Архивы

ZEYNƏB XANLAROVA SALYANLILARI TƏMİZƏ ÇIXARDI

Milli Məclisin iclasında çıxış edən Zeynəb Xanlarova elə analoqu olmayan yaltaqlıq göstərib ki, Yavər Cəbrayılova məxsus analoqu olmayan Salyan yaltaqlığı onun yanında tənqidə bənzəyir. İndi salyanlıların arbitraj məhkəməsinə müraciət edib pis adı üstlərindən götürməyi tələb eyməyə tam haqları var.

 

MİSİR VƏ AZƏRBAYCAN XALQI

Keçmiş təhsil naziri Misir Mərdanov  jurnalistlərə deyib ki, “mən 5 il ulu öndərin, 10 il isə cənab prezidentin rəhbərliyi altında təhsil naziri vəzifəsində çalışmışam. Həmişə çalışmışam ki, onların etimadını doğruldum. O ki qaldı xalqa, əgər sizin bu xalq da mənə etimad göstərsəydi, mən onun da etimadını doğrultmağa çalışardım”.

ŞƏKİ CƏBHƏSİNDƏN XƏBƏR

Şəkidə polis ACCP-nin tədbirini dağıdıb. Tədbir iştirakçılarıyla pois idarəsində tərbiyəvi söhbət aparılıb. Şəkililərə izah olunub ki, prezident seçkilərində onlar kimi dalında durmalıdırlar. 

AZƏRBAYCANDA EL BAYRAMI

Mayın 3-də Azərbaycanda Mətbuat azadlığı günü böyük təntənə ilə qeyd olununb. Hamı şənlənib, atılıb-düşüb. Daxili işlər naziri Ramil Usubovun qarnı gülməkdən cırılıb.

BEŞ İLDƏN SONRA

İlham Əliyevin gələn beş illik haqqında proqnozu ətrafında düşüncələr.

  1. Beş ildən sonra indi beş il iş almış gənclər türmədən çıxacaqlar.
  2. Beş ildən sonra Ramiz Mehdiyevin 80 yaşı tamam olacaq.
  3. Beş ildən sonra İlham Əliyevin doğum gününə həsr olunmuş tortun uzunluğu 57 metr olacaq.
  4. Beş ildən sonra yüz minlərlə azərbaycanlı işə düzələcək. Rusiyada…
  5. Beş ildən sonra Heydərovlar,Əliyevlər, Mehdiyevlər, Paşayevlər, Məmmədovlar və başqa millət rəhbərlərinin gözləri Qəbələdən, İsmayıllıdan, Zaqataladan, Qubadan və başqa cənnət guşələrdən gözləri doymasa, bəlkə üzlərini Şuşa tərəfə tutalar.
  6. Beş ildən sonra Naxçıvanda abadlıq işlərin qurtaracaq və qalan naxçınlılar da əmək alətlərini yığışdırıb gedəcəklər İrana, Türkiyəyə fəhləliyə. Süleymana qalmayan dünya Vasif Talıbova qalacaq.
  7. Beş ildən sonra Azərbaycan elə sürətlə gedəcək ki, gözdən itəcək və dünya ictimaiyyəti bilməyəcək ki, bu Azərbaycan yerə batdı, ya göyə uçdu…

 

EKSTREMIZM YAYAN ÖLKƏLƏR? — BİRİ ELƏ TÜRKİYƏ

«Azadlıq»radiosunda peyğəmbərə həsr olunmuş şer müsabiqəsiylə bağlı müzakirəyə şərh

Amerika hökuməti dünyanın ən ucqar yerlərində İslam ekstremizini yayanlrı axtarır. Onlar nahaq uzağa gedirlər: ekstremizmi yayanlardan bir elə Amerikanın yaxın müttəfiqi Türkiyədir. Əgər Türkiyə səfirliyi  dini müsabiqə keçirirsə, belə düşünməyə haqqımız var. Niyə Türkiyə səfirliyi müsabiqəni demokratiya mövzusunda keçirmirdi, niyə bu müsabiqə Azərbaycan Respublikasının yubileyinə həsr olunmurdu? Hansı maraqla Türkiyə minacatçılığı, mərsiyaxanlığı yayır? Məgər türklər bilmirlər ki, qabağını bolşeviklərin aldığı bütün bu hoqqalar sünnü-şiə qarşıdurmasına gətirib çıxaracaq? Yüz il bundan qabaq Azərbaycanda sünnülərlə şiələrin bir-birlərini vaxtaşıqı qırdıqlarına inanmayanlar Həsən bəy Zərdabinin məqalələirni oxusunlar. İndinin özündə — mən bunu yaxşı bilirəm – Azərbaycanda iranyönlü müsəlmanlarla türkiyəyönlü müsəlmanların bir-birlərini görməyə gözləri yoxdur. Qırğının qabağını polis rejimi saxlayır.

