Архивы

ƏS, EY KÜLƏK!…

İlham Əliyev deyib ki, tezliklə Stepanakertdə, Şuşada Azərbaycan bayrağı dalğalanacaq. Prezident deyib ki, hər şey hazırdır, bircə küləyin əsməyini gözləyir. Külək də ki iyirnmi ildən çoxdur Dağlıq Qarabağda əsmir. Küləksiz də bayrağın nə ləyaqəti…

KOMEDİYANI QURTARIN, CƏNABLAR!

Azərbaycanda son 20-25 ilin demookratik hərəkat tarixi dramatik-qanlı olduğu qədər komikdir də, məzhəkəlidir də.

Demokratik hərəkatın lideri naxçıvanlıdır, familiyası Əliyevdir – elə bunun özündə məzhəkə elementi var. Lider təxəllüs götürür- Elçibəy – bununla komizm daha da artır – Elçı – yəni “Rəsul”? yəni peyğəmbər? yəni Məsiha? Həm də adına “bəy” qoşmaqla Əbülfəz Əliyev Xudayar bəylə analogiya yaratdı, Xudayar bəy də günlərin bir günü adına “bəy” sözünü qoşmuşdu, haçan, hansı şərairdə qoşduğunu Mirzə Cəlil izah edir…

Mərhum Əbülfəz Əliyev (Elçibəy) kəndə qaçmaqla Azərbaycan demokratik hərəkatına ona verdiyi xeyirdən çox ziyan vurdu. Yəni Əbülfəz Əliyev azərbaycanlıların zehnində əksinqilab elədi, insanlarda on illərin təzyiqinə davam gətirə biləcək davamlı inam yaratdı kı, ölkəni Heydər Əliyev və onun ailəsindən başqa heç kim idarə edə bilməz.

Nə qədər ki, Əbülfəz Əliyevin Kələkiyə qaçmağına faciə donu geydiriləcək, tarixi faktın da, indiki sitüasiyanın da komizmi artacaq. Kələkiyə qaçış səhv deyildi, Kələkiyə qaçış gözlənilən hərəkət idi, çünki nə götürdüyü ad, nə götürdüyü missiya yöndəmsiz tarixi pyesin baş qəhrəmanının əzm və intellektual imkanlarına uyğun deyildi. Bu uyğunsuzluq ən azından traqikomik sitüasiya yaradırdı, Kələkiyə qaçış komediyanın sonuydu.

Və Azərbaycanda demokratik hərəkatın indiki liderləri komik janrı faciə janrı kimi qələmə verməyi davam etdirməklə özlərini də məzhəkə personajlarına çevirirlər. Həmişə Heydər Əliyevin saray yazıçısı və kinoçusu olmuş Rüstəm İbrahimbəyovun namizədliyi sübutdur ki, Azərbaycanın yaşlı nəsil demokratları oynadqları təlxək roluna və əyinlərindəki təlxək paltarına elə alışıblar ki, elə bu cür də qəbrə getməyə hazırdırlar…

Azərbaycanda əsil demokratik hərəkat gənclərin bu hırraxanadan aralanacağı gündən başlanacaq…

 

QAZON ZASEYAN VAHİD NAMİZƏDDİR

Dağlıq Qarabağ Muxtar Respublikasında da seçki kampaniyası keçirilir. Stepanakert stadionunda keçirilən izdihamlı mitinqdə Qazon Zaseyan Azərbaycan prezidentliyinə vahid namizəd kimi təsdiq olunmuşdur.

SALYANDA ANALOQU OLMAYAN SEÇKI KAMPANIYASI

Azərbaycanda prezidentliyə namizədlərin irəli sürülməsi davam edir. Bu günlərdə salyanlı kişilər Mehriban Əliyevanın, salyanlı arvadlar isə İlham Əliyevin namizədliyini urəli sürüblər. Salyanın görkəmli mədəniyyət xadimi Yavər Cəbrayılov da İlham Əliyevi dəstəkləyən arvadlara qoşulub. Cənab Cəbrayılov ANS  kanalına müsahibəsində deyib: “Qoy mənə arvad desinlər, təki üstümdə İlham Əliyev kimi prezident olsun!”

İLQAR MƏMMƏDOV SAĞDIR VƏ HƏBSDƏDİR!

Ilham əliyev Brüsseldə deyib ki, “siyasi rəqiblərimdən heç biri həbsdə deyil”.

