Azərbaycan Ombudsmanı Elmira Süleymanova karserdə İlqar Məmmədovla görüşüb. İlqar Məmmədovun şəraiti Elmira xanımın o qədər xoşuna gəlib ki, İlqar Mımmədovla üç gün üç gecə orda qalmaq istəyib. Ancaq İlqar Məmmədov buna razılıq verməyib, deyib ki, “camaat düzgün başa düşməz”.
Архивы
ƏRDOĞANIN YERİ AFRİKADIR
Rəcəb Ərdoğanın üzü elə qaradır ki, indi ancaq Afrikada özünü rahat hiss edə bilir.
ƏRDOĞANLA ƏLİYEVİN TELEFON SÖHBƏTİ
— İlham, kardeşim, siz belə aksiyalarla necə bacarırsınız? Bir məsləhət verin.
— Brat, ciblərinə anaşa atın, geroin atın.
— Kardeşim, bu qədər insanın cibinə atmağa narkotiki biz hardan tapaq? Tapsaq da, yaxınlarına gedə bilirimi, ciblərinə girə bilək? Mən deyəsən Başar Əsədə zəng vurmalı olacam, hərçənd aramız soyuqsur. Ondan gərək məsləhət soruşum…
ÜMUMXALQ MƏHƏBBƏTİ
Türkiyədə etiraz aksiyaları genişləndikcə Azərbaycan xalqı ümummilli lider İlham Əliyevin ətrafında daha da sıx birləşir.
AZƏRBAYCANDAN ƏRDOĞANA KÖMƏK
Azərbaycan höküməti İstanbula və başqa şəhərlərdəki hümayişçiləri dağıtmaq üçün Türkiyəyə bir neçə min ton Kür suyu göndərib. Su Salyan hövzəsindən götürülüb və təsiri bibər qazından güclüdür.
QAÇ, OĞLAN, KATER BASDI!
Fövqəladə Hallar Nazirliyi suda və quruda hərəkət edə bilən katerlər alıb. İndi millət özünü Kəmaləddin Heydərovun əlindən ancaq göyə uçmaqla qurtara bilər.
İSTAMBULLULAR «HEYDƏR PARKI»NIN SALINMASINI TƏLƏB EDİRLƏR
İstambul nümayişçilərinin nümayəndəsi bildirib ki, Taksim parkının sökülməsinə qarşı etiraz aksiyalarını bir şərtlə dayandıra bilərlər: onlar təəlb edirlər ki, sökülən parkın yerində “Heydər parkı” salınsın.
MEYMUN ÖZÜ OLA-OLA…
Rüstəm İbrahimbəyov İlham Əliyevə: “İlxam bek! Nukeriniz Ali Qasanovu mexkemeye verirem, bu da ərize!”
İSGƏNDƏRNAMƏ — 2
Mənim keçmiş şagirdlərimdən biri danışırdı ki, Politexnik institutunda oxuyanda daxili işlər naziri İsgəndər Həmidov tələbələrlə görüşə gəlib və çıxışında deyib ki, onun atom bombası var, bu yaxınlarda atacaq ermənilərin üstünə…
İsgəndərin atom bombası yox idi və ola bilməzdi, ancaq vaxtaşırı dəyənəkdən başqa silah görməmiş əlli-altımış polis işçisini cəbhəyə aparır, o yazıqları orda qırdırıb qayıdırdı…
Əslində Elçibəyi Heydər Əliyev yıxmadı, Elçibəyi yanındakı Həmidov kimi adamlar yıxdılar.
Həmidov sovet dövründə OBXSS kapitanı olmuşdu, sovet milisində bu, ən pozğun bölmə idi, yəni burda işləyən adamlar sosialist əmlakını oğurlayanlarla mübarizə aparmaq əvəzinə oğrulara qoşulub o əmlakı yeyirdilər. Elçibəy dövründə kapitan İsgəndər general-leytenant rütbəsi aldı və general mundirini utanmaz-utanmaz geyib redaksiyalara girir, jurnalistləri şillələyirdi… O vaxt insanlardan nə qədər daş-qaş yığıdığı və bunun hara xərcləndiyi məlum deyil. Ancaq yenə ən ağırı o polislərin vaxtaşırı qırğına verilməsi idi, Həmidov bununla özünün müharibədə iştirakını göstərmək istəyirdi…
Belə adam ya türmədə, ya dəlixanada ola. Ancaq indi bu adam hörmətli mxalifət liderləriylə yanaşı durub nitq söyləyir…
Atalar deyib ki, dostunu mənə göstər, sənin kim olduğunu deyim. İndi İsgəndərə baxıb İsa Qəmbər haqqında nə deyək? İsa Qəmbərin dalınca getmək nə dərəcədə ağıllı hərəkət olar? Birdən İsa Qəmbər (fantaziyamızı boş buraxaq) prezident olur. Deməli, İsgəndər yenə nazir olacaq, yenə redaksiyalara girib jurnalistləri şillələyəcək, yenə dəyənəkdən başqa silah görməmiş polisləri cəbhəyə göndərəcək?
Camaat, ağlınızı başınıza yığın, oturun yerinizdə, heç kimin dalınca getməyin. Allahdan diləyin ki, İlham Əliyevi üstünüzdən əskik eləməsin…
İSGƏNDƏRNAMƏ — 1
Günlərin bir günü maslkalı iyirmi adam (iyirmidən az adama İsgəndər Həmidov can verməz) tökülüşürlər İsgəndər Həmiovun üstünə, qollarını qandallayır, gözərini bağlayır və maşına basıb aparırlar. Haçanda-haçana maşın dayanır, İsgəndəri sürüyüb salırlar bir binaya. Birdən bir kişi səsi İsgəndərə deyir:
— Ala, İsgəndər, məni tanıdın?
— Səni necə tanıyım ki, gözlərim bağlıdır.
— İsgəndər, sən gərək möhtərəm prezidenti gözübağlı tanıyasan. Vətəndaş gərək iy bilə. Yaxşı, aparın atın bunu hardan gətirmisiniz, ora…