Türkiyənin beynəlxalq aləmdə çoxbaşlı hərəkətləri yaxşı məlumdur. Rusiya ərazisində ağır cinayətlər, kütləvi qırğınlar törətmiş çeçen yaraqlıları orda “mücahid” adıyla hörmətlə qarşılanır, sığınacaq alırdılar. Azərbaycanda da “türkçülüyü” qızışdırmaqla ancaq Azərbaycan dövlətinin parçalanmasına və süqutuna nail olmaq mümkündür. Cəfəng “türkçülük” ritorikası ilə biz Azərbaycan xalqlarının incik salırıq, səngərlərimizdə türklər gəlib oturmurlar, səngərlərimizdə bizimlə birgə ləzgilər, talışlar, tatlar otururlar. Və vacib bir sual: Məhəmmədin meracının türkçülüyə nə dəxli?

Müsabiqə qalibi olan şerlər hər cür tənqiddən aşağıdırlar, Vaqifin (yaxından tanıdığım üçün adıyla deyirəəm) şerlərinin gəfəngiyyat olmağı bir yana, onlarda açıq ekstremizm var, başqa xalqlara və din nümayədələrinə təhqir var. Kimdir Vaqif deyən “kafərlər”? “Məhəmməd qılıncı” indi kimlərə yönəlməlidir? Belə yazıları oxuyanda başa düşürsən ki, müsəlmanlıq çoxları üçün din deyil, diaqnozdur…

Azərbaycanda din az olmalıdır, zəif olmalıdır, çox din, güclü din – Azərbaycan üçün vətəndaş müharibəsi və süqut deməkdir.Bunu başa düşməyənlər  İraqa baxsınlar, Suriyaya baxsınlar, Livanın qanlı tarixini öyrənsinlər…

DİKTATORU YLXAN ATIN İGİDLİYİ

Aşqabadda keçirilən cıdırda at tükmən diktator Qurbanqulu Berdımühəmmədovu çırpıb yerə. Beləliklə, at terkmən xalqına nümunə göstərib. Bəlkə də bu mərd At (böyük hərflə yazaq) başqa bir sıra xalqlara da nümunə göstərib.

İRAN AZƏRBAYCANA STRATEJİ SİLAH VERƏCƏK

Akademik Ramiz Mehdiyevin İrana səfərində əsas məqsəd qara kürü olub. Cənab mehdiyev İran prezidentindən beş-on min ton küeü istəyib: “Mahmud, sən öl demirəm, özüm ölüm, bu Qərbin təzyiqlərinə biz ancaq kürü ilə dura bilərik. Bunu, qəbirə qoysan, kürüdən kəsərli silah yoxdur. İndi hücumlar o qədər artıb ki, kürü çatdıra bilmrik”.

Əhmədinicad deyib ki, müsəlman dünyasının düşmənlərinə qarşı mübarizə üçün nə qədər kürü lazım olsa, verməyə hazırdır.

ANALOQU OLMAYAN AZƏRBAYCAN TÜRMƏLƏRİ

Millət vəkili Mehriban Əlyeva Azərbaycan türmələrinin bəzilərinə magistratura, bəzilərinə isə doktorantura statusunun verilməsi təşəbbüsüylə prezident İlham Əliyevə müraciət edib. Müraciətdə deyilir ki, Azərbaycanın ən savadlı gəncləri təhsillərini türmələrdə davam etdirirlər və türmələrin bəzisi dustaqların səviyyəsinə görə çoxdan Bakı dövlət universitetini də keçib. Xanım Əliyeva həmçinin İlqar Məmmədovu akademiyanın üzvlüyünə namizəd göstərib.