Bəlkə tabeliyinndəki adamlar prezidentə yanlış məlumat verirlər? Məsələn, deyirlər ki, İlqar Məmmədov azad edilib. Ya da deyirlər ki, türmə xəstəxanasında ölüb…

 

YAXŞI SAY, PROFESSOR

Prof. Rafiq Əliyev «Hüriyyət» qəzetinə veriyi müsahibədə deyib ki, Azərbaycandakı ziyalılar bir əlin barmaqlarıyla sayıla bilərlər

“Böyük ziyalı”nınin qəribə ziyalılıq meyarı var. “Bir əlin beş barmağı qədər” – biri özü, qalır dörd nəfər. İlqar Məmmədov ziyalı deyil? Novruzəli Məmmədov ziyalı deyildi? Əqidələrinə görə türmədə yatan gənclər ziyalı deyillər? “Lenin, sənin hər sətrini dönə-dönə əzbərlədim” yazıb SSRİ dövlət mükafatını alan Bəxtiyar Vahabzadə ziyalı idi? İsmayıl Şıxlının necə ziyalı olduğunu bir dəfə şəxsən müşahidə etmişəm – bu, ayrı məsələdir…Rafiq Əliyev gündə gedib İlqar Məmmmədovun yatdığı türmənin qabağında piket keçirməkdənsə, ən azı iki nəslin mənəvi yarımçıqlığını və yararsızlığını sübut etməyə çalışır. “Belə böyük ziyalılar yetərincə çox idi…” Bəlkə adlarını desin? Elçibəydən başqa sovet dövründə dissident olub? Bəlkə professor R. Əliyev özü rus (və yəhudi) ziyalıları kimi türmələr, düşərgələr görüb?

Ölkənin belə ağır vaxtında onun faciə qəhrəmanlarıınının adlarını (sağların) ya xatirələrini (ölənlərin) tapdamaq ziyalıya yaraşmaz.

MİLLİ MƏCLİSDƏ İLQAR MƏMMƏDOVLA BAĞLI DEBAT

1-ci deputat: İlqar Məmmədovu biz gərək indi yox, çoxdan tutaydıq, Milli Məclisə “zoopark” deyəndə!

2-ci deputat: Yox, İlqar Məmmmədov gərək “zoopark” deməmiş tutlaydı, indi millətin də ağzına düşüb, bizə uşaq-muşaq da “zoopark” deyir!

3-cü deputat: Tutmaq məsələnin həllini uzatmaq deməkdir. Biz gərək İlqar Məmmədovu öldürəydik.

2-ci deputat: Maraqlı fikirdir. Ancaq sual çıxır: biz İlqar Məmmədovu necə öldürməliydik?

3-cü deputat: Rafiq Tağı kimi! Bıçaqla, gündüz-günorta vaxtı. İndiyəcən nə qatil tapılır, nə də Avropa parlamenti qətnamə qəbul edir…

 

 

İRANIN AZƏRBAYCANA NOTASI

İyunun 21-də səhiyyə naziri Oqtay Şirəliyev Şirvan şəhərindəki Müalicə Diaqnostika Mərkəzində Sabirabad, Hacıqabul, Saatlı, Salyan və Neftçala rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib. Bununla əlaqədar İranın Xatici işlər nazirliyi Azərbaycan hökumətinə nota verib. Notada deyilir: “Allah əkbər! Xomeyni rəhbər! Nəzərinizə çatdırırıq ki, Şirəliyev cənabları kobud şəkildə İranını daxili işlərinə qarışır. Azərbaycan Respublikasının vətəndaşları əsasən İranda müalicə olunduğuna görə onları ancaq İranın səhiyyə naziri qəbul edə bilər. Biz tələb edirik ki, Şirəliyev cənabları İran tərəfindən acizanə üzr istəsin və bir də daxili işlərimizə qarışmasın!” 

TORPAQ QOVĞASI

Jurnalist: Rüstəm müəllim, prezident seçilsəniz, fəaliyyyətinizi nədən başlayaaqsız?

R. İbrahimbəyov: Fəalliyətimi başlayacam torpaqları qaytarmaqdan.

Jurnalist: Qarabağı, ya Qarabağ ətrafındakı rayonları?

R. İbrahimbəyov: A bala, nə Qarabağ, nə ətrafı? Mən öz torpaqlarımı deyirəm, Bakıda əlimdən alınan torpaqları deyirəm!…

AZƏRBAYCAN 90 İLLİYƏ HAZIRLAŞIR

İsrail prezidenti Şimon Peresin 90 illiyi təntənə ilə geyd olunur. Azərbaycan prezidenti İlham Əliyevin 90 illiyi 2051-ci ildə keçiriləcək.