Архивы

МЕЖДУНАРОДНО-ИКОРНЫЕ ОТНОШЕНИЯ

 

nar

На всемирном форуме выпускников МГИМО «Вместе в будущее», который проходил в Баку, решено переименовать знаменитый институт в Международный Государственный Институт Международно-Икорных отношений.

14 апр, 2013

MƏKTƏB ƏHVALATI

Birinci sinif şagirdi müəllimdən soruşur:

—         Müəllim, “ofşor” nədir?

—         Tərbiyəsiz! Hardan bu sözü eşitmisən? Sabah atan əlsin!

—         Atam sabah gələ bilməz, müəllim. Sabaha atamı polisə çağırıbılar… “Ofşordan danışdığına görə…

PULUN VAR? BİR AMBAR…

Azərbaycan hökuməti İtaliyadan Bakının Qış parkı üçün alınan ağaclara o qədər pul verib ki, İtaliya iqtisadı böhrandan çıxmaq üzrədir. Bakı yaxşı pul versə, İtaliya prezidenti və başqa yüksək səviyyəli siyasətçilər özləri gəlib Gül Bayramı keçirılən gün Qış parkında heykəl kimi durmağa hazırdırlar.

ROMAN MÜƏLLİFİNİN FACİƏSİ

Əkrəm Əyilisli “Daş yuxular” romanının erməni nəşrini vərəqləyir və qəmli-qəmli başını bulayaraq deyir:

— Eh, bu millətçi  azərbaycanlılar bizi elə sıxışdırdılar ki, öz kitabımı ana dilində oxuya bilmirəm…

BAKIDA GƏNCLƏR ÖNDƏRİN MÜDAFİƏSİNƏ QALXIB

Professor və deputat Nizami Cəfərovun milli öndər Heydər Əliyevi Şah İsmayıldan sonra ikinci sayması Azərbaycan xalqında böyül hiddət doğurub. Bakının Fəvvarələr meydanında gənclər kütləvi aksiya keçiriblər. “Nizami Cəfərova ar olsun! Nizami Cəfərovun yeri türmədir!” “Öndər birincidir!” “Şah İsmayıl öndərin yanında uşaq-muşaqdır!” – aksiyada bu cür şüarlar səslənib. Polis aksiyanı dağıda bilməyib, aksiyaçılar onlaraın başına su tökən polislərə cavab olaraq tüpürüblər.

 

AKADEMİK MEHDİYEVİN BAŞDAN XARAB PROFESSORA CAVABI

Azərbaycanın görkəmli alimi və deputatı Nizami Cəfərov yazıb ki, Heydər Əliyev Şah İsmayıldan sonra Azərbaycanın ikinci böyük şəxsiyyətidir. Əlbəttə, cənab Cəfərov, mədəni desək, çox böyük səhv eləyib. Atalar demişkən, professorun cavabını akademikl verər. Aərbaycanda da, xoşbəxtlikdən, belə akademik var və bu akademik Ramiz Mehdiyevdir ki, Azərbaycan dövləti qismən onun çiyinlərində durur. Akademik Mehdiyev, məlum olduğu kimi, rus dilini tum kimi çırtlayır, Cəfərovun da cavabını rus dilində verib. Biz ağlımız kəsən qədər çalışdıq akademikin professora dediklərindən əsas yerləri azərbaycancaya tərcümə edək: “Ala, Nizami, qudurmusan? Ala, nə ikinci? Öndərə ikinci deyirsən? Ala, ikinci sənin atandır! İkinci sənə dərs deyəndir! İkinci sənə professor adı verəndir! İkinci səndən pul alıb deputat vəsiqəsi verəndir! Ala, Əliyevlərin çörəyini yeyib indi üzlərinə qayıdırsan?”

Akademik Mehdiyevin bu məqaləsi dünya elmi ictimaiyyətində analoqu olmayan maraq doğurub və ən mötəbər elmi jurnallarda sitatlanma indeksinə görə birinci yerə çıxıb.

Sən bizim fəxrimizsən, ay akademik Mehdiyüv! Malades!

 

Mirə Əlil

 

KİM ÇEN INDAN VASİF TALIBOVA BOMBA HƏDİYYƏ

Vasif Talıbovun Naxçıvana rəhbərliyinin 17 ili tamam olur. Bununla bağlı Vasif atanın ünvanına çoxlu ölkələrdən təbriklər və hədiyyələr gəlir. Şimali Koreya padşahı Kim Çen In Talıbova hərəsi qoz boyda olan bir yeşik atom bombası göndərib. Bundan sonra Naxçıvanın qanunsuz təndirləri bu bombalarla dağıdılacaq.

OD DÜŞÜB ŞİRİN CANA…

Xəbər verilir ki, Azərbaycanda şiddətli istilər davam edəcək. Əliyevlərin ofşor pullarından xəbər tutanlar hələ beş-on gün də yana-yana qalacaqlar.

HACI KƏRİMİN OFŞORA SƏYAHƏTİ

—         Kəblə Fatma gedirəm!

—         Kişi, hara gedirsən?

—         Ofşora gedirəm?

—         -Kişi o nə yerdir? O da aydadır?

—         Aydan bir az oyana. Prezidentimiz kəşf edib oranı.  Yer-göy orda puldur. İndi millət hamısı alverə ora gedəcək.

—         Kişi, nolar, məni də apar da!

—         Kəblə Fatma! Bilmirsən ofşordakılar hamısı lüt-madarzatdılar? Orda hər kəs dalına yüz dollar, qabağına yüz dollar yapışdırıb gəzir… Deyirəm  əvvəl biz hacılar gedək, çit-mit aparaq, ordakılrı abra salaq…

НЕ ИМЕЮЩАЯ АНАЛОГОВ ЗАБОТА О МОЛОДЕЖИ

nar

Известно, что многие студенты азербайджанских вузов принимают участие в протестных акциях. Потом они попадают в полицейские участки, их судят, кто по пятнадцать суток получает, кто по два-три года. Таким образом, студенты отвлекаются от учебы. В ближайшее время парламент Азербайджана примет закон, по которому молодые люди, прежде чем поступить в вуз, должны отсидеть определенный срок. При выходе из тюрьмы им выдадут электронные карты, которые они должны иметь при себе постоянно. При задержании на акциях выездной суд им объявит срок, который списываться будет с карты. И молодой человек вернется в свой вуз.
Надо сказать, что это нововведение не имеет аналогов во всем мире. В настоящее время на немецких предприятиях идет изготовление карт. Заказ оплачивается фондом им. Гейдара Алиева.

 6 апр, 2013