Erməni hərbçiləri nin əsir aldığı Həsən Həsənovun azadlığa buraxılması üçün Azərbaycanda imza toplanır. Yaxşı olardı ki, Azərbaycan hökumətinin əsir aldığı gəncəli hüquq müdafiəçisi Həsən Hüseynlinin də azadlığa buraxılması üçün imza yığılaydı….
Архивы
KÖHNƏ GÖDƏKÇƏNİN ŞERİ
Unutmuşam bu sovxa,
Haçan, harda alınıb.
Məndən cavan olsa da,
Məndən qoca görünür.
Yaxaları büzülüb,
Ətəkləri süzülüb.
Qırılıb düymələri,
Çoxdan itib kəməri.
Min adama sürtülüb,
Hislə, pasla örtülüb.
Ləyaqəti qalmayıb,
Əyinə geyinməyə.
Ölsəm, ayıb sayılar,
Ortaya döşənməyi.
Dəli şeytan deyir ki,
Bir qayçı götürəsən
Gödəkçəyə dağ çəkib,
Ömrünü bitirəsən.
Astarını sökəsən,
Dağıdasan, tökəsən.
Çürük düymələrini,
Qoparasan, atasan,
Saplayıb iynələri,
Zəhmətə qatılasan.
Çox çalışsan həvəslə,
Yaxşı bir tikiş çıxar.
Yalan olmasın, əlli
Şeytana papış çıxar.
14.07. 2014 Samara
«İŞTƏ SİNEMA XOŞ GÖRÜNÜR BAXSAN İRAQDAN…»
“İnsanları pək çox sevirəm, lakin uzaqdan,
Olduqca yaxın, qalmayır əvvəlki məhəbbət”, — bunu Məhəmməd Hadi deyib.
Təssüf ki, İnternet heç olmasa uzaqdan az-çox sevdiyin adamları da yaxın edir və onlara qarşı sevgi itir…
«NİDA» YOX, «QİDA»
«NİDA” təşkilatının türmədəki daha bir üzvü İlham Əıiyevin ayağına yıxılıb. Gənc fəallar təşkilatlarının adını dəyişib “QİDA” qoymaq qərarına gəliblər.
СК РФ ВОЗБУДИЛ ДЕЛО ПРОТИВ СУАРЕСА
В настоящее время рассматривается вопрос о заочном аресте Суареса.
AKADEMİYA YOX, PAŞADEMİYA
Əliyevin baldızı Nərgiz Paşayeva akademik olub. Bundan sonra Azərbaycan akademiyasına akademiya demək olmaz. Bu, Paşademiyadlr.
YAZARLAR…QAPARLAR…
İndi Azərbaycan dilində mətn oxumaq xaric musiqi eşitmək kimidir – hər müəllif öz leksikasını, öz sintaksisini icad etməyə, eyni zamanda türkləri yamsılamağa çalışır.
İndi “yazıçı” “yazar” olub. Nəyə görə? “Ar” haçandan isim düzəldən şəkilçidir? Əgər “yazıçı” “yazar” olursa, “oxucu” “oxuyar” olmalıdır. Bəs “qapıçı” necə? “Qapar”?
Əslində indiki Azərbaycan “yazarlarının” çoxu elə “qapardır”. Tula kimi hökumət əlinə baxıb hərdən-birdən üstlərinə atılan tikəni “qaparlar”…
ƏLİ HƏSƏNOVUN DUZ ŞİRKƏTİ
Əli Həsənov deyib ki, ailəsinə məxsis şirkətləri onun arvad-uşağı alın təriylə yaradıb.
Məlumdur ki, Əli Həsənovun ailəsi doğrudan da tər axıtmaqda bütün dünyada məşhurdur və buna görə Həsənovlar Gines kitabına düşüblər. Gün ərzində uşaqdan böyüyə qədər hər Həsənovvbir neçə ton tər axıdır. Əli Həsənovun arvadınının axıtdığı tərdən yaranan göldə nəvələri çimirlər. Əli Həsənov bir neçə ildir ki, bir duz şirkəti də açıb və bu şirkətdə onun ailə üzvlərinin axıtdığı tərdən duz istehsal olunur. Bu duz xarici ölkələrə də, o cümlədən Rusiyaya ixrac olunur. Ruslar bu duzdan ovuc-ovuc yeyir və başlarını bulayıb deyirlər: “ U Alika Qasanova oçen xoroşi duz!”
«ИМ БЫ ВСЕМ НОГИ-РУКИ ПОВЫДЕРГИВАТЬ…»
Поликлиника в центре города. Недавно проведен капитальный ремонт. Одна потолочная плита над дверью несколько отодвинута. Не отвалилась, просто отодвинута, видимо, доставали кабель или еще что-нибудь, поленились потом поправить. Пожилой мужчина, которому, как и всем нам, скучно в длинной очереди в процедурный кабинет, смотрит на потолок и говорит: «Вот, только что ремонт сделан, а все отваливается». Женщина, которой я уступил место на тумбе, говорит: «А кто ремонт сделал? Черные!» Мужчина: «Им бы всем ноги-руки надо повыдергивать…»
А некоторые наши соотечественники считают своим долгом пять раз за день присягнуть российскому флагу, задокументировать этот факт и выложить в Интернете. Видимо, это своеобразная трансформация шиитского пятикратного намаза… Они дома, наверное, всей семьей несколько раз гимн на слова Михалкова поют… Под портретом Владимира Владимировича…
