Respublika günü Əli Kərimli və İsa Qəmbər, birləşmə prosesini yarıyacan başa çatdırdıqlarını elan ediblər. Liderlər hələlik adlarını birləşdiriblər, indi onların adı Əlisadır. Müxalifətçilər tezliklə soyadlarını da birləşdirəcəklərinə şübhə etmirlər.
Архивы
Sağ ol, belə öndəri Xalqımıza göndərən!
İlham Əliyev deyib ki.1992-1993-cü illərdə Azərbaycanın istiqlaliyyəti əldən gedirdi, milli öndər bu istiqlaliyytəti xiıas etdi.
Bu, möhtərəm prezidentin bütün başqa fikirləri kimi çox dərin və mürəkkəb filkirdir. Başa düşüncə məni qan-tər bürüdü. Yəni, mən başa düşən, Azərbaycan o vaxt Kəlbəcərdən, Qubadlıdan, Ağdaamdan, Zəngilandan, Füzulidən, Cəbrayıldan asılı idi, bu rayonları verib asılılıqdan qurtarmışıq, yəni istiqlaliyyətimizi qorumuşuq.
XATIRƏLƏR
İlham Əliyev: “Atam Azərbaycan Demokratik Respublikasını yaradanda anasından olmamışdı…”
PREZİDENT QURBANLIĞI
İLHAM ƏLİYRV VƏ RAMİL USUBOV
— Ramil, sən axır vaxtlar rayonlarda çox olursan. Vəziyyət necədir? Adamların problemi yoxdu ki?
— Adamların heç bir problemi yoxdur, möhtərəm prezidentimizdən hədsiz razıdırlar, özlərini zat-alilərinə qurban kəsməyə hazirdırlar.
— Ramil, deyirsən yəni mal-heyvan qurtarıb?
— Bizim camaatda mal-heyvan ermənilərin qoşunundan çoxdur, ancaq adamlarımız heyvanı zat-aəlilərinə layiq bilmirlrər…
UĞRUMUZDA ÖLMÜŞ TÜRKLƏRİN XATİRƏSİNƏ
Qardaşım oğlu Yusifdən bu gün şəkilli bir məktub gəldi. Məktubu,onun başqaları üçün də maraqlı olacağı gümanıyla nəşr edirəm.
X.X.
“Salyanda əmigilin basdırıldığı qəbirstanlığa girirdim, sağda abidə gözümə dəydi, yaxınlaşdım. .Gördüm ki, yaşlı bir kişi abidənin ətrafını sulayır.1918-ci ildə burada şəhid olmuş türk əsgərlərinin qəbirlərini Salyanın ayrı-ayrı kəndlərindən bura köçürüblər.Həmin kişi dedi ki, «sümüklərin çıxarılışında mən də iştirak etmişəm.Oğlum türk səfirliyində işləyir.Türkiyəli general da gəlmişdi.Buranı təmənnasız sulayıram, təmizliyinə baxıram.Amma bayraqları 1 metr yüksək qoymaq istəyirdilər İcra Hakimiyyəti icazə vermədi.Abidəni də hündür qoymağa razılaşmadı”


PREZIDENT TV-DƏDİR, MİLLƏT HAMI EVDƏDİR
Günlərin bir günü İlham Əliyev gedir Dağüstü parka, girir kafeyə ki, bir az yetyib- içsin və bir az dincəlsin. Yeyir-içir, qıçını qıçının üstünə qoyub başlayir dincəlməyə. Bir saat dincəlir, iki saat dincəlir… Baxıb görür ki, kafedə ondan başqa qadam yoxdur. Ofisiantı çağırıb deyir:
— Brat, mən iki saatdır burdayam, özümdən başqa bir müştəri görmürəm.
