bəlkə də ünsiyyət diləyər yenə,
İndi yox, sonradan ancaq, ay eşşək!.

5.

Vaxtsız nitqlərin yox, zaman ancaq,
Həyata baxışın yox, ancaq həyat

Təsəlli verəcək, ovunduracaq
Ovundurmayacaq ya da ki, heyhat…

6.

Əgər qarışmağa ya məcbur olsan,

Öyüd-nəsihətin ruhu qaldıra,

Çox da qulaq vermə yenə o zaman,

Acı şikayətli qışqırıqlara.

7.

Təkcə Tanrıdır ki, anlaya bilir,

Başlanan vaxtını iztirabların.

Bilir nə qədəri fikirdən gəlir,

Nə qədəri əsl günahla bağlı.

8.

Yaxşı sözlərdən də çəkin sən hətta,

Və çətin olsa da, etiraf elə,
Ağrıya yeganə şəfa dünyada,
Ağrının özünün şokudur elə.

9.

Haçan öz başına gələrsə bəla,

Deyə biləcəksən sən çəkinmədən:

“Narahat etmirdim mən sizi əsla,

Tanrı xatirinə, çəkilin gedin”.

 

ingiliscədən tərcümə

16-17. 11. 2024, Samara

+++++++++++++++

RUDYARD KİPLİNG

COMFORTERS

Until thy feet have trod the Road

Advise not wayside folk,

Nor till thy back has borne the Load

Break in upon the broke. Читать далее

YETMİŞİN ÜSTÜNƏ BİR İL DƏ GƏLDİ…

            

qardaşlarımın, bacılarımın xatirəsinə…

 

Yetmişin üstünə bir il də gəldi,

Saydır bu ömürdə təkcə möhtəşəm.
Evim yanmasaydı, elə bilərdim,
Bu ildə bir gün də yaşamamşam.

 +

Özüm can atmadan və gözləmədən,
Mən bütün ehtimal hədləri keçdim.

Bacı-qardaşlardan çox yaşadım mən,
Hamıdan böyüyəm – qəribə işdir…

+
Ailə süfrəsi  başında sanki,
Yenə oturmusan bardaş quraraq,
Qabına qoyulub ən ləziz tikə,
Yeyirsən, baxmırsan heç kimə ancaq…

 22. 11. 2024, Samara

 

RADYARD KİPLİNQ. ZAVALLI ƏSGƏRLƏRƏ MƏRHƏMƏT

RADYARD KİPLİNQ

Dünya boyu yarası hələ də üzə gələn,

Qoca döyüşçülər var, savaşlarda yenilən.

Tutqun, qaşqabaqlıdır hər yerdə qoca əsgər,

Rişxəndlə qaliblərin himninə qulaq verər.

 +

Bürüdü və gizlədi onları tozu hərbin,

Halal şöhrət onları tapa bilmədi yəqin.

Ağır yaralı, üzgün, lazaretə düşdülər,
Ordular gəlib-gedən yola tökülüşdülər.

 +

Mükafata, şöhrətə can atan döyüşçülər,
(Rəhm görsün Tanrıdan, sağ çıxarsa kim əgər!)

Göylərə yksəlməmiş şöhrət, ad qazanaraq,

Anın hərb şikəst edən əsgərləri siz ancaq!

1902

ingiliscədən tərcümə

13. 11. 2024, Samara

++++++++++++++++

RUDYARD KİPLİNG

Pity poor fighting men

 

All the world over, nursing their scars,

Sit the old fighting-men broke in the wars—

Sit the old fighting-men, surly and grim

Mocking the lilt of the conquerors’ hymn. Читать далее