Архивы

ANAR MƏMMƏDLİNİN AZƏRBAYCAN İCTİMAİYYƏTİNƏ VURDUĞU ZİYAN

“Prezident seçkiləri barəsində ictimaiyyətə yanlış məlumat verdiyinə görə” Anar Məmədli həbs olunub.Rəsmi məlumatda deyilir ki, Anar Məmədlinin yanlış məlumatı nəticəsində Aərbaycan ictimaiyətinin atası yanıb, anası ağlar qalıb. Anar Məmmədlinin yanlış məlumatı bölgələrdə də ciddi ziyanlara və tələfatlara səbəb olub. Prezident seçkiləri barədə yanlış məlumat alıb məyus olan bir neçə salyanlı dozasını artırıb və həyatını itirib, beş toyda doqquz bıçaqlaşma olub. Şimal bölgələrində otuz-qırx cavan şalvarlarının balağını qayçılayıb olublar vahhabi. Cənub bölgələrində xeyli gənc yanlış məlumatdan sağlam düşüncəsini itirib, “Ya Xomeyni!” deyib başlarını yarıb.
Yanlış məlumatdan havalanan xalq artisti İlhamə Quliyeva lüt-madarzat bulvara çıxıb özünü dənizə atmaq istəyib, polislər vaxtında tutub saxlayıblar.
Hazırda Anar Məmmədlinin yanlış malumatının Azərbaycan ictimaiyyətinə vurduğu ziyanşn miqyası MTN tərəfindən dəqiqləşdirilir.

MİNSK QRUPU HƏMSƏDRLƏRİNİN RƏSMİ BƏYANATI

Qarabağ üzrə Minsk qrupunun üzvləri Bakıya gələn kimi rəsmi bəyanat veriblər. Bəyanatda deyilir: “Ə, acından qırıldıq, gətirin görək kürüdən-zaddan nə var, ürəyimiz getdi, tez pendirdən, göyərtidən yığın süfrəyə…Arağın soyuğundan gətirin…”

A ZALIMLAR, YANACAQ BAHADIR?

Əliyev: Ramil, nə mitindi bu yenə?
Usubov: Zat-aliləri, elə mitinq də deyil. Əlli-altımış adam olub. Yanacağın bahalığından narazıdırlar.
Əliyev: Ramil, bu adamların ya başı xarabdır, ya da antimilli qüvvələrə işləyirlər. Yanacağın nəyi bahadır ki? Gör kürü neçəyədir, ancaq heç kürüdən ötrü indiyəcən bir adam mitinqə çıxmayıb…

BAHALIQ BİQEYRƏTLİYƏ APARA BİLƏR…

Bakida müxalifətin bahalıq əleyhinə mitinqi “Korioğlu” üverturarası ilə bitib. Müxalifət buinunla İlham Əliyevə xatırladıb ki, belə bahalıq Koroğlunun vaxtında olsaydı, Koroğlu bir batman düyünün plovunu bir oturuma yeeyə bilməzdi və halsızlıqfdan Misri qılıncı elə həmişə arvada daşıtdırardı…

QALMIŞIQ YANA-YANA, GƏLİN BİZİM MEYDANA…

İsa Qəmbər Kiyevə gedir. Söz verib ki, Ukraynadan yarım milyon kozak gətirib Bakıda müxalifət mitinqi keçirsin.

AZƏRBAYCAN MÜƏLLİMLƏRİ BAHALI ƏT TƏLƏB EDİRLƏR

Azərbaycan Müəllimlərinin 14-cü qurultayında qətnamə qəbul olunub. Qətnamədə prezidentin xarici və daxili siyasəti, o cümlədən qiymətlərin qalxması bəyənilir. Qətnamə bu sözlərlə bitir: “Ucuz ətin şorpası olmur!”

AZƏRBAYCAN DEMOKRATİYASINA KOREYADAN SÜBUT

Koreya padşahı Kim Çen Inın öz bibibsinin əri Çan Son Txeki öldürməyi bir daha sübut etdi ki, Azərbaycan analoqu olmayan demoktatik dövlətdir. Azərbaycan padşahı öz qohumlarına “nəinki gözün üstündə qaşın var” demir, Azərbaycan padşahı öz qohumlarını naz-nemət içində saxlayır. Bu cür demokratiya heç qərb ölkələrində də yoxdur.

ƏHSƏN GƏNCƏ GƏNCLƏRİ!

Gəncədə gənclər fləşmob keçrib Heydər Əliyevin imzasınınin rus variantını yaradıblar. Gələn aksiyada imzanın erməni orijinalı yaradılacaq.

RAMİZ MEHDİYEVİN M. RƏSULZADƏ HAQQINDA MƏQALƏSİ

Akademik Ramiz Mehdiyevin Məmmədəmin Rəsulzadəyə həsr olunmuş yeni məqaləsi Azərbaycan ictimaiyyətində böyük maraq doğurmuşdur. Məqalədə akademik Mehdiyev Məmmədəmin Rəsulzadənin əvvəllər məlum olmayan bir əsərini araşdırır. Əlyazma bu yaxınlarda London kitabxanasında tapılmışdır. Ömrünün sonlarında yazdığı bu əsərdə M. Rəsulzadə milli dövlət quruculuğu sahəsində buraxdığı ciddi səhvləri sadalayır və etiraf edir ki, onun intellektual potensialı və siyasi iradəsi tarixi vəzifənin öhdəsindən gəlmək üçün kifayət olmayıb. M. Rəsulzadə öz əsərinin böyük hissəsini gənc KQB zabiti Heydər Əliyevə həsr edib. M. Rəsulzadə yazır ki, onun bütün ümidi cənab Əliyevədir və şübhə etmir ki, bir vaxt onun öhdəsindən gələ bilmədiyi tarixi vəzifəni Heydər Əliyev yerinə yetirəcək və milli Azərbaycan dövlətini quracaq. M. Rəsulzadə yazır: “Azərbaycan xalqı bir vaxt bu dəyərli gənci layiqli olaraq “milli öndər adlandıracaq”.
Beləliklə, akademik Mehiyev sübut edir ki, ilk dəfə Heydər Əliyevi “milli öndər” adlandıran Məmmədəmin Rəsulzadə olub.

LENININ ƏVƏZİNƏ ƏLİYEVİN ABİDƏSİ QOYULACAQ

Kiyevdə Leninin heykəli uçurulandan sonra Vitali Kliçko jurnalistlərə deyib:
— Biz neçə ildir Yanukovoçdən tələb edirdik ki, burda Leninin əvəzinə milli öndər Heydər Əliyvin heykəli qoyulsun. Nəhayət, indi biz Ukrayna xalqının arzusunu yerinə yetirə bilərik.