Ofisiant elə ikiqat əyildiyi vəziyyətdə deyir:
— Zat-aliləri, indi bütün millət oturub evdə Az Tv ilə möhtərəm prezidentimizin Dağüstü parkını ziyarət etməsinə baxırl…
SABİR RÜSTƏMXANLI, “CÜCƏLƏRİM”, SƏƏDİ ƏL MALEH…
(S. Rüstəmxanlının “Azadlıq” radiosunun saytındakı məqaləsinə şərh)
1983-cü ilin payızında Frunze (indi Bişkek) şəhərində keçirilən Asiya və Afrika ölkələri gənc yazıçılarının beynəlxalq müşavirəsində iraqlı yazıçı və tərcüməçi Ədəbiyyat institununun tələbəsi, yaxın dostim Səədi əl Maleh də iştirak etmişdi. Qayıdandan sonra dedi ki, “sənin həmvətəninlə tanış olmuşam. Sabir Rüstəmxanlıyla”. Səədi Frunzedə tanış olduğu yazıçıların, o cümlədən Çingiz Aytmatovun, səsini o vaxt tək-tük adamda olan Şarp maqnitofonuna yazmışdı. Sabir Rüstəmxanlının səsi asudə vaxt, yeyib-içəndə yaızılmışdı, “Yazıçı” nəşriyyatının baş redaktoru beynəlxalq dostları üçün “Cücələrim” mahnısını oxuyurdu. Səədi dedi ki, Sabir Rüstəmxanlı ona Bakıya getmək üçün rəsmi dəvət göndərəcək. Onu da deyim ki, Səədi Anarın hekayələrini ərəbcə çap etdirmişdi və bundan sonra da Azərbaycan yazıçılarının əsərlərinin tərcüməsiylə məşğul olmaq fikrindəydi. Mən ona dedim ki, Rüstəmxanlı dəvət-zad göndərməyəcək. Səədi buna çox təəccübləndi və səbəbini soruşdu. Dedim birinci ona görə ki, Rüstəmxanlı azərbaycanlıdır və biz azərbaycanlılar verdiyimiz vədlərə çox vaxt əməl eləmirirk. İkincisi, sən Rüstəmxanlı üçün mənfəətli deyilsən, o, böyük vəzifəli məmurdur, sən, istedadlı və perspektivli olsan da, tələbəsən…
Səədi mənə inanmadı. Bir neçə ay da Rüstəmxanlıdan dəvət gözlədi…
Sabir Rüstəmxanlı “Ədəbiyyat və incəsənət” qəzetində işləyən vaxt mən özüm onunla toqquşmuşam, məni ölkədən getmək fikrinə salan ilk səbəblərdən biri onun imzasıyla aldığım məktub olub…
Kim harda basdırılır… Nə fərqi var?
Sabir Əhmədovun dəfninə qala bilməyib, çünki Uqandaya gedirmiş… Əlbəttə, Sabir Rüstəmxanlı Uqandaya getməsəymiş, nəinki Uqanda, hətta bütün Afrika qitəsi dağılarmış…
Qoqolun sözləri bir az dəyişik halda dilə gəlir: bu dünyada yaşamaq dəhşətdir, cənablar…
23.03.13 Samara
ANALOQU OLMAYAN SƏS İTKİSİ
İlham Əliyev Eurovisionda Azərbaycandan verilən səslərin itirilməsindən çox hiddətlənib. Prezidenti başa düşmək olar: 1993-cü ildən bəri indiyəcən Azərbaycanda bir dənə də səs itməmişdi.
AZƏRBAYCANDAN XAL GƏLMƏDİ…
İlham Əliyev Vladimir Putinə yazdığı məktubda “Avrovizion”un Rusiya iştirakçısı Dina Qaripovaya Azərbaycandan verilən 10 xalın çatmadığına görə üzr istəyir. Cənab Əliyev yazır ki, xalları Bakıdan neft borusu ilə göndərinblər, nəzərə almayıblar ki, Rusiya tərəfi bir neçə gün əvvəl borunu Azərbaycanın üzünə bağlayıb. Azərbaycan prezidenti yazır: “ Gələn dəfə Rusiyanın xallarını qastarbayterlərdən göndərəcəyik, qastarbayterlər hökmən çatdırarlar”.
TEHRANA CAVAB
İran İslam Respublikası Azərbaycan respublikasına qarşı düşmənçilik hərəkətlərini davam etdirir. Həbs olunmuş Azərbaycan vətəndaşlarını tezliklə buraxmaqla İran Bakıdakı dustaqlarda narazılıq yaratmağa çalışır. Azərbaycan hökuməti bildirir ki, cənub qonşumuzun bütün qeyri-dost hərəkətlərinə baxmayaraq, Bakı dustaqları arasında heç bir narazılıq yoxdur, onlar layiq olduqları cəzanı səylə çəkir və müntəzəm olaraq şəxsi təmizlik işləri ilə məşğul olurlar.