Дети Алиева спешат на помощь пограничников в Нахчыване, где идут ожесточенные бои.
Əliyevin balaları Naxçıvan sərhədçilərinin köməyinə tələsirlər….
Ərdoğan və Əliyev başa düşmürlər ki, “nurçu” kimi damğalanıb təqib olunan sivil müsəlmanların yerini əli avtomatlı, qurşağı bombalı müsəlmanlar tutacaq və ölkəni Əfqanıstana, İraqa çevriləcəklər. Belələri isə Ərdoğan kimilərini fənər dirəyindən asırlar.
Azərbaycanda “nurçularla” mübarizənin ön sırasında gedən Eynulla Fətullayev türk məktəblərinin bağlanmağına elə şaddır ki, deyəsən, onların yerində oğraşlıq məktəbi açılacaq və Eynulla da baş direktor təyin ediləcək.
Azərbaycanda bağlanan türk məktəblərinin binaları türməyə çevriləcəklər ki, bu da çox müsbət haldır. Çünki bu məktəblərin yaxşı şəraiti var, bundan belə çoxsaylı Azərbaycan dustaqları qərb standartlaırna uyğun şəraitdə cəza çəkəcəklər.
Türk dillərini birləşdirib ümumi dil yaratmaq iddialarınl eşidəndə bilmirsən güləsən ya ağlayasan. Hətta yaxınlıqları daha çox olan türklərlə azərbaycanlılar birləşdirə bilsələr, türmələrini birləşdirə bilərlər və bunun iqtisadi səmərəsi də var. Azərbaycanda tutub Türkiyəyə göndərmək, Türkiyədə tutub Azərbaycana göndərmək çox xərc aparır. Bu ümumi türmələrə isə ermənilərdən yaxşı gözətçi ola bilməz. Özümnüz deyin: türk ya azərbaycanlı dustağı erməni gözündən uzağa qoyarmı?
Ərdoğan Kenan 100 yaşlı Evreni tutub. Brlə getsə, başdan xarab baş nazir tezliklə Atatürkün də qoparağını götürəcək.
Bakıda Yazıçılar Birliyinin qurultayı keçirilir. Qurultayda əsas məsələsi budur: Anarı Fəxri Xiyabanda dəfn eləmək ya saxlayıb yenidən rəhbər seçmək.
Azərbaycan prezidenti İlham Əliyev Yunanıstanda bu ölkənin müxalifət lideri Aleksis Tsiprasla görüşüb. Cənab Əliyev deyib: “Bizim ölkəmizin iqlimi elədir ki, hər şey yetişir, hatta baobab ağacı da. Bircə şeydən başqa – Azərbaycanda müxalifət, nə qədər çalışırıqsa, əmələ gəlmir. Ona görə başqa ölkələrə gedən kimi oranın müxalif’ətiylə görüşüb ləzzət alıram”.
Azərbaycan dövlət standartlaşdırma komitəsinin sədri Ramiz Həsənov deyib ki, indən belə quşçuluq fabriklərində toyuqlar kəsilərkən mollalar dua oxuyacaq ki, millət halal ət yesin. Cənab Həsənov həmçinin bildirib ki, bundan sonra hədd-buluğa çatmış beçələrlə fərələr arasında mollalar kəbin kəsəcək və kəbin kağızı olmayan xoruzlar toyuq üzü görməyəcək.
Эйнулла Фатуллаев готов в суде доказать, что он больше заслуживает премии, чем Бриллиант Дадашова и что он больше баба, чем Бриллиант ханым.